Tarix : 2009 Mar 23
Kod 11265

Dağıstanda 12 yaraqlı öldürülüb

Son informasiyaya görə, döyüş zamanı xüsusi təyinatlı qüvvələrin 4 əsgəri, Mi-8 vertolyotunun pulemyotçusu ölüb, daha 2 əsgər yaralanıb
Rusiya Servisi/Aran Agentliyi
Dağıstan Daxili İşlər Nazirliyi Qarabudaqkənd rayonunun Kakaşura kəndi ərazisində keçirilən əməliyyat zamanı 12 yaraqlının öldürüldüyünü xəbər verib. Lent.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, öldürülənlər arasında qrupun lideri Əbdülqafur Zəkəriyəyev də var.

Silahlı qruplaşmanın yerləşdiyi əraziyə havadan raket-bomba zərbəsi endirilib. Əməliyyatda xüsusi təyinatqı qüvvələrin hərbçiləri də iştirak edib. Son informasiyaya görə, döyüş zamanı xüsusi təyinatlı qüvvələrin 4 əsgəri, Mi-8 vertolyotunun pulemyotçusu ölüb, daha 2 əsgər yaralanıb.

Xüsusi əməliyyat martın 19-dan keçirilir. Əməliyyat silahlı qrupun Dağıstan DİN-inin əməkdaşlarına hücum etməsindən sonra başlanılıb.
 
  • Yazılıb
  • da (də) 2009 Mar 23