Tarix : 2009 Mar 10
Kod 11057

EKO-nun nazirlər şurası işə başlayıb

İqtisadi Əməkdaşlıq təşkilatı EKO-ya üzv ölkələrin xarici işlər nazirləri şurasının 18-ci iclası Tehranda işə başlayıb
İİR Servisi/Aran Agentliyi
İqtisadi Əməkdaşlıq təşkilatı EKO-ya üzv ölkələrin xarici işlər nazirləri şurasının 18-ci iclası Tehranda işə başlayıb.
İİR-nin xarici işlər naziri Mənuçehr Müttəki iclasın açılış mərasimində etdiyi çıxışında EKO-nun geo-strateji mövqeyi və qabiliyyətləri, dəyərli tarixi təcrübələrini üzv ölkələrin birləşməsində önəmli fakt adlandırıb.
Əcnəbilərin regionun daxili işlərinə müdaxiləsini tənqid atəşinə tutan Müttəki deyib: Regiondan kənar ölkələr tərəfindən işğal siyasətinin davamı nəticəsiz qalıb və ölkələrin stabilliyi seçilmiş hökumətlərin möhkəmlənməsi sayəsində və yerli alimlərin milli qabiliyyətinə arxalanaraq əldə olunub.
İİR-nin xarici işlər naziri Sionist rejimin Qəzzə əhalisini məğlub etməkdə təcrübə etdiyi biabırçı uğursuzluğuna da toxunub. O deyib: İnsanlığa yaraşmayan və ədalətsiz siyasətlərin xalqların müqaviməti ilə üz-üzə dayandığı üçün sionistlərin sonu yaxınlaşıb.
EKO nazirlər şurasının 2 günlük iclasında bu təşkilatın baş ekspertləri ticarət razılaşmaları, nəqliyyat, tranzit, habelə təbii fəlakətlərin idarə edilməsi sahəsində razılaşmaların icrasını araşdıracaqlar.
  • Yazılıb
  • da (də) 2009 Mar 10