Tarix : 2009 Mar 07
Kod 11023

HİCABA QADAĞA DALĞASI GƏNCƏYƏDƏK ÇATDI

Gəncə şəhərinin 2, 9, 14, 20, 27, 30, 32, 38 saylı orta məkətblərində direktorlar tərəfindən hicablı şagird və müəllimələrə dərslərdə iştirak etməyə icazə vermirlər
Azərbaycan servisi/Aran Agentliyi
Hicabafobiya dalğası genişlənməkdədir. Paxtaxt Bakı ilə yanaşı rayonlarda da məktəb direktorları xüsusi göstəriş olduğunu bildirib hicablı şagirdləri dərslərə buraxmırlar.
Sona çatmış həftədə məktəblərdə hicabla bağlı yaranmış qadağanın monitorinqini həyata keçirərəkən DEVAMM-a daxil olan xəbərlərə görə məlum olmuşdur ki, Xırdalan şəhərinin 1, 2, 3, 4, 6 saylı orta məktəblərində, Binəqədi rayon 30, 115 saylı orta məktəblərində, Digah qəsəbəsinin S.Məmmədov adına orta məktəbdə, Sumqayıt universitetində, Hövsan qəsəbəsinin 270 və 281 saylı orta məktəblərində, Naftalan şəhərinin 1 saylı orta məktəbində (xatırladaq ki, bu məktəbdə 6-cı sinif şagirdi Hüseynova Könülə və 4-cü sinif şagirdi Hüseynova Nuranəyə qarşı məktəbin direktoru tərəfindən zorakılıq aktı baş vermişdir), Biləcəri qəsəbəsinin 284, 299 saylı orta məktəblərində, Gəncə şəhərinin 2, 9, 14, 20, 27, 30, 32, 38 saylı orta məkətblərində direktorlar tərəfindən hicablı şagird və müəllimələrə dərslərdə iştirak etməyə icazə vermirlər və artıq mart ayının 2-dən etibarən şagirdlər məktəbə buraxılmırlar. Bu barədə "Birlik-Azərbaycan" İA Dəyələr İA-ya istinadən xəbər verir.

Yeni daxil olan şikayətlərə görə Gəncə şəhərinin 17 saylı orta məktəbində eyni qadağalar tətbiq olunur. Bununla da Gəncədə hicabla bağlı yaranmış qadağalar üzrə məktəblərin sayı 9-a çatmışdır.

Bununla yanaşı artıq xəbər verdiyimiz kimi, Azərbaycanın bir sıra bölgələrində; Qax rayonunda, Yevlax rayonunda, Zərdab rayonunda, Neftçala rayonunda, Quba rayonunda, Lənkəran rayonunda yaranmıış anlaşılmamazlıq aradan qaldırılmışdır. Yeni daxil omuş xəbərlərə görə Biləcəri qəsəbəsinin 301 saylı orta məktəbində yaranmış çətinliklər artıq həll olunmuşdur və şagirdlər hicablı olaraq dərslərdə iştirak edə bilirlər.

Eyni zamanda həyata keçirilən müvafiq hərəkətlər nəticəsində Mehdiabad qəsəbəsinin 3 saylı orta məktəbində və Xrdalan şəhərinin 9 saylı orta məktəbində hicab qadağası öz müsbət həllini tapmış və şagirdlər mart ayının 7-dən etibarən dərslərdə hicabda iştirak edə bilmişlər. Həmçinin Mehdiabad qəsəbəsinin 1 saylı və 2 saylı orta məktəblərində şagirdlər dərsdə iştirak edə biliblər, lakin məktəb direktorları şagirdlərin valideyinlərinə bildirmişdir ki, bu cür hall qəbul edilməzdir.


Bu arada bir sevindirici xəbər aldıq. Mehdiabadın 3-saylı və Xırdalanda 9-saylı məktəblərdə hicab problemi həllini tapıb.
 
  • Yazılıb
  • da (də) 2009 Mar 07