Tarix : 2009 Mar 13
Kod 11109

DAĞLIQLIQ QARABAĞ MÜNAQİŞƏSİ TƏDRİCƏN HƏLL OLUNACAQ

Mənuçöhr Mottaki: “İran Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əlindən gələn köməyi etməyə hazırdır”
Azərbaycan servisi/Aran Agentliyi
“İran Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün əlindən gələn köməyi etməyə hazırdır”. “Novosti-Armeniya”ın verdiyi məlumata görə, bunu Ermənistanda səfərdə olan İranın xarici işlər naziri Mənuçöhr Mottaki həmkarı Edvard Nalbandyanla keçirdiyi mətbuat konfransında deyib.

O, ümid etdiyini bildirib ki, ölkəsi sabitlik və əmin-amanlığın yaradılmasına yardım edə biləcək.

M. Mottaki Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini bina inşaatı ilə müqayisə edərək bünövrənin yavaş-yavaş qoyulduğunu xatırladıb. Nazir həmkarının bu məsələdə erməni tərəfinin yeni yanaşmaları barədə onu məlumatlandırdığını da söyləyib.
  • Yazılıb
  • da (də) 2009 Mar 13