Azərbaycan servisi/Aran Agentliyi
Qondarma Dağlıq Qarabağ respublikasının baş naziri kənd təsərrüfatının vəziyyətindən narazıdır. Armİnfo saytının məlumatına görə, bu barədə separatçı respublikanın "baş naziri" Ara Arutyunyan rayon administrasiyalarının məsul işçilərinin iştirakı ilə keçirilən iclasda bildirib. O qeyd edib ki, bu nəticəyə o, son aylar ərzində kənd təsərrüfatı icmalarına baş çəkəndən sonra gəlib. «Hazırda bizim kənd təsərrüfatımız dağınıq vəziyyətdədir. Biz kənd təsərrüfatı malları ixracatçısından, idxalçısına çevrilmişik. Kənd təsərrüfatı işləri keyfiyyətsiz və planlaşdırılmamış aparılır. Məsul şəxslərin və torpaq istifadəçilərinin səhlənkarlığı ucbattından əkinə yararlı sahələri müxtəlif ziyanvericilərlə doludur, əkin sahələrini alaq otları basıb. Böyük torpaq sahələri əkilmir». Onun sözlərinə görə, heyvandarlıq sahəsində də vəziyyət acınacaqlıdır.