Tarix : 2009 Mar 29
Kod 11366

Türkiyədə seçkilərin son nəticələri

Türkiyədə hakim Ədalət və İnkişaf Partiyası (ƏİP) bazar günü keçirilən bələdiyyə seçkilərində səslərin 80 faizinin hesablanması nəticəsində irəlidədir
Türkiyə Servisi/Aran Agentliyi

 Türkiyədə hakim Ədalət və İnkişaf Partiyası (ƏİP) bazar günü keçirilən bələdiyyə seçkilərində səslərin 80 faizinin hesablanması nəticəsində irəlidədir.

Hal-hazırdakı nəticələrə əsasən ƏİP səslərin 39,1faizini qazanıb. İkinci yerdə gedən əsas müxalif Cümhuriyyət Xalq Partiyası (CXP) 22,8 faiz səs toplayıb. İlk üçlüyü Milliyətçi Hərəkat Partiyası (MHP) 16,2 faiz səslə qapayır.
İstambul Böyükşəhər və Ankara Böyükşəhər bələdiyyələrinə seçkilərdə də hakim partiyanın namizədləri irəlidədirlər.
İstambulda səslərin 82 faizinin hesablanması nəticəsində ƏİP nümayəndəsi Qədir Topbaş 43,8 faiz səslə liderdir. Onu izləyən CXP üzvü Kamal Qılıncdaroğlu isə 38,3 faiz səs toplayıb.
Ankarada isə hakim partiyanın namizədi İbrahim Məlik Göyçək 79 faiz səslərin hesablamnasına görə 37,5 faiz, CXP nümayəndəsi Murad Qarayalçın 32,1 faiz, MHP namizədi Mənsur Yavaş 27,3 faiz səs toplaya biliblər.
Səslərin hesablanmasının sonuna yaxın media mənsubları qarşısına çıxan Türkiyənin baş naziri Rəcəb Tayib Ərdoğan bəyan etdi ki, 29 mart seçkiləri demokratiya tarixinin bir hissəsi oldu.
"Seçkilər demokratiyanın güclənməsinə xidmət etdi. Hər-hansı bir partiyanın lehinə olan nəticələrdən asılı olmayaraq əsası odur ki, xalqın iradəsi və türk siyasəti qalib gəldi", - deyə Əradoğan bildirdi.
Baş nazir bildirdi ki, Türkiyə höküməti bütün yeni seçilən bələdiyyə başçıları ilə təmsil etdikləri partiya mənsubbiyətindən asılı olmayaraq hamı ilə yaxından işləyəcək.
  • Yazılıb
  • da (də) 2009 Mar 29