Ermənistan müxalifətinin lideri Levon Ter - Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresi İrəvan meriyasına keçiriləcək seçki öncəsi kampaniya çərçivəsində mitinq və yürüşlər təşkil edəcək
Ermənistan servisi/Aran Agentliyi
Ermənistan müxalifətinin lideri Levon Ter - Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresi İrəvan meriyasına keçiriləcək seçki öncəsi kampaniya çərçivəsində mitinq və yürüşlər təşkil edəcək. Bu haqda Levon Ter - Petrosyanın mətbuat katibi Arman Musinyan məlumat verib. "Mən əmin edə bilərəm ki, kampaniya çox fəal olacaq. Bu mitinq və yürüş yox, mitinqlər və yürüşlər olacaq. Erməni Milli Konqresinin mobil, dinamik, enerji ilə dolu aksiyası olacaq".
Xatırladaq ki, İrəvan meriyasına seçkilər mayın 31 - nə təyin olunub.