Tarix : 2009 Mar 31
Kod 11399

İİR Doha bəyannaməsinə reaksiya verib

İİR Xarici İşlər Nazirliyinin mətbuat katibi Həsən Qəşqavi Doha toplantısının İranın üçlü adaları haqda yekun bəyanatına reaksiya verib
İİR servisi/Aran Agentliyi

İİR Xarici İşlər Nazirliyinin mətbuat katibi Həsən Qəşqavi Doha toplantısının İranın üçlü adaları haqda yekun bəyanatına reaksiya verib.
Qəşqavi ərəb ölkələrinin dövlət başçılarının Dohada 21-ci zirvə toplantısının yekun bəyanatının İrana aid "Böyük Tünb", "Kiçik Tünb" və "Əbumusa" adaları haqda irəli sürdüyü əsassız və boş iddialarını ölkənin daxili işlərinə müdaxilə etməsi mənasında bilib. İİR-nin rəsmi nümayəndəsi tarixi üçlü adaların tarix boyu İrana aid olmasına işarə edərək onu İranın ayrılmaz hissəsi adlandırıb və deyib: Ümumilikdə tarixi reallıqlara uyğun gəlməyən bu cür əsassız mövqeyin çıxarılması heç bir vəchlə İran hakimiyyətinin həmin tarixi üçlü adalarla bağlı mövqeyinə təsir göstərə bilmir.
Qəşqavi deyib: Bəzi ərəb dairələrinin bu cür yararsız və nahaq iddialara əl atmalarını ümumi fikrin diqqətini İslam dünyasının üz-üzə dayandığı mühüm məsələlərdən, xüsusilə də irqçi Sionist rejimin məzlum Fələstin xalqına qarşı artan hədələri və təcavüzlərindən və bu rejim qüvvələrinin Qəzzədə və İordan çayının qərb sahilindəki insanlara qarşı ardıcıl hücumlarından mənşə alan müsibətlər və blokadaların nəticələrindən yayındırmaqdan başqa bir nəticəsi olmayacaq .

  • Yazılıb
  • da (də) 2009 Mar 31