İranın BMT-dəki daimi nümayəndəsi deyib: Sionist rejim ötən 60 ildə olduğu kimi Fələstin xalqına qarşı təcavüzkarlıq siyasətini davam etdirir
İİR servisi/Aran Agentliyi
İranın BMT-dəki daimi nümayəndəsi deyib: Sionist rejim ötən 60 ildə olduğu kimi Fələstin xalqına qarşı təcavüzkarlıq siyasətini davam etdirir.
İranın BMT-dəki daimi nümayəndəsi Məhəmməd Xəzai BMT-nin Təhlükəsizlik Şurasının Yaxın Şərq, xüsusilə də Fələstin məsələləri ilə bağlı iclasında deyib: Sionist rejim Livan və işğal olunmuş Covlan məntəqəsinə qarşı təcavüzkarlıq siyasətlərini davam etdirir.
Xəzai Sionist rejimin beynəlxalq hüquq prinsipləri və insan haqlarının pozulmasında sərhəd tanımadığına işarə edərək deyib: Bu rejim davamlı olaraq işğal altında saxladığı ərazilərdə insanları qırğın etmək, onlara hədə-qorxu gəlmək, ayrıcı divar çəkmək, qanunsuz olaraq sionist qəsəbələr salmaq, fələstinlilərin evlərini və əkin sahələrini dağıtmaq və onları öz yaşadıqları yerlərdən didərgin salmaqla məşğuldur.
İranın BMT-dəki daimi nümayəndəsi Sionist rejimin bir neçə ay öncə Qəzzə zolağına etdiyi hücumlara işarə edərək deyib: Dünya ictimaiyyəti bu cinayətləri unutmayıb və unutmayacaq da. Hər gün bu dəhşətli cinayətin yeni cəhətləri ifşa edilir.
Xəzai BMT-nin insan haqları şurası məruzəçisinin son hesabatına işarə edərək deyib: Bu Sionist rejimin Fələstin xalqına qarşı cinayətlərinin yalnız mində biridir.
BMT-nin insan haqları şurasının məruzəçisi öz hesabatında bildirmişdi ki, İsrail hərbçiləri dinc sakinləri, xüsusilə də uşaqları bu rejim başçılarının göstərişi ilə bilərəkdən hədəfə alırmışlar.
İranın BMT-dəki daimi nümayəndəsi öz çıxışının sonunda BMT Təhlükəsizlik Şurasının Sionist rejimin cinayətkar başçılarının mühakimə edilmələri istiqamətində ciddi tədbirlər görmələrini istəyib.