Tarix : 2009 Mar 19
Kod 11238

NOVRUZ BAYRAMINIZ MÜBARƏK OLSUN!

Azərbaycan və İran xalqlarını bu gözəl bayram münasibəti ilə təbrik edib, xalqımıza xoşbəxtlik və can sağlığı arzu edirik
Azərbaycan servisi/Aran Agentliyi
Azərbaycanda və dünyanın bir çox ölkərində böyük sevgi və sevinc ilə qeyd olunan Novruz qədəmlərini ölkəmizə qoymaqdadır.

Qısaca olaraq Novruz sözünün fars dilində tərcüməsi "Yeni gün" demekdir. Bir çox ölkələrdə Novruz un gəlişi ilə il təzələnir.
Novruzun mənşəyi və tarixi


Novruz bayramının mənşəyi, onunla bağlı əsatirlər, miflər qədimdir. Tədqiqatçılar Novruz bayramının məhz yaxın şərqin qədim əkinçiliklə məşğul olan xalqlar arasında meydana gəldiyini söyləyirlər. Novruz bayramının ayr-ayrı tarixi və əfsanəvi şəxsiyyətlərin (Əfsanəvi İRAN şahları Kəyumərs (Avestada Qaye Mərdan) Cəmşid və başqaları) adı ilə də bağlı olmuşdur. Ancaq, bu bayram tək bir xalq və millətə məxsus deyil.
Novruz dünya xalqlarının bayramı kimi


Hər bir xalq bu bayramla bağlı etnik, yerli milli xüsusiyyətlərinə uyğun, özünəməxsus mövsum nəğmələri, mərasim nəğmələri yaratmışdır.
Ümumilikdə Novruz İranda, Qafqazda və Mərkəzi Asiyada çox təntənəli şəkildə qeyd edilir. İran dan əlavə Türkmənistanda, Tacikistanda, Özbəkistanda, Pakistanda, Qazaxıstanda, Qırğızıstanda bu bayram xüsusi təntənə ilə qeyd edilir. Albaniyada Sultan Nevruz bayramı dini bayram kimi Bəktaşilik təriqətinin davamçılar tərəfindən qeyd edilir.

Adətə görə süfrəyə "s" hərfi ilə başlayan 7 növ ərzaq qoyulur.
Ümumiyyətlə Novruz dünyanın əksər ölkələrində bu xalqların nümayəndələri tərəfindən geniş şəkildə qeyd edilir. Bu cür məkanlar arasında Los-Anceles, Toronto, Londonu saymaq olar. Los-Ancels şəhərinin ocaq qalamağa dair sərt qərarları var, heç bir kəsə öz mülkündə ocaq qalamağa icazə verilmir. Hətta buna baxmayaraq Cənubi Kaliforniyada yaşayan və Novruzu qeyd etmək istəyən İranlılar və Azərbaycanlılar Kaliforniyanın çimərliklərinə gedir və ocaq qalamağa icazə verilmiş yerlərdə ocaq qalayırlar.

Novruz bayramı İraqda, Türkiyə ərazisində, Hindistanda, Pakistanda, Özbəkistanda, Türkmənistanda və s. ölkələrdə qeyd edilir.
Novruz Azərbaycanda


Azərbaycanda adətə görə Novruiz bayramında göyərdilən səməni yazın gəlməsinin, təbiətin canlanmasının, əkinçiliyin rəmzidir. Azərbaycan kəndlisi səməni göyərtməklə növbəti təssərrüfat ilinə bərəkət, bolluq arzulamış, bayrama dörd həftə qalmış, hər çərşənbə axşamı və bayram günü tonqal qalamaqla, mahnı (“gün çıx!” nəğməsi və s.) qoşmaqla oda, atəşə, günəşə olan etiqad və inamını ifadə etmişdir. Bütün bu mərasimlər İslamdan çox-çox əvvəl mövcud olmuş qədim şərq ənənələrinin davamıdır.

Novruz bayramı qabağı adətən evdə həyətdə abadlıq, təmizlik işləri aparılır, ağac əkilir və s. Novruz bayramında şiriniyyat növləri (qoğal, külçə, fəsəli, paxlava, şəkərbura, şəkərçörəyi və s.) və plov bişirilir. Rəngbərəng yumurta boyanır, məcməyi və sinilərdə xonça bəzənir, şam yandırılır, tonqal qalanır, səməni qoyulur, ölənlərin xatirəsi yad edilir, küsülülər barışır, qohum-qonşular bir-birinə qonaq gedir, pay göndərirlər. Aşıqlar baharı mədh edir. Oğlan və qızlar təzə paltar geyib çalıb oynayır, yallı gedirlər. Cavanlar at çapıb, güləşir, küştü tuturlar. Novruz bayramında “haxışta”, “bənövşə”, “kos-kosa” oynayırlar.

Novruz bayramında süfrədə yalnız acılıqdan, şorluqdan uzaq, şirniyə baxan xörəklər olardı. İndi təzə xanımlar şorqoğalı bişirirlər. Novruza aidiyyəti yoxdur bunların. Şirniyyatlardan şəkərbura, paxlava, badamburma, ballıbadı və s. qədər saymaq olar. Adətə görə süfrəyə "s" hərfi ilə başlayan 7 növ ərzaq qoyulur. Su, süd, səməni, sünbül, sucuq, siyənək balığı, süzmə.
Novruz İranda


İran süfrəsində fərqli bir səməni olur. Onlar səmənini ən çox mərcidən göyərdirlər. Səməni buğdadan da olur. Amma mərci səmənisi cücərtmək daha rahat olduğu üçün səmənini mərcidən düzəldirlər. İran süfrəsində şəkil də olur – məsələn, İrandakı zərdüştilər öz Novruz süfrələrinə Zərdüşt peyğəmbərin müasir rəssamların təxəyyülünün məhsulu olan portretini qoyurlar. Amma İran əhalisinin çoxu müsəlmandır, onların süfrəsində Qurani-Kərim olur, bəziləri isı həm də İran şairi Hafizin divanını süfrəyə qoyurlar. İran süfrəsində də “s” hərfi ilə başlayan 7 nemət olmalıdır.
Novruz Əfqanıstanda


Əfqan süfrəsi isə adətən stolun üstündə olmur. Süfrə yerə sərilir və ona dəstərxan deyirlər. Əfqan süfrəsində kompota bənzər bir təam da olur. Həmin təamın adı “həft” meyvə, yəni yeddi meyvədir. Amma quru meyvələrdən hazırlanır. Əfqanlar bunu ilin heç bir ayrı ayında hazırlamırlar, ancaq Novruzda hazırlayırlar. “Həft” meyvə - ərik qurusu, kişmiş, qoz, iydə və sairdən hazırlanır. Əfqanıstanda da Azərbaycandakı kimi yumurta döyüşlərin olur, amma orda yumurta boyamaq bir az uzun çəkir – yumurtaları qaynadandan sonra da fırçayla üstünə cürbəcür naxış vururlar. Əfqanıstanda Novruz şənliklərinin mərkəzi Məzari–şərif şəhəridir - əfqanların inancına görə, Məhəmməd peyğəmbərin kürəkəni Əlinin məzarı bu şəhərdədir. İnsanlar həmin şəhərə toplaşır, Əlinin ziyarətgahında orda xüsusi sərgilər, mərasimlər, şoular təşkil olunur. Novruzda – Məzari-şərifdə müxtəlif oyunlar, yarışmalar da olur – xoruz döyüşlərdürürlər, it boğuşdururlar. Bu yarışmaların mövsümü Novruzda başlayır. Sonra 3-4 ay da davam edir. Çəpələng uçurtma kimi oyunlar da olur. Amma əfqanlar Novruzda Məzari-şərifə təkcə şənlənməyə getmirlər.

Əfqanlar Məzari-şərifə gedirlər, orda xüsusi bayraq qaldırırlar. Bayraq 10 gün orda qalır. Sonsuz qadınlar Əinin ziyarətgahına gəlir, ora lentlər bağlayırlar, Allaha dua edirlər ki, Əlinin xətrinə bizim ailənin övlad arzusuna yerinı yetir.
Novruz Qırğızıstanda


Qırğız süfrəsində məxsusi olaraq Novruzda bişirilən beşbarmaq da olur. Bu – quzu ətindən və qırğızlar makarona oxşar un məmulatından bişirilir. Adına niyə beşbarmaq deyilir – çünki əllə yeyilir – yəni beş barmaqla.
Qırğızıstanda Novruzda tonqal qalamırlar, amma evin, həyətin odla pak edilməsi adəti var – Azərbaycanda üzərlik yandırılan kimi. Qırğızlar deyir ki, bu, qədim türk şamanlarından qalma adətdir.
Onlar «Alas-alas, hər bəladan xilas» – deməklə öz həyətlərin atəşlə pis ruhlardan təmizləyirlər.
Novruz Tacikistanda


Tacikistanda isə Novruz martın 20-də başlayır-3-4 gün davam edir – uşaqlar qapı döyüb istəyir, amma qapını döyüb gizlənmək yoxdur. Uşaqlar yaz çiçəklərindən dərib yığır, qapıları döyür –ev sahibinə çiçəklərdən verir, ev sahibi də onlara ya konfet, ya yumurta, ya da pul verir. Pul vermək təzə yaranma adətdir.
Novruz Özbəkistanda


Özbəklər isə Novruz süfrəsi üçün «nişala» hazırlayırlar. Nişala şəkərdən bişirilir – şokolad kimi olur, amma bəyaz. Çox ləzzətli olur, çörəklə yemək iyi gəlir. Özbəkistanda dəyişik adətlər var. Məsələn, Surxəndəryada adamlar asimandan yağmur gözləyir. Üzlərini böyük bir qocaman qadının – Sus xatının şəklinə tutub yağış istəyirlər. «Sus xatın, susma xatın, yağmır yağdır» deyə şərqi söyləyirlər. Yəni bu – İslama qədərki bir düşüncədən gəlir. Novruzda Özbəkistanda öküzlərin buynuzunu yağlayırlar. Məmləkətin yaşlı adamı əlini yağa batırar və öküzlərin buynuzunu yağlar ki, yeni il bərəkətli olsun.

Bir daha hər bir kəsi bu əziz bayram münasibəti ilə təbrik edirik!
  • Yazılıb
  • da (də) 2009 Mar 19