Ayətullah İmami Kaşani deyib: Rəhbərlik və islami ayıq-sayıqlıq İran xalqının inkişaf edib dirçəlməsinə zəmanət verən iki mühüm amildir
İİR servisi/Aran Agentliyi
Ayətullah İmami Kaşani deyib: Rəhbərlik və islami ayıq-sayıqlıq İran xalqının inkişaf edib dirçəlməsinə zəmanət verən iki mühüm amildir.
Tehranın bu həftəki cümə namazının xitabətçisi etdiyi çıxışının bir hissəsində ölkədə neft sənayesinin milliləşməsinin ildönümünə toxunaraq onu mühüm tarixi bir hadisə və əlamətdar gün adlandırıb və deyib: İran neft sənayesinin milliləşməsi İngiltərənin İranın neft sərvətini qarət etməsinə xitam verdi.
Çıxışının digər hissəsində neft sənayesinin milliləşməsinin eyni bir vaxta düşməsi və ölkədə Ümid milli peykinin uğurla sınaqdan keçməsi missiyasının sona çatmasına işarə edərək deyib: Bu iki əlamətdar hadisə arasında bir əsrlik fasilənin olmasına baxmayaraq bu tarixi hadisəni müqayisə etdikdə onun ibrət xarakterli müraciətlərə malik olmasını görəcəyik. Əslində bu tarixi hadisə hazırda İran xalqının nailiyyəti və başucalığına səbəb olan rəmzin, ölkədə xalqın rəhbərlik və islami ayıq-sayıqlığa tabe olduğunu göstərdi. Buda quruluşu zəiflətmək və İran xalqını geridə saxlamağa dair atılan addımlar və səyləri məğlubiyyətlə üzləşdirdi.
Tehranın bu həftəki cümə namazının xitabətçisi habelə 2009-cu il 12 iyunda İranda prezident seçkilərinin keçirilməsinə toxunmuş və seçkilərdə əxlaqın qorunması və namizədlər tərəfindən məsələlərin şəffaf surətdə açıqlanmasını zəruri sayaraq deyib: Xalqın verdiyi səslər seçkilərin taleyini aydınlaşdıracaq.