Tarix : 2009 Mar 23
Kod 11271

İmam Xomeyni (rə)-in həyat yoldaşı dünən torpağa tapşırıldı

İmam Xomeyni (rə)-in həyat yoldaşının cənazə namazı dünən İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah-əl-üzma Xameneinin imaməti ilə Tehran Universitetində qılınıb
İİR Servisi/Aran Agentliyi
İmam Xomeyni (rə)-in həyat yoldaşının cənazə namazı dünən İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah-əl-üzma Xameneinin imaməti ilə Tehran Universitetində qılınıb.
İmam Xomeyni (rə)-in həyat yoldaşının cənazə namazı İmam Xomeyni (rə)-in ailə üzvləri, ordu generalları və dövlət rəsmilərinin, o cümlədən icraedici, qanunvericilik və məhkəmə orqanlarının, habelə Xobrəqan məclisi və Nigahban şurası, Nazirlər Kabineti və İslami Şura Məclisinin nümayəndələrinin iştirakı ilə qılınıb.
Namazdan sonra İmam Xomeyni (rə)-in həyat yoldaşının cənazəsi Tehran Universitetindən İnqilab meydanın kimi xalq tərəfindən müşayiət olunub.
Xanım Səqəfinin vəsiyyətinə görə onun cənazəsi İmam Xomeyni (rə)-in pak məqbərəsində O Həzrətin zirehinin kənarında dəfn edilib.
İran İslam Respublikası banisinin əziz həyat yoldaşının vəfatı münasibəti ilə dünən günortadan sonra İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah-əl-üzma Xameneinin iştirakı ilə İmam Xomeyni (rə) hüseyniyyəsində hüzn mərasimi təşkil olundu.
  • Yazılıb
  • da (də) 2009 Mar 23