Tarix : 2009 Mar 30
Kod 11385

MSK referendumun nəticələrini açıqlayıb

Baş Prokurorluq referendum zamanı qeydə alınmış qanun pozuntuları barədə aktları araşdıracaq
Azərbaycan Servisi/Aran Agentliyi
Dünən Mərkəzi Seçki Komissiyası, martın 18-də keçirilən ölkə konstitusiyasının 29 maddəsinə əlavə və dəyişikliklərin edilməsi məsələsi üzrə referendumun nəticələrini açıqlayıb. MSK-nın səsvermənin yekunu üzrə elan olunan yekun nəticələrinə görə, Azərbaycanda konstitusiyanın 29 maddəsinə bütün əlavə və dəyişikliklər ölkə seçicilərinin 87-92 faizi tərəfindən dəstəklənib.

Mərkəzi Seçki Komissiyasının Dünənki keçirilən iclasında təşviqat qrupları tərəfindən tərtib olunan 180 aktın əksəriyyətinin araşdırılması üçün Baş Prokurorluğa göndərmək barədə qərar qəbul edilib. Baş Prokurorluq referendum zamanı qeydə alınmış qanun pozuntuları barədə aktları araşdıracaq.
Qurumun katibi Natiq Məmmədov isə MSK-da aktların araşdırılması zamanı onların əksəriyyətinin saxta məlumatlar yolu ilə tərtib olunduğunun aşkarlandığını bildirib.
 
  • Yazılıb
  • da (də) 2009 Mar 30