taksi sürücüləri öz nümayəndələrini "hökumətə" göndəriblər və orada onlara söz verilib ki, sürücülərin şikayətinə baxılacaq
Azərbaycan servisi/Aran Agentliyi
Qondarma Dağlıq Qarabağın “paytaxt”ında etiraz aksiyası keçirilib. "Armtoday" informasiya agentliyinin məlumatına görə, 70-ə yaxın taksi sürücüsü işğal olunmuş Xankəndi şəhərinin mərkəzi meydanına toplaşaraq sərnişin daşınması ilə bağlı yeni qaydalara etiraz ediblər. “Aykakan Jamanak” qəzetinin məlumatına görə, taksi sürücüləri öz nümayəndələrini "hökumətə" göndəriblər və orada onlara söz verilib ki, sürücülərin şikayətinə baxılacaq.