fevral ayının 27-dən başlayaraq Azərbycanın bir neçə bölgələrində orta məktəblərdə hicabla bağlı qadağalar yaranmışdır
Azərbaycan servisi/Aran Agentliyi
Xəbər verildiyi kimi fevral ayının 27-dən başlayaraq Azərbycanın bir neçə bölgələrində orta məktəblərdə hicabla bağlı qadağalar yaranmışdır. Belə ki bir neçə məktəblərdə hicablı şagird və müəllimələrə dərslərdə iştirak etmək tədris müəssisələrinin rəhbərləri tərəfindən qadağan edilmişdir. Bununla bağlı DEVAMM – Dini Etiqad və Vicdan Azadlıqları Müdafiə Mərkəzinə şikayətlər daxil olmuşdur. İlk gündən, mart ayının 16-dək yaranmış problemlərlə bağlı həm monitorinqin həmçinin müvafiq hüquqi addımların həyata keçirilməsi nəticəsində Gəncə şəhərinin bir çox orta məktəblərində, Neftçala rayonunda, Qax rayonunda, Yevlax rayonunda, Zərdab rayonunda, Neftçala rayonunda, Quba rayonunda, Lənkəran rayonunda, Biləcəri qəsəbəsində, Mehdiabad qəsəbəsində, Binəqədi rayonunun orta məktəblərində və Xırdalan şəhərinin 1, 2, 9 saylı orta məktəblərində, Hövsan qəsəbəsinin 270 və 281 saylı orta məktəblərində yaranmış çətinliklər müsbət həllini tapmışdır.
Hal hazırda monitorinq davam edir. Yeni daxil olan şikayətlər olmasada çətinliklər yaranmış orta məktəblərdə müşahidələr davam etdirilir.