Ənn Dersi : Bu ölkələrin bu məsələyə razılıq vermələri həmin ölkələrin ABŞ ilə əlaqələrində yeni üfüqlər açıb
Azərbaycan Servisi/Aran Agentliyi
ABŞ Əfqanıstana öz hərbi yüklərini tranzit etmək məqsədi ilə Bakıda iclas keçirib. Az. R-nın kütləvi informasiya vasitələri və hökumət rəsmilərinin belə bir tədbirin təşkil olunması haqda bir məlumat təqdim etmədikləri bir şəraitdə Forest News Informasiya Agentliyi Amerikanın Bakıdakı səfiri Ənn Dersiyə istinadən bildirib ki , Türkiyə ,Az. R. ,Əfqanıstan , Gürcüstan və ABŞ-ın Avropadakı qüvvələrinin qərargah rəisinin iştirakı ilə keçirilən iki günlük iclasda iştirakçılar Amerikanın Əfqanıstana öz hərbi ləvazimatını göndərməsi barədə əlverişli marşrutun təyin edilməsi haqda müzakirə edəcəklər .
Ənn Dersi öz çıxışına Gürcüstanla Az. R-nın Amerikanın Əfqanıstana bu ölkələrdən hərbi yüklərin göndərilməsi razılaşmalarına işarə edərək deyib: Bu ölkələrin bu məsələyə razılıq vermələri həmin ölkələrin ABŞ ilə əlaqələrində yeni üfüqlər açıb.
O iddia edib ki , Pentaqon Əfqanıstanda yerləşən sülhü mühafizə qüvvələrinin adi tələbatlarının müəyyən bir hissəsini təmin edib bu iki ölkənin anbarlarında saxlamaqla Az. R. və Gürcüstanın iqtisadiyyatına yardım etmiş olacağına, onların regional əhəmiyyətini artıracağına ümidvardır .