İsveçrənin Bern şəhərində Ermənistanla Türkiyə arasındakı məxfi müzakirələrin başa çatdığı xəbər verilir
Türkiyə servisi/Aran Agentliyi
İsveçrənin Bern şəhərində Ermənistanla Türkiyə arasındakı məxfi müzakirələrin başa çatdığı xəbər verilir . Bu müzakirələrə 2007-ci ilin sentyabr ayından əlaqələrin normallaşdırılması məqsədilə başlanılıb.
İstanbulda çıxan Sabah qəzetinin yazdığına görə hal-hazırda tərəflər Ankara-İrəvan arasında əldə olunmuş anlaşmanın tarixi barədə razılığa gəlməlidirlər . Ancaq mətbuata sızan bəzi məlumatlarda deyilir ki , tərəflər diplomatik əlaqələrin qurulması üçün tezliklə sərhədləri açacaqlar . Türkiyə 1993-də Ermənistanla sərhədləri bağladı . Hazırda iki ölkə əlaqələrin adiləşdirilməsi erməni soy-qırımı deyilən məsələnin tarixçilər tərəfindən araşdırılması və 1921-ci ildə imzalanmış Qars müqaviləsinin müzakirəyə çıxarılması barədə komissiyanın təşkil olunmasına razılıq veriblər .