Ankara və Vaşinqtonun ABŞ qüvvələrinin İraqı tərk etmələri üçün Türkiyə ərazisindən istifadə etmələri ilə bağlı xahişini rəd etməyəcək
Türkiyə servisi/Aran Agentliyi
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan deyib: Ankara və Vaşinqtonun ABŞ qüvvələrinin İraqı tərk etmələri üçün Türkiyə ərazisindən istifadə etmələri ilə bağlı xahişini rəd etməyəcək.
US-Klozup Xəbər Agentliyinin məlumatına görə Ərdoğan CNN kanalı ilə müsahibədə deyib: ABŞ qüvvələri İraqdan çıxmaq istəsələr Türkiyə onların bu ölkə ərazisindən keçmələri ilə müxalifət etməyəcək.
Türkiyənin baş naziri bu müsahibədə deyib: Türkiyə indiyə kimi ABŞ tərəfindən bu məsələ ilə bağlı rəsmi istək almayıb.
Ərdoğan habelə deyib: Hərbi texnika və təchizatların İraqdan çıxarılması qərara alınarsa, onların dəqiq məqsədi də müəyyənləşdirilməlidir.
Ankara 2003-də ABŞ-ın İraqa qarşı hücumlarda Türkiyə ərazisindən istifadə etməsi ilə müxalifət etmişdi.
ABŞ prezidenti gələn ay Türkiyəyə səfər edəcək.