Tarix : 2009 Mar 05
Kod 10981

ÜÇ MƏSCİDİN OXŞAR TALEYİ

akının İslam Mədəniyyəti Mərkəzi seçilməsi bu məscidlərin taleyinə necə təsir edəcək?!
Azərbaycan servisi/Aran Agentliyi
Azərbaycan memarlıq sənətinin bir çox qiymətli nümunələri dünya memarlığının inciləri sırasına daxil olmuşdur. Ölkəmizin paytaxtı Bakı şəhərindəki qədim memarlıq abidələri isə mədəniyyətimizin və tariximizin rəmzlərinə çevrilmişdir.

İslam dini bu ölkə mədəni tarixinin özəyini təşkil edir. Beləki, İslamın yayıldığı ilk vaxtlar dini geniş təbliğ etmək məqsədilə məscidləri inşa edilirdi. Bu baxımdan Azərbaycanda ilk məscid hələ VII əsrdə tikilmişdir. Onlardan birincisi 733-cü ildə Dərbənddə, ikincisi isə 743-cü ildə Şamaxıda inşa olunmuşdur. Hazırda Azərbaycanda ümumilikdə 1750 məscidin fəaliyyət göstərir.

Ancaq, bu fəaliyyətdən məhrum olan, məscid olduğu halda hər hanısısa bir təşkilatın tabeçeliyinə verilən, ofis və idarə kimi fəaliyyət göstərən məscdilər də vardır. Bakının İslam mədəniyyəti paytaxtı seçilməsi gözdən uzaq düşən bu məscidlərin problemini yenidən güdəmə gətirir. Biz də bunu nəzərə alaraq bu məscidlərdən üçü barəsində sizə məlumat veririk.

Beləki, apardığımız araşdırmalardan sonra məlum oldu ki, Bakı şəhəri, Zülfü Adıgözəlov, 82 ünvanında yerləşən “Hacı Cəbrayıl” məscidi Yasamal Rayon İcra Hakimiyyətinin qərarı ilə 6 Qarabağ əlilinə torpaq sahəsi kimi verilmişdir. XIX əsr tarixi abidəsi olan bu məsciddən Sovetlər dönəmində qəza qaz xidməti kimi istifadə olunmuşdur. Bir neçə il əvvəl istifadəsiz qalan məscid yarımçıq tikili kimi mənzil fondu kimi ayrılmışdır. Onu da qeyd edək ki, məscid tarixi abidə kimi qeydiyyata alınmamışdır.

Eyni taleyi yaşayan ikinci belə bir məscid isə haqqında çox yazdığımız “Hacı Əbdülrəhimbəy” məscididir. Bu məscidin tarixi 1848-1852 ci illər arasına təsadüf edir. Bakının Bayır, yəni İçəri Şəhər qala divarlarından kənar inşa edilən ilk məscid hesab olunur. Sovetlər dönəmindən bu günə qədər qəsbdədir.

Ancaq, “Hacı Əbdülrəhimbəy” məscidi səhvən tarixi abidələr sırasına “yaşayış sahəsi” kimi düşüb. Halbuki, məscidin mehrabı, sütunları, günbəzi qalmaqdadır. Sovet dönəmində Rabitə Texnikomunun tələbə oğlanlar yataqxanası kimi istifadə olunması səhv qiymətləndirilməyə səbəb olmuşdur. 1971-ci ildən isə Elmi-Texniki Kitabxananın neft sənayesinin keçmişinə dair kitab anbarı kimi işlədilir. Hal-hazırda Metrologiya və Patent üzrə Dövlət Agentliyi balansında və tabeçiliyindədir. Qeyd edək ki, məscid Mustafa Sübhi, 63 ünvanında yerləşir. Bu günə qədər Yasamal rayon sakinləri çox yerlərə müraciət etsələr də, hələ ki, bir nəticə hasil olmayıb. Son belə müraciət isə bu il ölkə prezidentinə ünvanlanmış müraciətdir. Beləki, müraciətdə aşağıdakı fikrlər yer alıb. “İslam Konfransı Təşkilatı tərəfindən 2009-cu il üzrə Bakı şəhərinin islam sivilizasiyasının mədəni paytaxtı elan edilməsi Azərbaycan xalqı üçün böyük fəxrdir və ölkəmizin zəngin mədəni irsinin dünyada təbliği üçün gözəl imkanlar yaratmış olur.

Biz, aşağıda imza edən Yasamal rayonunun bir qrup sakini Sizdən paytaxtımızın Bayır şəhər hissəsində ilk məscid hesab olunan, 1848-1852-ci illər arası dövrdə xeyriyyəçi Hacı Əbdülrəhimbəy Qulubəyov tərəfindən hazırki Mustafa Sübhi, 63 ünvanında tikilən “Hacı Əbdülrəhimbəy” məscidinin inanclı insanların dini ehtiyaclarını təmin etmək üçün azad olunmasını xahiş edirik. Göstərilən məsələ ilə əlaqədər bir neçə təşkilata müraciət olunsa da hələ ki, nəticə verməmişdir.

Heydər Əliyev adına Fondun Prezidenti, millət vəkili xanım Mehriban Əliyevaya məhəllə camaatının 16.10.2006-cı il tarixli kollektiv məktubu baxılmaq üşün AR Mədəniyyət və Turizim Nazirliyinə göndərilmişdir. Nazirliyin 21.11.2006-cı il tarixli 684/09-k-964 saylı cavabında göstərilir ki, AR Nazirlər Kabinetinin 02.08.2001-ci il tarixli 132 saylı qərarı ilə 3607 inventar sayı altında yerli əhəmiyyətli tarixi abidə kim qorunan binanın boşaldılması və ordakı kitab anbarının başqa yerə köçürülməsi iki dövlət orqanından aslıdır. Həmin Təşkilatlar burda yerləşən Elmi Texniki Kitabxananın kitab fondunun tabe və balansında olduğu AR Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət agentliyi və AR Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsidir.

Öz növbəsində AR Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi 18.08.2006-cı il tarixli 36/134 saylı məktubunda bildirilir ki, həmin ünvanda yerləşən Elmi-Texniki Kitabxanın neft sənayesinin keşmişinə aid nadir fondlar depozitarisi 25 ildən artıq səmərəli fəaliyyət göstərir və binanın boşaldılmasına lüzum görülmür.

Dövlətə məxsus qeyri-yaşayış sahələrinin müstəsna sərəmcamçısı olan AR Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsinin 24.05.2007-ci il tarixli 10/3883-Q-112 saylı cavabında qeyd edilir ki, adı çəkilən ibadət ocağının boşaldılaraq dindarların istifadəsinə verilməsi burada çoxlu sayda nadir kitabların yerləşməsi səbəbindən hal-hazırda guya qeyri-mümkündür. Möhtərəm Prezident! “Hacı Əbdülrəhimbəy” məscidinin ibadət əhlinə qaytarılmasında son ümüdümüz yalnız Sizədir”.

Nəhayət bizim taleyi ilə maraqlandığımız son belə məscid Bəşir Səfəroğlu, 103 ünvanında yerləşən “Hacı Qasımbəy” məscididir. Qeyd edək ki, paytaxtda bu adda 3 məscid vardır. “Hacı Qasımbəy” məscidi 1848-ci illərin tarixi tikilisidir. Sovetlər dönəmində burada geoloji ekspodisiya yerləşdirilmişdir. Hal-hazırda isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balansındadır. 2008-ci ilin mayınadək Mineral Xammal Elmi Tədqiqat İnstitunun, sonra isə Meşə Təsərrüftatı Bərpa və Mühafizə idarəsinin idarəçiliyinə verilmişdir. Qeyd edək ki, bu məscid tarixi abidə kimi qeydiyata düşmüşdür və inventar nömrəsi də var.
  • Yazılıb
  • da (də) 2009 Mar 05