Tarix : 2009 Mar 31
Kod 11400

Azərbaycanda həqiqi hərbi xidmətə çağırışın qaydaları təsdiqlənib

Azərbaycan Nazirlər Kabineti ölkə vətəndaşlarının cari ilin aprelin 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırış qaydalarını təsdiq edib
Azərbaycan servisi/Aran Agentliyi
Azərbaycada həqiqi hərbi xidmətə çağırışın qaydaları təsdiqlənib.

Nazirlər Kabinetinin məlumatında deyilir ki, Azərbaycan Nazirlər Kabineti ölkə vətəndaşlarının cari ilin aprelin 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırış qaydalarını təsdiq edib.

"Qanunvericiliyə uyğun olaraq Müdafiə, Səhiyyə, Daxili İşlər, Nəqliyyat, Maliyyə nazirlikləri və yerli icra orqanları aprelin 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırışı həyata keçirmək üçün lazımi tədbirlər görməlidirlər", - məlumatda deyilir.

Nazirlər Kabineti bununla yanaşı, Azərbaycan vətəndaşlarının aprelin 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırışını həyata keçirəcək Respublika Çağırış Komissiyasının tərkibini də təsdiqləyib.

Komissiyaya Respublika Hərbi Komissarının müavini Ramiz Məmmədov sədrlik edəcək. Komissiya sədrinin müavini postunu Dövlət Sərhəd Xidməti İnspektorluğunun rəisi Ehram Hacıyev tutacaq. Komissiya tərkibinə: daxili işlər nazirinin müavini Oruc Zalov, səhiyyə nazirinin müavini Abbas Vəlibəyov, ədliyyə nazirinin müavini Toğrul Musayev, AHİK sədrinin müavini Aqil Dadaşov və Milli Məclisin deputatı Siyavuş Novruzov daxildirlər.
Nazirlər Kabinetinin qərarı imzalandığı gündən qüvvəyə minir.
 
  • Yazılıb
  • da (də) 2009 Mar 31