Tarix : 2009 Mar 20
Kod 11245

Böyük İnqilab Rəhbərinin 1388-ci günəş ili bağlı müraciəti

Həzrət Ayətullah-əl-üzma Xamenei 1388-ci günəş ilini bütün işlərdə istifadə nümunələrinin islahı ili adlandırıb
İİR servisi/Aran Agentliyi

Həzrət Ayətullah-əl-üzma Xamenei 1388-ci günəş ilini bütün işlərdə istifadə nümunələrinin islahı ili adlandırıb.
İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah-əl-üzma Xamenei İran xalqı və dünyadakı iranlıları Novruz bayramı münasibəti ilə təbrik edərək 1387-ci günəş ilini olaylarla dolu olan bir il adlandırıblar.
O Həzrət bu ildə mühüm yerli və xarici hadisələrə işarə edərək vurğulayıblar ki, ötən il İran xalqı və təcrübəli ölkə mütəfəkkirlərinin qabiliyyətini isbat etməklə nüvə sahəsində başlanan nüvə xəbərləri və milli Ümid peykinin fəzaya buraxılması bu ildə İranın adını bu mühüm texnologiyaya malik ölkələrin sırasında qərar verdi.
Böyük İnqilab Rəhbəri Buşehr AES-in sınaq mərhələsinin istifadəsinə münasibət bildirərək vurğulayıblar: Dünya İran xalqının nüvə sahəsindəki inkişafının yolunu əngəlləməyin qeyri-mümkün olduğunu qəbul edib. Zira İranın müxtəlif elmi və qeyri-elmi sahələrdəki nailiyyəti sanksiyaların nəticəsiz olduğunu göstərir və böyük İran xalqı özünün çalışqan və başıuca gənclərinə arxalanaraq düşmənlərin şantajları və planlarını alt-üst edir.
İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah-əl-üzma Xamenei dünyadakı böyük iqtisadi böhrana da toxunaraq deyib: ABŞ-dan başlanan bu böyük böhranın dünyada və regionda qorxulu tufan yaratmasına baxmayaraq ölkə rəsmiləri İran xalqı və ölkəni kifayət qədər qlobal böhrandan mənşə alan müxtəlif problemlərdən kənarda saxlamağa nail oldular.
Böyük İnqilab Rəhbəri ötən günəş ilindəki mühüm beynəlxalq hadisələri şərh edərkən Sionist rejimin Qəzzəyə 22 günlük uğursuz hücumuna və məzlum Fələstin xalqının alqışa layiq müqavimətinə toxunaraq deyiblər: Sionistlərin biabırçı məğlubiyyəti bu böyük və mühüm təcrübəni dünya xalqlarına ərməğan gətirdi ki, zalım qüvvələr qarşısında dayanıb zəfər çala bilərlər.

  • Yazılıb
  • da (də) 2009 Mar 20