Tarix : 2009 Mar 31
Kod 11402

Bakının mərkəzində məscidi sökürlər

Bakının paytaxt küçələrindən birində, uca yeni tikililərin yanında elə də uca görünməyən məscidlərdən birini sökməyə başlayıblar
Azərbaycan servisi/Aran Agentliyi
Bakının paytaxt küçələrindən birində, uca yeni tikililərin yanında elə də uca görünməyən məscidlərdən birini sökməyə başlayıblar.

Yasamal Rayonu Murtaza Muxtarov küçəsində inşa edilməkdə olan məscidin inşası uzun müddətdir dayanmışdı. İndi isə həmin məscid sökülür.

Buna səbəb isə İcra hakimiyyəti sənədlərin olmamasını gətirərək məhkəməyə müraciət edib. Məhkəmə isə öz növbəsində məscidin qanunsuz tikildiyi barədə qərar çıxarıb.

Bununla bağlı İslam-Azeri internet qəzetinin xüsusi müxbiri məscidi tikdirən Seyyid Mirvaleh Mövsümov ilə əlaqə saxlayıb.

Onun sözlərinı görə dünən Yasamal rayon İcra hakimiyyətinin işçiləri məscidə gələrək məscidin çöl tərəfindən məscidi dağıtmağa başlayıblar.

Seyyid Mirvaleh Mövsümovun bildirdiyinə görə məscidin iki girişi olub.

"Hər girişdə Quran olub. Birinci girişdə Quran ikinci girişdə tərəzi və Quran. Hər iki İslam simvolları dünən ağır çəkiclərlə vurub, dağıtdılar. Quranın birində "Allah yerin və göyün nurudur" sözləri yazılmışdı. Onlar ağır texnika ilə məscidi dağıdırdılar. Bu işlər qeyri qanuni idi. Çünki iş hələ Apelyasiya Məhkəməsindədir. Qərar çıxarılmayıb. Mən hələ uduzmamışam onların bu işi görməyə hüquqları yoxdur"-deyən Seyyid Mirvaleh Mövsümov yuxarı instansiyalara müraciət edəcəyini, lazım gəlsə Avropa məhkəməsinə də baş vuracağını önə çəkib.

Bununla bağlı İslam Azeri internet qəzetinin müxbiri İlahiyyatçı ekpert, Quran elmləri üzrə mütəxəssis Kərbəlayi Zülfüqar ilə əlaqə saxlayıb.

Kərbəlayi Zülfüqar məscidin dağıdılmasının İslam dinində böyük günah olduğunu bildirərək sözlərinə belə davam edib: "Məscid Allahın evidir, məscidi sökmək dağıtmaq böyük günahdır. Bəqərə surəsinin 114-cü ayəsində "Allahın məscidlərində Onun (Allahın) adının çəkilməsinə maneçilik törədənlərdən və onların xarab edilməsinə (dağılmasına) çalışanlardan daha zalım kim ola bilər? Halbuki onlar oraya (məscidlərə) ancaq qorxa-qorxa girməli idilər. Onları dünyada rüsvayçılıq, axirətdə isə böyük əzab gözləyir!"-deyilir. Digər ayədə, məscidlər barədə belə deyilir: "Nur surəsi 36-cı ayə, Allahın tikilib ucaldılmasına və Öz adının zikr edilməsinə izin verdiyi o evlərdədir (o məscidlərdədir) ki, orada səhər-axşam Onu təqdis edib şəninə təriflər deyərlər".

Möminlərin məscidləri qorumaqda boyunlarında vəzifə olduğunu deyən Kərbəlayi Zülfüqar Həcc surəsinin 40-cı ayəsində buyurulduğu kimi möminlər əgər məscidləri müdafiə etməsələr, düşmənlər məscidləri sökərlər. Ayədə: "Əgər Allah insanların bir qismini digər qismi ilə dəf etməsəydi, sözsüz ki, içərisində Allahın adı çox zikr olunan soməələr , kilsələr, məbədlərvə məscidlər dağılıb gedərdi (darmadağın edilərdi).

Baş verənlərlə bağlı Yeni Musavata münasibət bildirən “Cümə” Məscidinin imam camaatı Hacı İlqar İbrahimoğlu söhbətində bu mübahisəli məsələyə əvvəllər də münasibət bildirdiyini xatırladaraq: “Bu məsələni qanunsuz tikili halına gəlməsi baş tutmamalı idi. Heç inanmıram ki, bu bina təsadüfi tikilsin. Çox güman ki, tikiliyə razılıq verənlər olub. Hesab edirəm ki, Allah evi tikilib başa çatıbsa onunla ehtiramla rəftar olunmalıdır. Yenə də deyirəm, mənim üçün bu məsələ hələ də qaranlıq qalır”-deyib.
 
  • Yazılıb
  • da (də) 2009 Mar 31