Tehranın bu həftəki cümə namazı xitabətçisi deyib: İranın Fələstinin məzlum xalqını himayə etməsi Quran-kərim və hədislərə əsaslanan bir himayədir
İİR Servisi/Aran Agentliyi
Tehranın bu həftəki cümə namazı xitabətçisi deyib: İranın Fələstinin məzlum xalqını himayə etməsi Quran-kərim və hədislərə əsaslanan bir himayədir.
Azeri.irib.ir istinadlı xəbərinə görə, Tehranın cümə namazı xitabətçisi Ayətullah Seyyid Əhməd Xatəmi Tehranda Fələstinin məzlum xalqını himayə üzrə 4-cü beynəxlalq konfransın keçirilməsinə işarə edərək belə əlavə edib: Qurani-Kərim islam ümmətini ümməti-vahidə adlandırıb və buna əsasən İslami ölkələrin talelərini bir-birindən ayırmaq olmaz.
Tehranın cümə namazının xitabətçisi islam inqilabının Böyük Rəhbərinin Fələstin konfransında Fələstində referendumun keçirilməsi üzrə sözlərini bu ölkə xalqının taleyini təyin etmək üzrə dönüş nöqtəsi adlandıraraq deyib: Fələstinin nicatı üçün referendumun keçiriməsindən başqa bir yol yoxdur.
Tehranın bu hətfəki imam cüməsi habelə Tehranda dünyanın 4 qitəsindən olan 600 nəfər ziyalı və hüquqşünasın Qüdsü işğal etmiş rejimin cinayətlərinin pisləmək üzrə iclasının keçirilməsini Fələstin xalqının məzlumluğunun bütün dünyaya elan edilməsi bilib.
Ayət. Xatəmi öz cöhbətlərinin davamında beynəlxalq cəza məhkəməsinin Sudanın prezidenti Ömər əl-Bərşirə qarşı hökmünü pisləyərək deyib: Vəzifəsi müharibə cinayətlərinə baxmaq olan beynəlxalq cəza məhkəməsi İsrailin cinayətləri qarşısında və Qəzzədəki qadınlar və uşaqların rəhmsizcəsinə qırğını haqda bir reaksiya göstərmir. Amma müstəmləkəçiliyin tamahkarlıqları qarşısında dayanan və islamı şəriət qanunlarını icra etmək istəyən bir hökumətə qarşı həbs hökmü çıxarır.
Tehranın cümə namazının xitabətçisi həmçinin beynəlxalq qurumlardan bir vasitə kimi istifadə etməyi pisləyib.