Tarix : 2009 Mar 13
Kod 11091

HİCABOFOBİYA 4-cü HƏFTƏSİNƏ DAXİL OLDU

Xatırladaq ki, orta məktəblərdə hicablı şagird və müəllimələr ilə bağlı yaranmış çətinliklər Azərbaycanın bir sıra bölgələrində və İslam Mədəniyyətinin paytaxtı Bakıda hələ də müşahidə olunmaqdadır
Azərbaycan servisi/Aran Agentliyi
Hicaba qadağa kompaniyası davam etməkdədir. Artıq neçənci həftədir ki, Bakı şəhəri və rayonlarda məktəb direktorları tərəfindən qanunsuz şəkildə hicablı şagirdlərə qarşı hicabafobiya siyasəti yeridilir.

"Birlik-Azərbaycan" İA Dəyərlər İnformasiya Portalına istinadən xəbər verir ki, Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinə - DEVAMM-a daxil olan məlumatlara görə Xırdalan şəhərinin 4, 6 saylı orta məktəblərində, Binəqədi rayon 30 saylı orta məktəbində, Digah qəsəbəsinin S.Məmmədov adına orta məktəbdə, Sumqayıt universitetində, Hövsan qəsəbəsinin 270 saylı orta məktəbində, Naftalan şəhərinin 1 saylı orta məktəbində (xatırladaq ki, bu məktəbdə 6-cı sinif şagirdi Hüseynova Könülə və 4-cü sinif şagirdi Hüseynova Nuranəyə qarşı məktəbin direktoru tərəfindən zorakılıq aktı baş vermişdir), Gəncə şəhərinin 2, 9, 14, 17, 20, 27, 30, 32, 38 saylı orta məkətblərində direktorlar tərəfindən hicablı şagird və müəllimələrə dərslərdə iştirak etməyə icazə vermirlər və mart ayının 2-dən etibarən şagirdlər məktəbə buraxılmırlar. Bu hall bu günədək davam edir.

Qeyd edək ki, mart ayının 10, ANS telekanalında xəbərlərdə getmiş məlumatda təhsil nazirliyindən bəyan edilmişdir ki, heç bir tədris müəssisəsində nə şagirdlərə nə də müəllimlərə hicabla bağlı qadağa göstərişi verilməmişdir.

Xatırladaq ki, orta məktəblərdə hicablı şagird və müəllimələr ilə bağlı yaranmış çətinliklər Azərbaycanın bir sıra bölgələrində; Qax rayonunda, Yevlax rayonunda, Zərdab rayonunda, Neftçala rayonunda, Quba rayonunda, Lənkəran rayonunda, Biləcəri qəsəbəsinin 301 saylı orta məktəbində, Mehdiabad qəsəbəsinin 1, 2, 3 saylı orta məktəblərində və Xrdalan şəhərinin 1, 2, 9 saylı orta məktəblərində yaranmıış anlaşılmamazlıq aradan qaldırılmışdır.

Yeni daxil omuş xəbərlərə görə Binəqədi rayonunun 115 saylı orta məktəbində yaranmış çətinliklər artıq həll olunmuşdur və şagirdlər hicablı olaraq dərslərdə iştirak edə bilirlər.
  • Yazılıb
  • da (də) 2009 Mar 13