Azərbaycan respublikasina səfərə gəlmiş Rusiya xarici işlər naziri bir daha Baki mətbuatının Russianın Ermənistana 800 min dollar dəyərində silah satdığına dair məlumatını təkzib edib
Azərbaycan servisi/Aran Agentliyi
Azərbaycan respublikasina səfərə gəlmiş Rusiya xarici işlər naziri bir daha Baki mətbuatının Russianın Ermənistana 800 min dollar dəyərində silah satdığına dair məlumatını təkzib edib.
Az. R. Xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, bu gün Sergey Lavrovla görüşdə məsələ müzakirə olunub.
Məmmədyarov deyib: "Azərbaycan Xarici İşlər Nazirliyi bu barədə bəyanatla çıxış edib. Görüşdə də bu məsələyə toxunmuşuq. Rusiya tərəfi yenə də bəyan edir ki, 2008-ci ildə Ermənistana hansısa silahlar verilməyib. Amma Azərbaycan yenə də bildirir ki, biz bu məsələni daha dərindən araşdıracağıq və dəqiqləşdirəcəyik".
Sergey Lavrov isə deyib ki, Rusiya bir çox ölkə ilə hərbi-sənaye sahəsində əməkdaşlıq edir: "Amma bu əməkdaşlıq zamanı biz heç bir beynəlxalq anlaşmanı pozmuruq, öz öhdəliklərimizdən kənara çıxmırıq və əməkdaşlığımız heç bir regionda destabilizasiyaya xidmət etmir. Məhz bu prinsiplərlə hərbi-sənaye sahəsində Azərbaycanla da əməkdaşlıq edirik, Ermənistanla da. Burada heç bir sirr yoxdur. Azərbaycan və Rusiya mediasında yayılan sənəd ətrafında yaradılan ajiotaja gəlincə, artıq sübut olunub ki, bu sənəd saxtadır. Həmin siyahı bu qəbildən olan sənədlərin hazırlanma kriteriyasına ümumiyyətlə uyğun deyil. Həmin sənəddə o qədər qrammatik səhv var ki, onun harada hazırlanması barədə ciddi suallar yaranır". Qeyd edək ki Rusiya xarici işlər naziri tərəfindən saxta olduğu bildirilən sənədə əsasən Amerika tərəfindən maliyyələşdirilən media forum saytı və ANS teleknalı tərəfindən işlıqlandırılıb .