Tarix : 2009 Mar 14
Kod 11136

İran Fələstinə yardımını şərtlərə bağlamır

İslam-Azerinin YDH-ə istinadlı xəbərinə görə, Həmasın rəsmilərindən Mahmud Əz-Zahhar, bəzi Ərəb ölkələriylə beynəlxalq qurumların Fələstinə yardım etmələri öz mənafelərini güddüklərini ifadə edərək...
İİR servisi/Aran Agentliyi
İslam-Azerinin YDH-ə istinadlı xəbərinə görə, Həmasın rəsmilərindən Mahmud Əz-Zahhar, bəzi Ərəb ölkələriylə beynəlxalq qurumların Fələstinə yardım etmələri öz mənafelərini güddüklərini ifadə edərək, İranın Fələstinə və Həmasa heç bir təmənna güdməyərək yardım etdiyini bildirib.

Qahirədə davam etdirilən Fələstin milli dialoq müzakirələrinə Həmasın baş müzakirəçisi olaraq iştirak edən Mahmud Əz-Zahhar, Əl-Ərəbiyə telekanalına verdiyi müsahibədə, Həmasın işğalçı İsraili əsla tanımayacağını ifadə edərək, "Ərəb ölkələri və Ərəb olmayan bəzi qurumlar, Fələstinə yardım mövzusunu şərtə bağladılar, halbuki İran Fələstinə və Həmasa etdiyi yardımı heç bir şərtə bağlamır" deyib.

Səudiyyə himayəsində olan Əl-Ərəbiyə telekanalının "Həmas; İran, Qatar və Suriyanın oxunda hərəkət edib bu ölkələrin proqramlarınımı tətbiq edir?" şəklindəki sualını cavablandıran Mahmud Əz-Zahhar, bəzilərinin Həması günahlandırmağı bir vərdiş halına gətirdiyini söylədi və "Həmas bölgədəki heç bir oxda iştirak etmir; Həmasın bütün Ərəb və İslam ölkələriylə əlaqəsi var" deyib.
 
  • Yazılıb
  • da (də) 2009 Mar 14