İİR-nin prezidenti Mahmud Əhmədinejad 1388-ci günəş ilinin başlanması münasibəti ilə İran xalqı, bütün bəşəriyyəti və Böyük İnqilab Rəhbərini təbrik edib
İİR servisi/Aran Agentliyi
İİR-nin prezidenti Mahmud Əhmədinejad 1388-ci günəş ilinin başlanması münasibəti ilə İran xalqı, bütün bəşəriyyəti və Böyük İnqilab Rəhbərini təbrik edib.
Mahmud Əhmədinejad bu təbriki müraciətində yeni günəş ilin həyatın yenidən başlanması və təbiətin yenilənməsi bilib.
Əhmədinejad ötən günəş ilini eniş-yoxuşlu bir il adlandıraraq onu əziz İran xalqı üçün müxtəlif qələbə və nailiyyətlər ili sayaraq deyib: 1387-ci günəş ili beynəlxalq sahələrdə böyük dəyişikliklər ili olmuşdur.
İran prezidentinin sözlərinə görə, müxtəlif elm, texnologiya, quruculuq, abadlaşdırma, həmçinin xarici siyasət sahəsində böyük İran xalqının ixtiyarına gözəl nailiyyətlər verildi.
Əhmədinejad deyib: Böyük və daimi təsirə malik layihələr strukturlar sahəsində islahatların aparılması, böyük elmi və nüvə texnologiyalar yenilikləri, ölkə iqtisadiyyatının maliyyə böhranı qarşısında idarəçiliyi, beynəlxalq siyasət səhnəsində böyük nailiyyətləri, dünyada müxtəlif sahələrdə fəal və təsirə malik iştirakı, hədə-qorxunun aradan qaldırılması, İran xalqının müstəqilliyi və iradəsinin təsbit olunması ötən ilin mühüm nailiyyətlərindən olmuşdur.
İran prezidenti güc mərkəzləri strukturlarının səriştəsiz olub, çıxılmaz vəziyyətdə qalmalarına işarə edərək deyib: Siyasi və təhlükəsizlik nəzərindən dünyadakı gərginliklər artıb və hal-hazırda əhatəli böhran da dünyadakı ikili siyasətlər, ideologiyalar və ekspansionist siyasətlərin uğursuzluğa uğramasını göstərir.