Azərbaycan Respublikasında 2009-cu ilin ilk aylarında intihar halları rekord həddini aşıb
Azərbaycan servisi/Aran Agentliyi
Azərbaycan Respublikasında 2009-cu ilin ilk aylarında intihar halları rekord həddini aşıb.
Yeni Müsavat qəzetinin yazdığına görə son araşdırmalar ölkədə intihar hallarının sürətlə artdığını göstərir.
Qəzet qeyd edir ki, iqtisadi vəziyyətin pisləşməsi və gəlirlərin azalması respublikada intiharın amili kimi göstərilsə də, gənclərin intihar cəhdi telekanallardakı zorakılıq filmlərinin nümayiş etdirilməsinin nəticəsidir.