Tarix : 2009 Mar 15
Kod 11154

Ən böyük arzum Badkubəni vətənim İrana qaytarmaqdır

.
İİR servisi/Aran Agentliyi
Ekspertlər: Səttarxanın ən əsas xüsusiyyəti dinə iman, İslami İranın müstəqilliyi və azadlığı uğrunda cihad etməsi olmuşdur.
İslami İranın tarixi qeyrətli şəxsiyyətlərindən biri milli sərdar adı ilə tanınmış Səttarxanın ölümünün 60 illiyi münasibəti ilə Beynəlxalq Səhər kanalının Azəri bölməsinin canlı Kompas proqramı üç xüsusi buraxılışda bu mücahidin şəxsiyyətini araşdırmağa məşğul oldu.
Cümə axşamı, cümə günü və şənbə günü ardıcıl davam edən bu verilişdə iştirak edən ekspertlər vurğuladılar ki, milli sərdar Səttarxanın ən əsas xüsusiyyəti dinə iman, İransevərlik, dini qeyrət, İslami İranın müstəqilliyi və azadlığı uğrunda cihad və islamın böyük alimlərinin göstərişlərinə əməl etmək olmuşdur.
İslam İnqilabının Sənədlər Mərkəzinin ekspertlərindən olan Rəhim Nikbəxt Səttarxanın şəxsiyyətinin araşdırılmasını silsiləvi proqramlar çərçivəsində olmasını vurğulayaraq deyir: Tarixi sənədlər və Səttarxandan qalmış sözlər sübut edir ki, dini təəssüb, məzhəbi qeyrət və İransevərlik Səttarxanın ən gözəl davranışlarından olmuşdur və Səttarxan həmişə vurğulayırdı ki, mən Ayətullah Axund Xorasani və Nəcəf alimlərinin göstərişlərini yerinə yetirirəm.
Nikbəxt əlavə edir: Habelə Seqətül-islam Təbrizi Səttarxanın yerli mərcəyi olmuşdur.
Bu tarix eksperti deyir: Silahlanmanın qarşısını almaq üçün Şeyx Fəzlullah Nuri, onun ölüm hökmünün icraçısı erməni Yeprem xan tərəfindən doğrudan məzlum oldu. Bu zaman Səttarxan yalnız və yalnız İslami İranın birliyi və vəhdətini qorumaq üçün sükut etdi.
Təbrizli tədqiqatçı Mustafa Qulizadə də deyir: Təəssüflər olsun ki, sabiq Sovet İttifaqı zamanı yazılmış etibarsız tarixi romanlar kommunizm rejiminin ideologiyasına uyğun şəkildə İranın tarixi şəxsiyyətlərini tanıtdırmaqda tamamilə təhrif olunmuş və hal-hazırda Azərbaycan Respublikasında Səttar xan barəsində nəşr olunan kitablarda da Səttarxan təhrif olunmaqla və qeyri-düzgün şəkildə tanıtdırılır.
Mustafa Qulizadə əlavə edir: Baxmayaraq ki, Səttarxanın savadı yox idi və böyük bir alim deyildi. Ancaq həmişə islamın böyük alimlərinə söykəndiyi üçün dərin siyasi düşüncəyə malik idi. O Təbriz və Qaradağ kimi məzhəbi bir mühitdə böyümüşdü və bilirdi ki, islam alimləri həmişə müsəlmanların namus və qeyrətlərini qorumuşlar. O görürdü ki, Tehranda İslami məşrutə üçün böyük alimlər çalışdığı kimi hazırkı Azərbaycan Respublikasında da Ayətullah Əbdül-qəni Badkubeyi kimi alimlər din və xalqın azadlığı və qeyrətinin qorunması üçün çalışırdılar və hətta öz canlarını belə olsun fəda edirdilər. Səttarxan da özünü o alimlərin ardıcıllarından hesab edirdi. Elə buna görə də, əcnəbilərin rus bayrağının altına girmək təklifinin müqabilində vurğuladı ki, mən 7 iqlimi Həzrət Əbülfəzlin bayrağı altında olmasını istəyirəm.
İslami Şura Məclisində Təbriz xalqının nümayəndəsi Seyyid Məhəmmədrza Mirtacuddini də deyir: Milli Sərdar Səttarxan və Milli Sərdar Baqirxan kimi şəxsiyyətlər İslami İranın böyük mücahidlərindəndir ki, son canına qədər islami məmləkətin izzəti və əzəməti üçün çalışmışlar.
İslami Şura Məclisində Muğanın nümayəndəsi Vəli İsmaili də Səttarxanın açıq düşüncəyə və milli-islami ruhiyyəyə malik olmasına işarə edərək vurğuladı: Düşmənlər heç vaxt irqçiliyi təbliğ etməklə İranda təfriqə salmaq siyasətini yeridə bilməyəcəklər. Çünki iranlıların Səttarxan kimi tarixi şəxsiyyətləri vardır ki, təəssüb və milli və islami qeyrətləri iranlıların vəhdətinin amilidir.
 
 
Səttarxanın fikirləri və amalları ilə tanış olaq
 

Səttarxanın İrana olan eşqi və vətənpərvərlik duyğularını dediyi bütün sözlərində müşahidə etmək olar. Bütün bu sözlər Sərdar Səttarxana aid olan ibarətlərdir:
"Məşrutəçi bir tüfəngçi deyil. Əslində azadlığı sevən bir insandır. Çünki əgər o azad olmazsa, İran parçalanar ya Qacar sülaləsi məşrutəçiliyi qəbul edər yada İrandan gedər."
"İranlılar öz padşahlarını seçmək hüququna malikdirlər və eləcə də milli məclis nümayəndələrini!"
"İngiltərə və Rusiya kimi ölkələrin İranın xarici işlərinə müdaxilə etməsinə icazə vermirəm. Bizim öz aramızda olan işlərin hamısı daxili işlərdir və İrana qarşı hər bir hücum cavabsız qalmayacaqdır."
"Həyatım boyu gördüyüm ən vətənpərvər insan Tus piri Firdovsidir!"
"Dünyada ən böyük arzum Badkubəni doğma vətənim İranıma qaytarmaqdır."
Səttar xan yüksək vəzifəli bir rəsminin məktubuna belə bir cavab yazmışdı: "Ömründə bircə gün belə o günü İranın azadlığı, əbədiliyi üçün vuruşacağam. Hətta mənə üsyankar adı verilsə belə!"
Səttarxan Culfa sərhədindən Təbrizə doğru irəliləyən rus qoşunlarının başçısına məktubunda yazır: "Onu da bil ki, bəlkə də iranlılar Məhəmməd Əli Şah Qacar kimilərin zülmlərinə davam gətirə bilsinlər. Amma əcnəbi qüvvələri məhz ölümlə qarşılamaq gərəkdir. Siz qayıtmasanız belə, cəsədlərinizi ailələrinizə göndərəcəyimə əmin olun!". (Deyilənlərə görə, rus kazaklar bu məktubu oxuyandan sonra Culfa sərhədindən ötüb-keçmədilər.)
İngiltərənin İrandakı səfirliyinin diplomatı Çarlz Marlinq 1907-ci ildə Çar Rusiyası ilə Səttar xanın münasibətinin necə olduğunu bilməkdən ötrü ona ünvanladığı bir məktubda Nadir Şahın əsrində yaşamış Pyotrun vəsiyyətnaməsinin 9-cu fəslini onun diqqətinə çəkir. Orada deyilir: "Gürcüstan məmləkəti və Qafqaz əraziləri İranın şah damarı hesab olunur. Rusiyanın bir qüvvəsi iynənin ucu oraya daxil olarsa, bilafasilə İranın zəif damarından qəlbində qan fəvvarə edəcəkdir. Nəticədə isə yüzlərlə əflatun kimi təbiblərin sağalda bilməyəcəyi hallara düşəcəkdir...
Sizə vaxt itirmədən Qafqaz və Gürcüstanı tutmaq və İranı öz hakimiyyətiniz altına salıb, onu nökər etməniz gərəkdir."
Səttarxan isə onun cavabında belə yazaraq deyir: "Məncə bu sözlər Pyotrun axır günlərində ölüm ayağında sayıqlamaları sizin yaman xoşunuza gəlib. Onun özü elə dünyanın fəth edən Nadir Şah Əfşarın mirasıdır və onun övladlarının qalıqları hələ öz əcdadının təsiri altında qalır. Onu da bilsinlər ki, Qafqaz bir neçə günlük və müvəqqəti bizim əlimizdən çıxıb, ömür vəfa edərsə, İranı əvvəlki vəziyyətinə qaytaracağıq."
Bu tarixi rəvayət bir daha əzəmətli, izzətli, milli sərdarı Səttarxanın söz yadigarıdır. O həmişə hamıya aşkar olan İran torpaqlarının tarixi bütövlüyünü qorumaq, onları yenidən İrana qaytarmaq uğrunda mübarizə ruhiyyəsi ilə yaşamış öz milliyyətinə, öz vətəninə sadiq qalmışdır. Milli Sərdar olan Səttarxanın mübarizə əhval-ruhiyyəsi İran millətinin mübarizə ocağı olan Təbrizdə xüsusi ilə də məşrutiyyə dövründə özünü büruzə vermişdir. Bu isə İranın böyük Sərdarı Səttarxanın vətənpərvərlik və vətənsevərliyinin bir sübutudur.

  • Yazılıb
  • da (də) 2009 Mar 15