Tarix : 2009 Mar 15
Kod 11153

islam ümməti vəhdət yolunda konstruktiv addımlar atmalıdır

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah əl-Üzma Xamenei əziz peyğəmbərimizin müdirlərini islami vəhdət uğrunda elmi addımlar atmağa ,təfriqə amilləri ilə qarşılaşmağa dəvət etmişlər
Beynəlxalq Servisi/Aran Agentliyi

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah əl-Üzma Xamenei əziz peyğəmbərimizin müdirlərini islami vəhdət uğrunda elmi addımlar atmağa ,təfriqə amilləri ilə qarşılaşmağa dəvət etmişlər .
Böyü Rəhbər bu gün Həzrət Xatəmulənbiyanın mövludu bayramı və şiələrin 6-cı imamı Həzrət İmam Sadiq (ə)-ın viladəti münasibəti ilə beynəlxalq İslami Vəhdət Konfransının iştirakçıları və müsəlman ölkələrinin səfirlərini qəbulu zamanı söyləyiblər ki, Böyük İslam peyğəmbəri Həzrət Məhəmməd (s.ə)-in viladəti bəşəriyyət üçün əlamətdar hadisə olmuşdur . İİR-nin banisi İmam Xomeyni Həzrətlərinin müsəlmanların vəhdəti ilə bağlı buyurduqlarını xatırladan inqilab rəhbərinin fikrincə , islam ümməti peyğəmbərin vücudu kimi əhəmiyyətli nemət bərabərində öz məsuliyyətini dərk etməli , vəhdət yolunda konstruktiv addımlar atmalıdır.
İslam İnqilabının Böyük Rəhbəri müsəlmanlar arasındakı təfriqə amillərindən söz açaraq kor təəssübkeşliyin ziyanlarına toxunub şiə və sünniləri bir-birinin əqidə və inanclarına hörmətlə yanaşmağa çağırmışlar . O həzrətin sözlərinə görə elmi mübahisələr heç vaxt cəmiyyətdə ziddiyyətli hal almamalıdır . Həzrət Ayətullah əl-Üzma Xamenei İslam düşmənləri və müstəmləkəçi qüdrətlərin nifaq salma cəhdlərinə toxunaraq qeyd ediblər ki , müsəlmanlar düşmənin məkirləri qarşısında ayıq-sayıq olmalı , onların hilələrinə uymamalıdırlar .İnqilab Rəhbəri həmçinin İslmai müqavimətin 33 günlük Livan və 22 günlük Qəzzə müharibəsindəki uğurlarını da xatırladıb və bildiriblər ki , Fələstin məsələsi İslam dünyasının məsələsidir və bunun ərəb-əcəm mövzusuna aidiyyəti yoxdur . Əgər İslam dünyasının məsələlərində tayfabazlıq ortaya atılırsa bu ən böyük təfriqəyə çevriləcək.

  • Yazılıb
  • da (də) 2009 Mar 15