Tarix : 2009 Mar 17
Kod 11175

BAŞÇISI AZƏRBAYCANLI QADIN OLAN ''ÇETE''

Sözügedən "çete"nin çökdürülməsi üçün Türkiyə polisi təxminən bir ilə yaxın hazırlıq görüb
Türkiyə servisi/Aran Agentliyi
Türkiyənin Kırşehir Əmniyyət Müdirliyinin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində əxlaqsızlıq və fırıldaqçılıqla məşğul olan çete aşkarlanıb, qrupun üzvləri həbs olunub.

Xəbərin bizim üçün xüsusilə diqqət çəkən tərəfi həmin çeteyə kimliyi açıqlanmayan Azərbaycan əsilli qadının başçılıq etməsidir. Həmin qadının rəhbərliyi altında çete üzvləri vətəndaşlardan şantaj və hədə-qorxu yolu ilə külli miqdarda pul tələb etməkdə, eyni zamanda əxlaqsızlıq yuvaları saxlamaqda ittiham olunur.

Bildirildiyinə görə, sözügedən mafiyanın çökdürülməsi üçün polis təxminən bir ilə yaxın hazırlıq görüb. Bu müddətdə çete üzvlərinin kimliyi, hərəkət istiqamətləri, fəaliyyəti müəyyənləşdirilib. Əməliyyatı uğurla başa çatdıran hüquq-mühafizə orqanları hazırda cinayətkar birləşmənin istintaqını aparır.
  • Yazılıb
  • da (də) 2009 Mar 17