Dünya Müsəlman Alimlər Birliyi Başçısı Yusuf Kardavi ABŞ-ın İranın haqlı nüvə enerjiyə sahib olmasına qarşı çıxmasını kəskin tənqid edib
İİR servisi/Aran Agentliyi
Dünya Müsəlman Alimlər Birliyi Başçısı Yusuf Kardavi, "əl-Mısri əl-Yaum" qəzetinə verdiyi müsahibədə, İranın İslam dünyasında oynadığı roluna toxunaraq, İranı bir İslam ölkəsi olaraq qəbul etdiyini və bu ölkəyə qarşı təşkil edilə biləcək hər növ hücuma qarşı olduğunu vurğulayıb.
İslam-Azerinin FHA-a istinadlı xəbərinəgörə, Yusuf əl-Kardavi, İranın nüvə proqramının sülh məqsədi ilə olduğunu təsdiqləyib, "ABŞ-la üz-üzə gəlmək lazım olsa, İranın yanında olacağıq" deyib.
Kardavi əlavə olaraq, ABŞ-ın İranın nüvə enerjiyə sahib olmasına qarşı olduğuna da toxunaraq, "Nüvə enerjidən faydalanmaq İran daxil, hər ölkənin haqqıdır.
Buna görə ABŞ-la üz-üzə gəlmək lazım olsa, biz İranın yanında olacağıq" deyə vurğulayıb.