İİR-in Hökumətinin Məsləhətlər üzrə Qərar Şurasının sədri Ayətullah Haşimi Rəfsəncani Amerikanın xarici siyasətidə dəyişikliyin edilmədiyini deyib
İİR Servisi/Aran Agentliyi
İİR-in Hökumətinin Məsləhətlər üzrə Qərar Şurasının sədri Ayətullah Haşimi Rəfsəncani Amerikanın xarici siyasətidə dəyişikliyin edilmədiyini deyib. Ayət. Rəfsəncani ABŞ prezidenti Barak Obamanın Ağ Evin xarici siyasətində dəyişikliyin edilməsi ilə bağlı etdiyi vədinə işarə edərək deyib: Biz indiyədək Amerikanın xarici siyasətində müəyyən dəyişikliyin edilməsini görməmişik. Onların təkcə ritorikası fərqlənib.
Ayət. Haşimi Rəfsəncani Tehranın bu həftəki cümə namazının xütbələrində bu məsələyə işarə edərək deyib: Amerikanın prezidenti İİR. ilə müzakirə aparmağa maraq göstərsədə, o da Buş hökumətinin İran haqda yalan iddialarını irəli sürür.
İİR. Hökumətinin Məsləhətlər üzrə Qərar Şurasının sədri vurğulayıb: İrana zülm etmiş ABŞ xoşməramlığını sübuta yetirməlidir.
O deyib: Bizim Amerika xalqı ilə problemimiz yoxdur. Əgər bu hegemon dövlət də beynəlxalq qanunlara uyğun olaraq, bizimlə ədalətlə rəftar edərsə, onlarla düşmənçiliyimiz yoxdur.
Tehranın bu həftəki cümə namazının xitabətçisi təkidlə bildirib: Biz Amerikanın daxili məsələlərinə müdaxilə etmirik. Əgər bu supregüc dövlət xalqların haqqında zülm edərsə, onda bu məsələ qarşısında susmayacağıq.