Azərbaycan servisi/Aran Agentliyi
Həsən Rəiyəti
Şiraz Universitetinin Tarix fakültəsində Magistr
Xülasə
Aran və Qafqazda Azərbaycan Atabəylərin hərbi-siyasi işlərini araşdırdığımız zaman bu bölgənin keçmiş tarixi aydın olur. Və bugünkü Aranı yaxşı tanımaq olar. Atabəylər bu bölgəni Gürcülərin əlindən xilas edirlər və Atabəylərdən sonra İran yeni mərhələyə, Monqolların girişinə, daxil olur.
§ Giriş
333 (qəməri il)-cü ildə Bərdə rusların vasitəsi ilə viran oldu. 240 (qəməri il)-cı ildə Bərdə və Tiflis arasında inşa edilən Gəncə şəhəri gündən-günə inkişaf etdi.və 340(qəməri il)-cı ildə Kürd sülaləsi, Şəddadilər hakimiyyətə çatdılar.648(qəməri il)-ci ildə Səlcuqlar Arana hakim oldular.Gəncə yenə Şəddadilərin əlində idi.çünki Bərdə qarət olduqdan sonar əhəmiyyəti azaldı və Gəncə şəddadilər dövründə inkişaf etdi.Gəncənin havası yayda təmiz olmadığına görə əhali yayda Hirək qalasına pənah aparırdı.(zərinkub, 1371, 8). Gürcüstan dağlarından axan Gənçə çayı şəhərin ortasından keçirdi və şəhəri iki hissəyə ayırırdı.Gəncədə tut ağacı çox olduğuna görə ipək istehsal edilirdi.və buranın ipəyi Bərdənin ipəyindən məşhur idi.Gəncə ətrafi şəhərlər Məlikşahın uşaqları tərəfindən idarə edilirdi və müharibələrdə həmin ərazilər viran oldu.Gəncənin əhalisi sünni məzəhbdir.(hənəfi və şafeyi).hərçənd ki, şəhərdə şiə olanlar da var.(Zərinkub, 1371, 9)
Birinci Bölüm) Eldəniz dövründə Qafqaz və Aranda hərbi-siyasi işlər
Aran İslam və xristianla həmsərhəd olduğuna görə düşmənlərin hücumuna məruz qalırdı.Filistin, Şam və Misir xristianların hücumuna məruz qaldığı zamanlar Şərqi Roma Rus, Gürcü və Erməni xristianlarını təhrik edirdi ki, Arana və müsəlman bölgələrinə hücum etsinlər.və onlar arabir Şəmkir, Beyləqan, Bərdə və Tiflisi qarət edirdilər.Məlikşah dövündə İraqın Səlcuqları bu ərazilərə hakim idi və zəif hakemiyyətlərinə görə bu əraziləri Atabəylərə verdilər.daxili hərc-mərclik səbəb oldu ki, İslam dinini qorumaq üçün kənar ölkələrdən gələn mücahidlər, məhəlli hakimiyyətin əvəzinə şəhərləri müdafiə etsinlər.Roma və Abxaziya(Gürcüstan) daima Gəncəyə hücum edirdi.469(qəməri il)-cu ildə türk Səlcuqlarına cavab olaraq Gürcü xristianlar hücuma başladılar. bu zaman Tiflis gürcülərin əlinə düşdü və xristianların mübarizə meydanına çevrildi.533(qəməri il)-cü ildə Gəncədə dəhşətli zəlzələ baş verdi. Gürcü sərkərdə, Dimitri şəhəri qarət etdi və şəhərin darvazasını Gürcüstana apardı.(Zərinkub, 1371, 11)
1161-ci ildə (miladi) Eldənizin daxili problemlərindən faydalanan Gürcülər Arana hücum etdilər.”çünki Atabəyin yardımı Aran və Azərbaycandan olan Arsalana yubandı, Abaxaziyanın hakimi acgöz niyyəti ilə islami ölkələrə hərəkət etdi.”(Neyşaburi, 1332,77, Mirxand, 1339, 338/4, Ravəndi, 1362, 287).Eldənizin əhatəsində olan Ani آنیşəhərini işğal etdi və əksər əhalini öldürdü.Ermənin hakimi, İbn İbrahim ibn Səkman, bu şəhəri Gürcülərdən xilas etmək üçün ordu topladı. Ancaq Gürcülərə məğlub oldu.o yalnız özünü nicat verə bildi.
Başqa bir hücum 557(qəməri il)-ci ildə “Gürcülər 30 min ordu ilə islami şəhərlərə daxil oldular.”(İbn Əsir, 139/21)Dovin2 دوین şəhərinə hücum etdilər.şəhəri qarət etdilər.və bir çox əhali ayaqyalın əsir götürüldü.”qadınları soyundurub ayaqyalın apardılar.”məscidləri oda çəkdilər. bir neçə dəfə Gəncə şəhəri Gürcülərin hücumuna məruz qaldı.Eldəniz, 558(qəməri il)-ci ildə Ermənin şahı, Marağa başçısının oğlu, Ağ Sonqur və 50 min ordu ilə bərabər Gürcüstana hücum etdi, Gürcüstanın şəhərlərini qarət etdi və əhalini əsir götürdü.müharibə bir ay davam etdi.Eldəniz müharibədə qalib gəldi.Eldəniz Dovin şəhərini azad etdi.bir çox nəzəriyyələrə əsasən Gürcülərin məğlub olmasına səbəb bir çox gürcünün Eldənizə sığınması və Georgiyə tabe olmaması idi .
İbn Əsirin dediyinə görə Gürcülərin biri Eldənizə tabe oldu və onun vasitəsi ilə İslam dini yayıldı.Eldənizə dedi:”ordunu mənim ixtiyarımda qoy, bildiyim yoldan onları aparım.beləki onlar Gürcülərin arxasından baş çıxartsınlar. gürcülər ordunun yaxınlaşmasından xəbərsiz olacaqlar.”(İbn Əsir, 1355, 21/140).Eldəniz bu təklifi qəbul etdi və onun ixtiyarında bir ordu qoydu.hər iki tərəfdən Gürcülərə hücum etdilər.Gürcülər məğlub oldular.
Albaniya tarixçisi, Moxitarğuş belə yazıb:ordunun başçısı İvan, Sənbad Urbilinin oğlu, Eldənizə casusluq edirdi.həmin tarixçi İvanı qınayır.
Stfanus Urbilian bu haqda yazıb: Şah Georgi İvanın qarşı almaq istəyəndə o, Lora qalasında giriftar olur və oradan bacısı Libritadan istədi ki, Gürcü ordu ilə bərabər Eldənizə tərəf yönlənsin.(Hüseyni, 1380, 184 çıxarış)
Hüseyni, Gəncə və Beyləqanın qarət edilməsində Eldənizi günahkar bilir.”bizə(gürcülərə) Gəncə və Beyləqandan vergi gələr.ancaq iki ildir ki, şaha heç bir vergi ödənmir.biz vergilərmizi istəyirik.”həmçinin o, gürcülərin əsli hücumunu 558(qəməri il)-ci ildə olduğunu qeyd edib.(Hüseyni, 1380, 181)
1164-cü ildə (miladi) gürcülər ikinci dəfə Ani şəhərinə hücum etdilər və şəhəri qarət etdilər.Eldəniz onları məğlub etdirdi.Sumari İbrahimə əmr etdi ki, onların arxasınca getsin.Eldənizin əmrinə görə şəhəri yenidən düzəltdilər. və həmin ilin sonlarında bu şəhərin hakimiyyətini Şəddad və Füzulun qardaşı Əmir şahənşaha verdi.(Musa oğlu, 1383, 61).
Sonra 1166-cı ildə(miladi) gürcülər Gəncəyə hücum etdilər.və qarətə başladılar.569(qəməri il)-cu ilə kimi gürcülər və Atabəy heç bir reaksiya vermədilər.569(qəməri il)-cu ilin qış ayında Eldəniz və oğlanları Möminə Xatının(Eldənizin yoldaşı)vasitəsi ilə xəbərdar oldular ki, gürcülər yenidən hücum ediblər.”hava yaxşılaşdı.sultan Azərbaycana doğru hərəkət etdi.Qurban bayramını Naxçıvanda keçirdi.və oradan Pars3 çöllüyünə getdi.”(Ravəndi, 1364, 298).
Atabəy, oğlanları, Qızıl Arslan və Cahan Pəhləvan, ilə bərabər Abxaziyaya hücum etdi.sultan Arslan Dovin şəhərin ortasında xəstələndi.onu anası, Möminə Xatun, ilə bərabər “Likliad”4qalasına göndərdi.Sultanın xəstəliyi uzun sürdü və buna görə də onu Dovin şəhərinə apardılar.Araz kənarında “taun xəstəliyinə düçar olan ordu həlak oldu.”(Neyşaburi, 1332, 81-2)
Sultan Araz kənarından Naxçıvana gəldi və xəstələrlə qaldı.Atabəy Ermən şahi ilə bərabər Abxaziyaya hücum etdi.”Abxaziyanı dağlar və meşələr əhatə edib və o qədər də gücləri yoxdur.İslam ordusuna çətinlik törənmədi.”(Ravəndi, 1364, 299)
Ravəndi və Neyşaburinin dediyinə görə “ o dövlətin siyasi işləri Səidə Xatına bağlı idi. ən yaxşı işlərindən biri bu idi ki, Sultanı Azərbaycana apardığı zaman Həmədanın imamı Xacə İmam Zəhirəddin Bəlxiyə dedi ki: bir neçə nəfəri təyin et sənin xidmətində olsun.imam da on nəfəri təyin etdi.” (Ravəndi, 1364, 300).Atabəyin ordusuna qorxu düşdü və zəiflədi.
Bu zaman” Səidə xatının səyləri nəticəsində və Xacə İmam Fəxrəddin Bəlxi harayladı və hücum etdi. Böyük Atabəy tabe oldu və Abxaziyaya qalib gəldi.”5(Neyşaburi, 1332, 82)Atabəy Ağ şəhərin qalasını qarət etdi.(Ravəndi, 1364, 299).
Həmdüllah Mostofi bu hücumu 569(qəməri il)-cu ildə olduğunu qeyd edib.və ardınca yazıb ki, Sultan Arslan xəstə olduqdan sonra “müharibə baş vermədi və geri qayıtdılar.”(Mostovi, 1381, 246)
Atabəy və onun canişinləri gürcülərlə rəqabətdə olduğu zaman ümid edirdilər ki, xristianları özlərinə tabe edəcəklər və buna görə də xristian ruhanilərdən daima müdafiə edirdilər.Ermən salnamələrinə əsasən böyük Atabəy, xristianları sevirdi.
O, xeyirxah və sülhsevərlikdə məşhur idi. III Stpanus keşiş seçildiyi zaman Atabəy və oğlanları ona hörmət etdilər və ona “Fəxrül-Məsih”ləqəbini verdilər. öz uşaqlarının canişin olmasına dair Atabəydən əmr almışdır.Nuravank kilsə yerlərinə Atabəydən icazə hökmü almışdır.bir müddət sonra Ağarkı Dəzur kəndini Atabəydən istədi.Atabəy oranı kilsə etdi və kilsə və kilsənin ətrafına aid olan ərazilərin vergilərini ona bağışladı.(Musa Oğlu, 1383, 63-64)
İkinci bölüm)Cahan Pəhləvan dövründə Aran və Qafqazda hərbi-siyasi hadisələr
Eldəniz sülasi Cahan Pəhləvanın on illik hakimiyyəti dövründə ağır hücumlarla üzləşmədi.və gürcülər onun bütün istəklərini qəbul etdilər.III Toğrolun hakimiyyəti dövründə Abxaziyanın şahı Azərbaycana gəldi.”Pəhləvan ordu topladı, Azərbaycan və Arana doğru hərəkət etdi.kimsə müharibə etmək istəmədi.və bir nəfəri onun yanına göndərib və onunla sülh etdi.”(Hüseyni, 1380, 192, Neyşaburi, 1332, 83, Mostofi, 1381, 464, Mirxand, 1339, 342/4, Ravəndi, 1364, 335) Pəhləvan haqqında yalnız bu məlumatlar var.
Atabəylər və gürcülər arasında olan sülh və dostluğu müxtəlif yönlərdən araşdırmaq olar.bir tərəfdən Atabəy Eldənizin hakimiyyəti uzandıqca bu sülalə güclənirdi və Gürcülər hücumlarından bir nəticə almayırdılar.başqa bir tərəfdən isə Atabəy Eldənizin səyləri nəticəsində İraqın Səlcuqiləri daxili problemləri həll etdilər və sülhə çatdılar.Cahan Pəhləvanın güclü siyasətləri nəticəsində əmin-amanlıq iki qat oldu.bu sülh və əmin-amanlığın sayəsində Atabəylərin sərhədlərinə göz tikdilər.
Üçüncü Bölüm) Qızıl Arslanın dövründə Aran və Qafqazda hərbi-siyasi hadisələr
Sultan III Toğrol Kəhram(Gəhram) qalasında həbs olduqdan sonra Qızıl Arslan Gürcülərin əleyhinə fəaliyyətə başladı.onun ordusu Van gölünə yaxınlaşdı və Tiflisə girdi.(1184)-cü ildə saraydan qovulmuş Tamarın birinci əri Georgiyə hərbi yardım etdi.Georgi Atabəyin yanına gəldi və ondan sığınacaq istədi.Atabəy onu Gəncənin əmiri təyin etdi. O, Gəncə və Azərbaycan ordusu ilə bərabər Kambəçuvani(Kaxtia)ərazisinə daxil oldu.ordusu tarlaları viran etdi, çoxlu əsir tutdular və qarət etdilər.(Musaoğlu, 1383, 92).bu məlumatlar yalnız Musaoğlunun kitabında var.və başqa qaynaqlarda yoxdur.şayəd yazıçı Gürcü və Erməni qaynaqlarından istifadə edib.və bu ehtimal ona görədir ki, Gürcü hakimlərin arasında olan münaqişələrə işarə edib.Qızıl Arslan qısa müddət hakimiyyətdə oldu və bu qısa zaman ərzində III Toğrulla mübarizə etməyə məşğul oldu.
Dördüncü Bölüm) Atabəy ƏbuBəkr ibn Cahan Pəhləvanın dövründə Aran və Qafqazda hərbi-siyasi hadisələr
Atabəy sülaləsi haqqında Qeyd etdiyimiz kimi İnanc hakimiyyət üstündə qardaşı Atabəy Əbubəkrlə mübarizə etdi və hər bir yerdə üsiyan etdi.O, Əbubəkrlə mübarizə etmək üçün əmirlər əmiri Ömərlə bərabər Azərbaycana hücum etdilər və məğlub oldular.bu məğlubiyyətdən sonra əmirlər əmiri Ömər, şirvanşah Əxistanla birləşdi.Gürcü şahı, Tamara ilə əməkdaşlıq etmək üçün Şirvanşah onu gürcülərin ordusuna apradı.Məlikə Tamaranın dövründə gürcü ordusu inkişaf etmişdir.o, öz ordu sərkərdəsi və qardaşı Atabəy İvinənin göstərişlərinə əsasən Gürcü ordusunu xarici ölkələrə yönəltdı və daxili məsələlərdən uzaqlaşdırdı.əmirlər əmiri Ömər, Tamaranın gərargahına getdi və qardaşının əleyhinə mübarizəyə hazır olduğu elan etdi.məlikə Tamara mübarizənin səbəbini soruşanda əmirlər əmiri Ömər cavabında dedi:”qardaşım, Əbubəkrə pənah apardığım zaman məni yaxşı qarşılamadı.və ərazilərimizi azad etmək üçün mənə yardım etmədi.biz İraqda olduğumuz zaman o, Azərbayacana hücum etdi.mənə bir ordu verin onu məğlub edək və ölkəyə sahib olaq.(Hüseyni, 1380, 204)
Bu hadisələr Atabəylərin zəif olduğunu göstərir. zəifliyin səbəbini sülalənin içində araşdırmaq lazımdır.Eldəniz sülaləsində birlik olduğu zaman onlar Abbası xəlifənin, daxili düşmənlərin və Gürcülərin qarşısında müqavimət göstərmişdilər.ancaq onların arasında ixtilaf olduğu üçün ən qədim düşmənlərinə, yəni gürcülərə pənah apardılar.beləliklə, Tamara Əbubəkrin qarşısında mübarizə edən şəxsi tapdı.və Azərbaycana hücum etmək üçün hazırlığa başladı.o həmçinin I Şirvan Axıstana məktub yazdı.o, Gürcülərə tabe olduğu üçün müharibədə onlardan himayə etdi.Azərbaycan sərkərdələri və Türkmən qrupları Əbubəkrdən narazı olduğu üçün əmirlər əmiri Ömərə tabe oldular.Gürcü-Şirvan ordusu 1194-cü ildə Beyləqana daxil oldular.beyləqanın ətrafında olan müharibədə Əbubəkr məğlub oldu və əmirlər əmiri ömər qalib oldu. Əbubəkr Beyləqana sonra Naxçıvana qaçdı.Beyləqan müharibəsindən öncə Gürcü ordusunun sərkərdəsi Deyvid soslan Gəncəyə hücum etdi.6(Hüseyni, 1380, 204-5)
Bu zaman əmirlər əmiri Ömər Gəncənin əhalisindən şəhəri istədi.ancaq onlar cavabında dedilər:”əgər yalnız gəlsəydin, şəhəri sənə verərdik.ancaq indi bu kafir ordu ilə gəlibsən.” (Hüseyni, 1380, 205)əhali şəhəri vermədi.buna görə ki müharibədən qaçan əmirlər, öncədən Gəncəyə pənah gətirmişdilər, bilirdilər ki, gürcülər şəhəri zorla almağa gücləri yoxdur və qalib ola bilməyəcəklər. bu üzdən əmirlər əmiri Ömər məktub yazdı ki, şəhərə təkbaşımna girəcək və düşməni onlardan uzaqlaşdıracaq.gəncəlilər qəbul etdilər və təslim oldular.
əmirlər əmiri Ömər, gürcüləri qorxutdu və dedi:”əgər mən Gəncədə olsam, bu şəhər gürcülərə tabe olcaq və sizə vergi ödəyəcək.əgər bunu edə bilməsək, şəhəri zor gücünə fəth edə bilməyəcəyik.və siz qardaşımı çağıracaqsınız və şəhəri ona verəcəksiniz.”(Hüseyni, 1380, 206)
gürcülər bu təklifi bir şərtlə qəbul etdilər ki, bir neçə gürcü sərkərdəsi də onunla bərabər şəhərə daxil olsun.Gəncə əhalisi bu təklifi qəbul etdi.əmirlər əmiri Ömər, öz ördusu ilə və bir neçə Gürcü ilə şəhərə daxil oldu.onlar şəhərə daxil olduqdan sonra əmirlər əmirini hakimiyyətə çatdılar.7 Gürcülər şəhəri tərk etdikdən sonra əmirlər əmiri müsəlmanlara təzyiq göstərdi və xristianlardan himayə etdi.və buna görə də şəhərin böyüklərini öldürdü.(Musaoğlu, 1383, 106)
Hüseyni yazıb ki, gürcülərin çıxışından 20 gün sonra əmirlər əmiri Ömər öldü.”Tarix və Fəzail-i Mülk”adlı kitabda yazılıb:”Atabəy Əbubəkr Naxçıvana getdi və Öməri öldürmək üçün kimsəyə çoxlu qızıl verdi.və Öməri zəhərləyərək öldürdü.” (Hüseyni, 1380, 206 çıxarış)
Gəncə əhalisi əmirlər əmiri Ömərin ölümdən sonra(?)Atabəy Əbubəkri şəhərə dəvət etdilər.Atabəy Əbubəkr Naxçıvandan Gəncəyə getdi.
Gəncə əhalisi Atabəy Əbubəkrə söz verdi ki, ona tabe olacaq.və Əbubəkr hakimiyyətini möhkəmləndirdi.bununla belə orada qalmaqdan qorxdu.bir neçə gün sonra şəhəri tərk edib oraya əmir8 təyin etdi.bu hadisədən xəbər tutan gürcülər Gəncəyə hücum etdilər.şəhərin işğalı 25 gün çəkdi.Hüseyninin yazdığına görə şəhərin əmiri Gürcülərə hücum etdi.və 300 nəfəri öldürdü.Gürcülər məğlub oldular.(Hüseyni, 1380, 207)
Məğlub olan gürcülər Naxçıvana doğru hərəkət etdilər və Atabəy Əbubəkr Təbrizə qaçdı. Zahidə Xatının fərasatı nəticəsində Təbriz nicat tapdı.”belə ki, onlara bir şey verdi və onlarla sülh etdi.Gürcülər öz ölkələrinə geri qayıtdılar.əlbəttə onlar sakitcə geri qayıtmadılar.gürcülər bir çox yerləri viran etdilər və hər yeri qarət etdilər.çoxlarını əsir tutdular.və nəhayət bir çox qalaya hakim oldular. Naxçıvan və Beyləqandan vergi istədilər.”(Hüseyni, 1380, 207)
599(qəməri il)-cu ildə Gürcülər Azərbaycan şəhərlərindən olan Dovin çəhərinə hakim oldular.və oranı qarət etdilər.Dovin və Azərbaycanın bütün şəhərlərinə Atabəy əbubəkr ibn Pəhləvan hakim idi.və gecə-gündüz əyyaşlıqla məşğul idi.Dovin işğal olduğu zaman bir çox əhali ona pənah apardı və ondan yardım istədi.ancaq o, heç nə etmədi.nəhayət gürcülər şəhəri işğal etdilər.(İbn Əsir, 1355, 288-89/24)
Hüseyni, atabəylər haqqında yazdığı kitabı burada sona çatdırır.(Hüseyni, 1380, 207)
601(qəməri il)-ci ildə gürcülər Zəkərinin başçılığı ilə Azərbaycan şəhərlərinə hücum etdilər. bir çox ərazini qarət etdilər və çoxlarını əsir tutdular.Azərbaycandan sonra Ermənistanın Xilat şəhərinə hücum etdilər.heç bir müsəlman onların qarşısını almadı.
Həmçinin gürcülər Ərciş və ətraf şəhərlərə hücum etdilər.hər yeri qarət etdikdən sonra Xilatın tabeliyində və Ərzənrumun yaxınlığında yerləşən “Əlti” qalasına hücum etdilər.Atabəy Özbəyin tənbəliyi səbəb oldu ki, əhali şəhərləri qorusun.Xilatın hakimi Ərzənrumun valisi ilə əlbir oldu və Gürcülərlə mübarizə etdi.bu müharibədə gürcülər məğlub oldular və onların sərkərdəsi Zəkəri öldürüldü.(İbn Əsir, 1355, 53-4/25)
602(qəməri il)-ci ildə gürcülər Xilata hücum etdilər.kimsə onların qarşısında dayanmadığı üçün onlar hər yeri qarət etdilər.təngə gələn əhali hər kəsi mübarizə çağırdı.o zaman orada İslami ordu təşkil tapdı və bir qrup əsgər könüllü onlara birləşdi.Gürcülərdən qorxurdular.ancaq onlarla mübarizə etdilər və qalib gəldilər.(İbn Əsir, 1355, 139-40/25)
İbn Əsirin yazdığına görə müsəlmanlarla gürcülərin müharibəsi səbəb oldu ki, Atabəy Əbubəkr gürcülərin qarşısını almaq üçün onlarla qohumluq əlaqəsi yaratdı.o yazıb:Atabəy Əbubəkr Qumar və içki içməklə məşğul olduğu üçün gürcülər onun ərazisinə hücum etdilər.Əbubəkr Gürcü sərkərdənin qızı ilə evlənərək gürcülərin hücumunu azaltdı.603-cü ildə gürcülər Xilatın tabeyində olan “Qırs”9qalasına sahib oldular. “müsəlman Qırs, kafir oldu.”(İbn Əsir, 1355, 176-7/25).bu hadisədən sonra Gürcüstanın mələkəsi öldü. Və ondan sonra gürcülər arasında ixtilaf yarandı.və həmin ilin sonlarında Qırsdanقرس xaric oldular”( İbn Əsir, 1355, 176-7/25).
605-ci ildə gürcü ordusu Xilata və oradan Ərciş şəhərinə hücum etdi.Nəcməddin Əyyub, Ermənistanın sahibi, Xilatda idi.və çoxlu ordusu var idi.ancaq gürcülərlə müharibə etmədi. İbn Əsir hadisəni belə anladır: 1)gürcülərin ordusu sayca onun ordusundan çox idi. 2) qorxurdu gürcülər keçmişdə olduğu kimi Xilat əhalisini qarət etsinlər. 3) gürcülərlə müharibə etmək üçün Xilatdan uzaqlaşmağa qorxurdu.
Gürcülərlə müharibə etmədiyinə görə onlar hücum etdilər və sağlam geri qayıdırdılar.kimsə onların qarşısı almırdı.(İbn Əsir, 1355, 235-34/25)
607-ci ildə Atabəy Əbubəkrin ölümündən sonra Azərbaycan Atabəylərin gürcülərlə əlaqəsi və Azərbaycan və Aranda onların hərbi-siyasi işləri yeni mərhələyə qədəm qoydu.(qəzvini, 1363, 205, Xafi, 1341, 285/2).
Atabəy Müzəffərəddin Özbək ibn Cahan Pəhləvan
Atabəy Əbubəkrin zəif siyasətləri nəticəsində Gürcülərə meydan yarandı ki, Azərbaycan Atabəylərin ərazisinə hücum etsinlər.Atabəy Əbubəkrin son hakimiyyəti dövründə Gürcülərin qarşısında müqavimət göstərdi.Xarəzmşahların güclənməsi ilə Səlcuqilərin hakimiyyətində dəyişikliklər yarandı.Səlcuqilərin hakimiyyəti sona çatmaqla Sultan Məhəmməd Xarəzmşah Qəznə və İranın şərqində hakimiyyətini genişləndirdi və Qərbə doğru yönəldi. bir tərəfdən Atabəy Özbək və bir tərəfdən də Atabəy Sədzəngi Fars istiqamətdə çalışdılar ki, İraqi əcəmə qədər hakimiyyətlərini genişləndirsinlər.ancaq Məhəmməd Xarəzmşaha məğlub olaraq Azərbaycan Atabəyləri Xarəzmşaha tabe oldular. Bir tərəfdən Gürcülərin Arana hücumu və bir tərəfdən də Azərbaycan Atabəylərin məğlub olması Aran və Qafqazın vəziyyətini dəyişdirdi.belə ki, Atabəy Özbək çarəsizlikdən Sultan Məhəmməd Xarəzmşahdan yardım istədi.və iddia etdilər ki, Gürcülərin hücumlarına məruz qaldıqları üçün Atabəylər bac ödəyə bilməyirlər.(Nəsvi, 1344, 26).Xarəzmşah Aran və Qafqaza sahib olduğunu iddia etdi və vergiləri bağışladı.və Gürcü şahın yanına gedib ona bildirdi ki, “Bu ərazilər mənə tabe olub və bundan sonra bu ərazilərə hücum edə bilməsən.”(Nəsvi, 1344, 26). Xarəzmşah gürcülərlə mübarizə aparmaq üçün Atabəy Özəbəyə 50 min nəfərlik ordu göndərdi.bu hadisə Özbəyə imkan yaradırdı ki, Gürcü ərazisindən öz məqsədinə uyğun istifadə etsin.” (Nəsvi, 1344, 26). Ancaq Özbək bu fürsətdən istifadə etmədi və Gürcülərdən xilas olduqdan sonra vergi ödəməyən xanlarla mübarizə etməyə başladı və Qarabağa daxil oldu.o, 612(qəməri il)-ci ildə Xaçına hücum etdi.və şəhəri qarət etdi.məlum olmayan yazıçı 13 əsrdə yazıb ki, Xaçın əhalisi bir neçə Allaha inanır.(Musaoğlu, 1383, 121-122)
Gürcü şahı IV Georgi11 Məhəmməd Xarəzmşahın təhdidlərindən qorxub ona hədiyələr göndərdi.(Nəsvi, 1344, 27).
Məhəmməd Xarəzmşahın Aran və Qafqazda gördüyü işlər, Gürcülər və Atabəy Özbəklə Məhəmməd Xarəzmşahın əlaqəsini Nəsvi qeyd edib və bu məntəqənin ilk və sonuncu adıdır. Çünki Məhəmməd Xarəzmşahı Monqollar məqlub etdi və İranın tarixi yeni mərhələyə qədəm qoydu.Atabəy Özbək öz hamısını əldən verdi və hər iki tərəfdən hücuma məruz qaldı.cənubdan 617(qəməri il)-ci ildə monqolların girişi ilə Atabəy özbək bac verməklə öz hakimiyyətini qorudu.(İbn Əsir, 1355, 160/26)
Beşinci Bölüm) Monqollar və Gürcülər
Atabəy Özbək Monqollara bac verməklə hakimiyyətinə davam etdirdi.monqollar Muğan yolundan Gürcüstana hücum etdilər.10 minlərə gürcü öldü.Gürcülər monqollarla müqabilə etmək üçün Özbək və Məlik Əşrəfdən yardım istədilər.”əgər monqolları məğlub etmək üçün ordunuzu göndərməsəniz, biz sizin əleyhinizə monqollarla saziş edəcəyik.”(İbn Vasil, 1369, 90/4)
Məlik Əşrəf öz qardaşı Əlkamil kimi Misirdə xristianları qovmaq üçün orduya ehtiyacı var idi.bu üzdən müttəfiqlərə yardım etməkdən vaz keçdi.Gürcülər monqolların əleyhinə Özbəklə birləşdilər.müttəfiqlər fikirləşdilər ki, qış ayında monqollar hücum etməzlər və buna görə heç bir iş görmədilər.nəhayət monqollar Gürcüstana hücum etdilər.və Atabəy Özbəyin Uquş adlı adamı Monqollara tabe oldu.gürcülərlə birinci Uquş və onun qoşunu mübarizə etdi və Uquş bir çox itki verdi.Gürcülərin müqaviməti azaldıqdan sonra monqollar hücuma başladılar.və gürcüləri məğlub etdilər.
Monqollar sonra Beyləqana hücum etdilər.onların hücumunu görən şəhərin əhalisi sülh etmək istədilər.beləliklə monqollar şəhərə bir nümayəndə göndərdilər.ancaq əhali onların nümayəndəsini öldürdü.beləliklə 618(qəməri il)-ci ildə monqollar Beyləqanı işğal etdilər.(İbn Əsir, 1355, 180-181/26, İbn Vasil, 1369, 48-49/4).
Monqollar Beyləqanı işğal etdikdən sonra Aranın paytaxtı Gəncəyə hücum etdilər.əhalinin müqaviməti ilə üzləşən monqollar Gəncədən Gürcüstana doğru hərəkət etdilər.gürcülər monqolları qarşıladılar.əslində bu hərəkət səhv idi.gücülər coğrafiya mövelərindən istifadə etməlidilər.belə ki, cığır yollara və dağlara gedib monqolların qarşısında müqavimət etməli idilər.monqollar gürcüləri məğlub etdilər.və deyilənlərə görə monqollar 30 min nəfəri öldürüb şəhəri qarət etdilər.monqollar gürcüləri təqib edib Tiflsə doğru hərəkət etdilər. şəhər boşaldı və Gürcülərin ordusu dağlara sığındı.monqollar şəhərə girib istədikləri etdilər.(İbn Əsir, 1355, 182-184/26)
Monqollar şirvan Dərbəndinə hücum etdilər.Şamaxıya hücum edən monqollar əhalinin müqaviməti ilə rastlaşdılar.nəhayət “Monqollar şəhəri işğal etdilər və əhalini öldürüb şəhəri qarət etdilər.”(İbn Əsir, 1355, 186/26)
Şamaxı işğal olduqdan sonra Dərbəndə doğru hərəkət etdilər. monqollar Qıpçaq, Lan12, Rus və başqa tayfalara hücum etdilər, ancaq onları məğlub edə bilmədilər.onlar Dərbənd şahı, Şirvanşah, ilə danışdılar və Şirvana məktub göndərdilər. onlar Şirvanşahın nümayəndələrini qorxudub Dərbənddən keçdilər və Qıpçaq, Lan və Ləgəz13-ə daxil oldular və hər yeri qarət etdilər.
Monqolların Qıpçağa hücumundan sonra monqolların qərb qrupu14 Qıpçağı işğal etdilər.və Qıpçaqlar dağıldılar. bunların bir qrupu Rus ərazisinə və başqa bir qrup ölkələrinin dağlarına getdilər.və bunlardan böyük bir qrup təşkil tapıb Şirvanın Dərbəndinə getdilər, Dərbəndin şahına, Rəşidə, dedilər ki, “monqollar bizim şəhərlərimizi işğal etdilər və hər bir şeyi qarət etdilər. indi sənin yanına gəlmişik və sizin şəhərlərinizdə yaşamaq istəyirik.biz sizə tabe oluruq.və sənin üçün şəhərləri fəth edərik və sən bizim hakimimiz olarsan.”(İbn Əsir, 1355, 231/26)
Dərbəndin şahı bunlardan qorxdu.və Dərbəndə daxil olmaqlarına mane oldu.qıpçaqlar yenə də Dərbənd şahına məktub göndərdilər:” sizə tabe olmaq üçün oğlanlarımızı və qadınlarımızı sənin yanında girov qoyuruq.”ancaq yenə şah qəbul etmədi.şahdan xahiş etdilər ki, 10 nəfər, 10 nəfər onlara icazə versin şəhərdən ehtiyaclarını təmin etsinlər və ölkədən xaric olsunlar.şah bu təklifi qəbul etdi.şirvanşah Rəşid qıpçaqlardan qoxduğu üçün Qıpçaq sərkərdənin nəzarəti altında bir ordunu onların əleyhinə göndərdi.onları məğlub etdi.hərçənd ki, Qıpçaqlar mübarizə etmədilər və dedilər:” biz Şirvanşahın bəndəsi və ona tabeyik.bundan başqa olsaydı biz ordu ilə mübarizə edərdik.”(İbn Vasil, 1369, 114/4).Qıpçaqlar Şirvanşahın qorxusundan Dərbənddən köç etdilər.ancaq şirvanşah onları təqib edib hücuma başladı və onları qarət etdi.bu hadisədən sonra qıpçaqlar bir bəhanə ilə şəhər daxil oldular və şirvanşah şəhəri onlara verib qaçtdı.qıpçaqlar ordu hazırladılar və gürcülərə hücum etdilər. Gürcüstan şəhərlərindən olan Qəbələ15-ni aldılar.şirvanşah Rəşid bu hadisədən faydalandı və şəhəri qıpçaqlardan geri aldı.qıpçaqlar Qəbələni viran etdilər.sonra Qəbələdən Gəncəyə doğru hərək etdilər.
Bu dövürdə Aran və Azərbaycanın hakimi Atabəy Özbək idi.Atabəy özbək tərəfindən Gəncəyə təyin edilən hakim, Kuşxurə, Qıpçaqlara məktub göndərdi və Gəncənin tərk edilməsini istədi.Qıpçaqlar isə gürcülərin əleyhinə müttəfiq olmalarını təklif etdilər.Kuşxurə onlara icazə verdi ki, orada yaşasınlar və onlardan bir nəfəri girov saxladı və onlardan bir qız aldı.bu hadisəni Atabəy Özbəyə xəbər verdilər.Atabəy Özbək “Kilkun”16 dağında yaşamaqlarına icazə verdi.
Azərbaycan Atabəyilərin Gürcülərlə üzləşməsi yeni bir hadisə deyildi.monqolların və qarətçilərin əlindən Atabəylərə sığınan qıpçaqlar, səbəb oldular ki, zəifləmiş Atabəy dövləti güclənsin.bu hadisədən xəbər tutan gürcülər, Gəncənin yaxınlığına hücum etdilər.Gəncənin valisi qıpçaqlardan istədi ki, gürcülərə hücum etsinlər.və bu hadisədən sonra gürcülərin bir çoxu öldürüldü və qarət edildi.
Gəncə hakimi əmr etdi ki, Gürcülərin vəziyyəti məlum olmayana qədər qıpçaqlar gürcülərə hücum etməsinlər.ancaq Qıpçaqların başqa bir qrupu bu əmrə etina etmədilər və gürcülərə hücum etdilər və nəhayət gürcülərə məğlub oldular.qıpçaqlar Bərdəyə doğru hərəkət etdilər və Kuşxurdən istədilər ki, Gürcülərə hücum etdikləri zaman onlara yardım etsin.Kuşxurə bu təklifi rədd etdi və onların cavabında dedi ki, “əmri dinləmədiyinizə görə hətta bir əsgər də sizə göndərməyəcəyəm.” Qıpçaqlar girovun azad edilməsini Kuşxuridən tələb etdilər.ancaq o, azad etmədi və qıpçaqlar da bir çox müsəlmanı girov saxladılar.(İbn Əsir, 1355, 238-239/26)
Monqolların hücumu zamanı qıpçalar daha çox ziyan görürdülər. və bu məsələ səbəb oldu ki, Arazın o tayında münaqişələr baş versin.qıpçaqlar her yerdən qovulurdular və heç bir yerləri yox idi.beləliklə müsəlmanlar həmdinlilərindən müdafiə etmək üçün onlara hücum etdilər bir çoxlarını öldürdülər.qıpçaqlar Şirvanda və ondan sonra Ləgəziyan17 ölkəsində hücuma məruz qaldılar.onların bir qrupu öldürüldü və bir çox qadın və uşaq əsir götürüldü.beləki, Şirvanın Dərbəndində “qıpçaqların ərazisi ucuz qimətə satılırdı,”(İbn Əsir, 1355, 239/26)
619(qəməri il)-cu ilin orucluq ayında gürcülər Arana doğru hərəkət etdilər və Beyləqana hücum etdilər18.qeyd etdiyimiz kimi monqollar Beyləqanı qarət etdikdən sonra qıpçaqlara hücum etmişdilər.monqollardan canlarını xilas edən əhali şəhərə geri qayıtmışdılar və Beyləqanı abadlaşdırdılar.619(qəməri il)-cu ildə gürcülər Beyləqana hücum etdilər.Beyləqanın əhalisi belə fikrləşdi ki, keçmişdə olduğu kimi gürcülərə bac versələr, onlar şəhərə hücum etməyəcəklər.buna görə də bir iş görmədilər.gürcülər şəhərə daxil oldular və şəhəri qarət etdilər .monqollardan da çox adam öldürdülər.
Bu hadisələr elə bir zamanda baş verir ki, Atabəy Özbək Təbrizdə xoşgüzaranlıqla məşğul idi.və İbn Əsir hirsindən yazıb:” Allah onu pis günə salsın.”(İbn Əsir, 1355, 241/26)
620(qəməri il)-ci ildə Surmari19 qalasının canişini hakimin yoxluğundan istifadə edib Gürcüstanın bir sıra ərazisinə hücum etdi. Gürcüstanın hökmaranı Surmariyə hücum etdi və ətaraf şəhərləri qarət etdi.Surmarinin hökmranı Xilatdan qayıtdıqdan sonra gürcülərin qarət etdiklərini geri aldı.Gürcülər təkrar Surmariyə hücum etdilər.ancaq yolda Surmari ordusu onları məğlub etdi.(İbn Əsir, 1355, 248-250/26)
İbn Vasil və İbn Əsirin məlumatları göstərir ki, Xilat və Surmari Atabəylərdən ayrılmışdır.və Ada20 ölkəsinə, Məlik Əşrəf Musa ibn Adil, tabe idi.Məlik Əşrəf, Xilati və ona tabe olan əraziləri qardaşı Əlməlik Müzəffər Əmir Şəhabəddinə bağışlamışdır.
622-ci(qəməri) ildə bütün Gürcülər Gəncəyə doğru hərəkət etdilər.Gürcülər şəhərin ətrafında yerləşdilər. bir müddət sonra Gəncənin ordusu onlara hücum etdi və gürcülər məğlub oldular.
622-ci(qəməri) ildə Şirvanşah, xalqı ilə pis davrandığı üçün oğlu onunla müharibə etdi.şirvanşah hakimiyyətdən kənarlaşdırıldığı üçün Gürcüstana pənah apardı.o, əhatəsində olan ərazinin yarısını gürcülərə verilməsini vəd etdi.ancaq Gürcü ordusu Şirvanşahın oğluna məğlub oldu.bu hadisədən sonra “Gürcülər ona dedilər, səndən bizə bir xeyir gəlməyəcək.bizim ölkəmizi tərk et.”(İbn Əsir, 1355, 286/26).
Altıncı Bölüm) Eldənizin əhatəsində olan ərazilərə Cəlaləddin Xarəzmşahın daxil olması
622(qəməri il)-ci ildə gürcülər Atabəy Özbəkin ərazisinə hücum etdilər və müsəlmanlar onları məğlub etdilər.gürcülər intiqam almaq niyyətində idilər.ancaq Cəlaləddin Xarəzmşahın Marağaya daxil olduğunu eşitdilər.Cəlaləddin monqollara məğlub olduqdan sonra atasının ölkəsini müharibə meydanına çevirdi.monqollar onu məhv etmək üçün onu təqib edirdilər.
Cəlaləddinin gəlişindən xəbər tutan Gürcülər, Cəlaləddinin əleyhinə müttəfiq olmağı Atabəyə təklif etdilər.”mən və sən əlbir olaq.yoxsa Cəlaləddin birinci səni məhv edəcək sonra məni.”(İbn Əsir, 1355, 287/26).onlar Atabəy Özbəklə mübarizə etmədilər və Cəlaləddinin əleyhinə mütəffiq oldular.
Xarəzmşahın Azərbaycana hücumundan sonra İğan21 Taesi Qiyasəddinin dayısı, Xarəzmşahın qardaşı Azərbaycan və Arana hücum etdi.və çoxlu şəhərləri, o cümlədən Aranı qarət etdi.ancaq hava soyuq olduğu üçün Əlnasir xəlifənin bağışladığı Həmədana geri qayıtdı.İğan Taesi Xarəzmşahın gücünü gördükdən sonra ona birləşdi.Atabəy Özbək Xarəzmşahın qorxusundan Gəncədə”Əlincə”qalasına pənah apardı.22 o, Təbrizin hökmranlığını III Toğrolun qızı, yəni öz qadınına verdi.ancaq Təbriz Xarəzmşahın qarşısında çox müqavimət göstərə bilmədi.Xarəzmşah Təbrizə daxil oldu və Atabəy Özbəkin qadınını və Tacəddin Qılıc və Bədrəddin Hilal ilə bərabər Xoya göndərdi.(Nəsvi, 1344, 140-141, Coyini, 1382, 156-157)
Sultan Cəlaləddin Xarəzmşah bir müddət sonra Təbrizi tərk edib Gürcüstana hücum etdi.” Müsəlmanlar gürcülərin əlindən təngə gəlmişdilər.Allah onları gürcülərdən xilas etmək üçün Xarəzmşahı göndərdi.”(İbn Əsir, 1355, 295/26).
Xarəzmşah monqolları məğlub etdi və Dovin şhərini azad etdi.Gürcü sərkərdə qaçmağa məcbur oldu.Rusudan Gürcüstanın məlikəsi qalaya sığındı.beləliklə Xarəzmşah Gürcülərə qalib gəldi və Gürcüstandakı ordusuna qardaşı Qiyasəddini təyin etdi.çünki Təbrizdə hərc-mərclik yaranmışdır və qayıtmağa məcbur idi.hərc-mərcliyinə səbəb olan Təbrizin valisini Nizaməddini məğlub etdi və Şəmsəddin Töğrayını həbs etdi. Nəsvi yazıb ki, Xarəzmşahın vəziri Şərəfəddin bu hərc-mərcliyə səbəb olmuşdur.Toğrayı günahsızdır.Sultan bir müddət sonra həqiqəti bildi və Toğrayını azad etdirdi.(Nəsvi, 1344, 145-147)
Sultan Cəlaləddin Xarəzmşah Atabəy Özbəyin qadınını aldı. Onun almaq üçün bir çox alimlərə, o cümlədən Qazi Kəmaləddin, Qazi Vərzqan və İzəddin Qəzviniyə müraciət etdi.(Nəsvi, 1344, 149).bu məsələ ona görə əhəmiyyətlidir ki, Xarəzmşah bu hərəkətlə səlcuqlara nüfuz etmək istəyirdi.
Qeyd olunduğu kimi Təbrizdəki hərc-mərclik səbəb oldu ki, xarəzmşah gürcüləri buraxsın.623(qəməri il)-cü ildə sultan Təbrizdə olduğu zaman gürcülər müxtəlif tayfaları Ləzgi, Alan və Qıpçaqları toplayıb Cəlaləddin tərəfindən işğal edilən ərazilərə hücum etdilər.Məlikə Rusudan qaçdı və şəhəri iki sərdarına Botzo və Momnaya tapşırdı.(Rövşən Zəmir, 1352, 176).Cəlaləddin Gürcüstana çatdı və şəhərə daxil oldu.Sultan Cəlaləddinin əsgərləri Gürcü qadınları və uşaqları əsir tutdular və qul kimi satırdılar.(İbn Əsir, 1355, 33-4/27).26
515(qəməri il)-ci ildə Gürcülər Mahmud ibn Məhəmməd ibn Məlikşah Səlcuqi dövründə Tiflisi azad etdilər. Səlcuq şahların arasında Sultan Mahmudun güclü olmasına baxmayaraq Tiflisi azad edə bilmədi.hətta o, 519(qəməri il)-cu ildə hücum etdi.ancaq məğlub oldu.Atabəy Eldəniz gürcülərin əlindən özünü xilas edə bildi.Atabəy Pəhləvan gürcülərə hücum etmədi və onlarla saziş etdi. monqollar tərəfindən gürcülərə dəyən ziyanlardan faydalanan Xarəzmşah, oraya hücum etdi.
Sultan Cəlaləddin Gürcüstanda az qaldı. Kirmanda Hacəbin üsyanından27 xəbər tutan Xarəzmşah 30028 nəfərlik ordu ilə (17 gündə) Kirmana çatdı.Rusudan Sultan Cəlaləddinin yoxluğundan istifadə edib ordu hazırladı.bundan xəbər tutan Cəlaləddin Tiflisə qayıtdı.və məlikəni məğlub etdi və çoxlarını öldürdü.
Bir müddət sonra Naxçıvana sonra İxlat qalasına getdi və oranı 1228(miladi)-ci ildə fəth etdi.(Covini, 1382, 164-69/2, 175-76, Nəsnəvi 1344, 211-12, 150-55).bu zaman Ərzərumdakı hakiminin oğlu, Gürcü məlikəsi ilə evləndiyi üçün xristianlığı qəbul etdi.və Tiflis fəth edildikdən sonra Xarəzmşah onu əzizlədi.Xarəzmşah şəhərə gürcüləri dəvət etdi.onlar bilirdilər ki, şəhəri saxlamağa gücləri yoxdur və buna görə də şəhəri oda çəkdilər.(Nəsvi, 1344, 155).ancaq İbn Əsir hadisəni başqa cür yazıb.
O yazıb ki, Xarəzmşah Xilatı fəth etdikdən sonra İvani türkələri29 öldürdü.onun ordusu Tiflisin əhalisi ilə pis davranırdı.Nəsvi Xarəzmşahdan müdafiə edib.bu üzdən İbn Əsirin sözünə istinad etdmək yaxşıdır.(İbn Əsir, 1355, 79/27).
İbn əsirin başqa məlumatına əsasən Xilatın nümayəndəsi, Hisaməddin Əli Hacəbin Azərbaycana gəlişi Xarəzmşahın Azərbaycan və Aranda olan sərt davranışına bir sübutdur.
Başqa bir tərəfdən Atabəy Özbəyin qadını dövlətin işində müdaxilə edirdi.ancaq Cəlaləddinin əmrinə əsasən o siyasətdən uzaqlaşdırıldı.buna görə də o, Cəlaləddinin əleyhinə Hacəbinini üsyana təhrik etdi.və həmçinin Xarəzmşahın diktaturasına görə Naxçıvanın əhalisi şəhəri Hacəbin ixtiyarında qoydular. Cəlaləddinin qadını da məlik Əşrəfin ordusu ilə Xilata daxil oldu.
627(qəməri il)-ci ildə Xarəzmşah Xilata hücum etdi.Ərzərumun hakimi Xarəzmşaha yardım etmək üçün gəlmişdir.Ələddin Keyqubad Romanın hakimi əmisioğlunun yardımından qorxdu. Məlik Əşrəfin yardımı ilə Xarəzmşahı” Yası Cəman”30də məğlub etdi.bu məğlubiyyətin ardınca Ərzərum Keyqubadın işğalında oldu.Xarəzmşah və Keyqubad saziş etdilər və nəhayət hər kəs öz ərazilərinə geri qayıtdılar.
Xarəzmşahın məğlub olmasını III Ələddin Məhəmməd İsmayılların hakimi monqollara xəbər verdi.monqollar 648(qəməri il)-ci ildə Azərbaycana hücum etdilər.xarəzmşah ordusunun bir hissəsi Toğonun sərkərdəliyi ilə monqollarla üzləşdi.və nəhayət kimsə diri qalmadı.(İbn Əsir, 1355, 272-273/26).Sultan Cəlaləddin Təbrizdən Muğana doğru hərəkət etdi.Muğanda ovçuluqla məşğul oldu.monqollar ona hücum etdilər. və Sultan Arazın kənarına gəldi və nicat tapdı.Sultan Azərbaycana gəldi.və “Mahan”31qalasında yerləşdi.qışın sonunda, Türkmənlərin yardımına ümid bağlayan Xarəzmşah Arana getdi.
Sultan Aranda olduğu zaman Təbrizdə Bəhaəddin Məhəmməd ibn Şirbankın üsyanını eşitdi.bu üsyanda əhalini Tatara təslim etdiyi üçün məğlub oldu.bu hadisədən sonra Gəncənin əhalisi Xarəzmlərin əleyhinə üsyan etdilər.Sultan çalışdı üsyanı sakitləşdirsin, ancaq müvəffəq olmadı.və Gəncənin əhalisi”Sultanın çatırına bir neçə ox atdılar.”(Nəsnəvi, 1344, 266).nəhayət 628 (qəməri il)-ci ildə Sultan şəhərə daxil oldu.
Sultan Cəlaləddinin hakimiyyətinin sona çatması Atabəy sülaləsinə o qədər də yaxşı olmadı.çünki monqollar xarəzmşahın ərazisinə sahib oldular və icazə vermədilər ki, yerli hakimiyyət təşkil tapsın.
Atabəy Özbək Gəncədə Cəlaləddin Xarəzmşahın nəzdinə getdi və İsmayıllərin qalasında dinc həyat sürdü və beləliklə həyatını sona çatdırdı.
əhəmiyyətli hadisələrdən biri bu idi ki, bəzi Eldəniz sərkərdələri, o cümlədən Bəğdi çox çalışdı Atabəy sülaləsini dirçəltsin. və Atabəy özbəyin oğlunu hakimiyyətə çatdırsın.ancaq bu çalışmalardan bir nəticə almadı.halbuki, xarəzmşahın gürcülərlə mübarizəsi, Aran və Qafqazdan gürcülərin çıxadılması səbəb oldu ki, Atabəylərin bir çox kəndliləri Xarəzmşaha tabe olsunlar.
Qaynaqlar:
Çıxarışlar:
1. ----
2. İbn Əsir və Xafi, Dovin şəhərini Azərbaycana aid ediblər.(İbn Əsir, 1355, 139/21.Xafi, 1341, 253)
3. Neyşaburi, pars düzəngahını Murğan adlandırır.(Neyşaburi, 1332, 81)
4. Ravəndi(1364, 299)
5. Eldənizin arvadı, Möminə xatın gürcülərlə mübarizə etməyə daha çox marağı var idi.
6. Hüseyni “Tarix və Fəzail-i Mülk”adlı kitaba istinad edərək yazıb: bu savaşlar haqqında Gürcü qaynaqlarında məlumatlar var.ancaq müharibənin məkanı Beyləqan deyil, bəlkə Şəmhurun yaxınlığı qeyd olunub.(Mocani, 1380, 154)
7. Gəncənin işğalı haqqında Hüseyninin məlumatı ilə“Tarix və Fəzail-i Mülk”adlı kitabın yazıları arasında ziddiyyət var.”Davud Gəncəyə daxil oldu.şəhərə yaxınlaşdığı zaman tacirlər, alimlər onu qarşıladı.şəhərin darvazasını açıb hakimiyyəti ona verdilər.(Hüseyni, 1380, 206 “Tarix və Fəzail-i Mülk”adlı kitabdan stat”
8. Hüseyni bu əmirin adına işarə edib. Və Atabəy Əbubəkrin oğlu olduğu iddia edib. Ancaq Dr. Məhəmməd Nurəddinin təshih etdiyi kitabda bu əmirin adı yazılmayıb.İbn Əsir bu haqda məlumat yazmayıb.yalnız Hüseyni bu hadisəyə işarə edib.belə nəzərə gəlir ki, Azərbaycan tədqiqatçı Musaoğlu. Hüseyniyə istinad edərək yazıb.(Hüseyni, 1380, 206-7)
9. Qars
10. ---
11. Laşa
12. Ermənistanın kənarında geniş bir ərazidir.Babul-əlbab və Xəzərin kənarında(Həməvi, 1336, 8/5)
13. Bəlkə Ləzəg لزگ
14. Bir qrup Monqol, Xurasanın qərbinə gəldi.
15. Qədim bir şəhərdir.Ermənistanın tabeyində və Dərbənddə yaxın.I, II, III fəthlər.(Moqəddəsi, 1361, 553)
16. Qafqaz dağlarından bir dağ
17. Bəlkə Ləzəgian لزگیان
18. 616(qəməri il)-cı il
19. Tiflis və Xilat arasında böyük bir qala(Həməvi, 1336, 215/5)
20. Diclə və Firatın şimali hissəsi Aşurların qədim ərazisi idi.(Lostronc, 1367, 93.İbn Hoqol, 1366, 368)
21. Nəsvi onu Yəğan adlandırıb.(Nəsvi, 1344, 140)
22. Cəlaləddin Xarəzmşahla arvadının evlənməsini eşidən Atabəy Əbubəkər, 622(qəməri il)-ci ildə öldü.
23. -----
24. ----
25. ----
26. Xristian yazıçılar, Cəlaləddinin cinayətlərini Roma imperaturun Urşəlimdə etdiyi cinayətlərə bənzədirlər və bu cinayət xristian dünyasında ən acı cinayətdir.
27. Onun ulağı çatdı.(Nəsvi, 1344, 152)
28. Nəsvinin məlumatına əsasən 6000 atlı(Nəsvi, 1344, 152)
29. Nəsvinin məlumatına əsasən İvai
30. Yasi Çəmən
31. Müctəba Minuyi, Nəsvinin kitabını təshih etdiyi zaman bildirib ki, Azərbaycandan başqa bu ada rast gəlməyib.(Nəsvi, 1344, 250)
32.