Tarix : 2009 Mar 13
Kod 11111

MƏNƏVİYYATA ZİDD VERLİŞLƏRİN QARŞISI ALINSIN

Məlahət İbrahimqızı: "Onların cavabları da, qaldırdığımız məsələyə münasibətləri də bizi razı salıb"
Azərbaycan servisi/Aran Agentliyi

Millət vəkili, YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahımqızı bir müddət əvvəl telekanallarda mənəviyyata zidd verilişlərin qarşısının alınması üçün başladıqları kampaniyayanın gedişi barədə açıqlama ilə çıxış edib.

Verilən xəbərlərə görə, deputat artıq bəzi telekanallar onların müraciətini cavablandırdığını deyib: "Onların cavabları da, qaldırdığımız məsələyə münasibətləri də bizi razı salıb".

Millət vəkili həmçinin, deputatların sadəcə, televiziya efirlərində milli mənəviyyatımıza yaraşmayan verilişlərlə bağlı öz narazılıqlarını ifadə etdiyini vurğulayıb.

Onun sözlərinə görə, məlum müraciəti imzalayanlar bu yaxınlarda sözügedən məsələ ilə bağlı növbəti tədbir keçirməyi planlaşdırırlar.

  • Yazılıb
  • da (də) 2009 Mar 13