bayram tədbirinə Azneft meydanından atlar və dəvələrdən ibarət karvanın hərəkəti ilə başlanacaq
Azərbaycan servisi/Aran Agentliyi
Bu gün İlaxır çərşənbəsidir. Ardıcıl olaraq gələn Su, Od və Yel çərşənbələrindən sonra Azərbaycan sonuncu-Torpaq çərşənbəsini qəbul edəcək. Axır çərşənbə hər il olduğu kimi bu il də ölkədə təntənəli qeyd olunacaq.
İlaxır çərşənbə ilə bağlı Bakıda da bir sıra tədbirlər keçiriləcək. Bakı Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, bayram tədbirinə Azneft meydanından atlar və dəvələrdən ibarət karvanın hərəkəti ilə başlanacaq. Karvanda hərəkət edən milli geyimli oğlan və qızlar Suraxanı rayonu "Atəşgah" məbədindən od götürərək geri dönəcəklər.
Daha sonra isə onlar musiqi sədaları altında Novruz personajlarının iştirakı ilə Heydər Əliyev sarayı qarşısından keçərək götürdükləri odla Qız qalasının üstündəki məşəlləri alovlandıracaqlar. Axşam saat 19-da İlaxır çərşənbə münasibətilə incəsənət ustalarının iştirakı ilə bayram konserti və atəşfəşanlıq təşkil ediləcək.
İlaxır çərşənbəniz mübarək olsun!