İİR servisi/Aran Agentliyi
İslam İnqilabının Böyük Rəhbəri Həzrəti Ayətullah-əl-üzma Xamenei müqəddəs Məşhəd şəhərində Həzrət İmam Rza (ə)-ın pak ziyarətgahı kənarında etdikləri çıxışlarında İİR-nin daxili və xarici siyasətlərini açıqlayıblar.
İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah-əl-üzma Xamenei İran-ABŞ münasibətləri haqda ABŞ-ın elə ilk andan İslam İnqilabı ilə düşmənçiliyə əsaslanan rəftarlara əl atmasına işarə edərək əlavə ediblər: ABŞ keçmişdə İranın düşmənlərinə kömək edib və hələ də bu işi davam etdirir.
Həzrət Ayətullah-əl-üzma Xamenei İranın Amerikada dondurulmuş mal varlığına işarə edərək vurğulayıblar: ABŞ həqiqətdə İran xalqının olan bu dondurulmuş sərvəti hələdə azad etməkdən çəkinir.
İslam İnqilabının Böyük Rəhbəri əlavə ediblər: Əgər ABŞ Səddam rejiminə yaşıl işıq göstərməsə idi, o İrana hücum etməzdi və biz 8 il bu müharibə ilə məşğul olmazdıq.
Həzrət Ayətullah-əl-üzma Xamenei ABŞ-ın 8 illik müharibə dövründə İraq rejiminə etdiyi yardımlara və İranın mövqelərinə qarşı hücumların edilməsi üçün İraq rejiminə informasiyalar ötürməsinə işarə edərək artırıblar: ABŞ-ın hərbi gəmisi İranın sərnişin təyyarəsini Fars körfəzi suları üstündə vurdu. Amma amerikalılar bu hadisənin amilini cəzalandırmaq yerinə onu mükafatlandırdılar.
O Həzrət ABŞ-ın keçmiş prezidenti Corc Buşun öz 8 illik prezidentlik dövründə İran qarşısındakı düşmənçilik mövqeyinə işarə edərək əlavə ediblər: Amerikalılar həmişə ölkəmizə qarşı düşmənçilik siyasətləri yürüdüblər. Onlar davamlı olaraq bizi hədələyib və bizə qarşı təbliğat aparıblar. Amma bu hədə-qorxular bizim xalqımıza heç bir təsir göstərə bilməyib.
Həzrət Ayətullah-əl-üzma əlavə ediblər: ABŞ-ın İran xalqına qarşı mühasirəsi xalqımızın arxalanmasına, öz ayaqları üstündə dayanmasına və inkişaf etməsinə səbəb oldu.
O Həzrət habelə buyurublar: ABŞ-ın siyasətlərində dəyişiklik yalnız şüar xarakteri daşımamalıdır.