Tarix : 2009 Mar 17
Kod 11179

Bakıda ''Vəhdət Həftəsi'' tədbiri keçirildi

Azərbaycan İslam Partiyası İslam Peyğəmbəri və İmam Sadiq (ə) mövlüdü münasibəti ilə tədbir təşkil olunub
Azərbaycan servisi/Aran Agentliyi
Hyat Regensy otelinin "Quba" zalında "Vəhdət Həftəsi" tədbiri təşkil olunub.

İslam-Azerinin müxbirinin tədbirdən verdiyi məlumata görə, Azərbaycan İslam Partiyası İslam Peyğəmbəri və İmam Sadiq (ə) mövlüdü münasibəti ilə tədbir təşkil olunub.

Tədbirin açılışı Quran tilavəti ilə başladıqdan sonra Azərbaycan İslam Partiasının sədri çıxış edib. O söhbətində İslam Peyğəmbərinin mövludu, "Vəhdət Həftəsi"-nin önəmli məqamlarına toxunub. Tədbirdə Azərbaycanın bir neçə təşkilatının sədri həmçinin İran İslam Respublikasının Bakıdakı Mədəniyyət Mərkəzinin rəhbəri Ocaqnejad iştirak edib.
 
  • Yazılıb
  • da (də) 2009 Mar 17