Tarix : 2009 Apr 01
Kod 11416

12 fərvərdin ; müstəqillik , azadlıq və islam cümhuriyyəti günü

Dünən fərvərdin ayının 12-si İranın siyasi tarixinin mühüm və həlledici hadisələrindən birinin ildönümü günüydü
İİR servisi/Aran Agentliyi

Dünən  fərvərdin ayının 12-si İranın siyasi tarixinin mühüm və həlledici hadisələrindən birinin ildönümü günüydü. Bu gün İran xalqının şahlıq rejiminə qarşı mübarizəsinin nəticə verdiyi gündür .Şahlıq rejiminin süqut etməsi və İslam İnqilabının qələbə çalmasının ardınca İranın siyasi quruluşu İmam Xomeyni (r.ə) -in rəhbərliyilə 1358-ci günəş ili fərvərdinin 12-də şahlıq rejimindən İslam Respublikası quruluşuna dəyişdirildi. İİR 20-ci əsrdə dünyanın sosialist və liberal təfəkkürlər əsasən formalaşmış Qərb və Şərq bloklarının dünyaya hakim kəsildiyi və dinin siyasətdən ayrı olduğu fikrinin öz kulminasiya nöqtəsində olduğu bir vaxtda yarandı və dünyaya yeni bir siyasi-ictimai quruluş təqdim etdi. İİR-nin əsas xüsusiyyətlərindən biri digər siyasi quruluşlardan fərqli olaraq İslam məktəbinin xüsusiyyətlərindən bəhrə alması idi . Buna görə də insanların mənəvi ehtiyaclarının təmin edilməsində çox geniş və güclü bir bazaya malikdir . İİR quruluşu xalqın öz taleyinə hakimiyyətinin aşkar nümunəsidir . Belə ki ,xalq müxtəlif səhnələrdə iştirak etməklə yanaşı öz taleyinin təyin edilməsində hökumət qarşısında tələblər qoyur . İran xalqı İslam İnqilabının qələbə çalması və ölkədə İslam Respublikası quruluşunun yaranmasının ardınca öz milli və dini mahiyyətini qorudu və öz taleyini zorakı qüdrətlərin müdaxiləsi olmadan təyin etməyə başladı. İİR-nin 30 illik tarixindən aydın olur ki , İran xalqı müstəqillik, azadlıq və İslam Respublikası şüarlarını reallaşdırmaq və onu qorumaq yolunda çox çətin ,enişli-yoxuşlu və ağır bir yol keçib . 1358-ci il fərvərdin ayının 12-si İran xalqı ölkədə siyasi quruluşun müəyyənləşdirilməsi məqsədi ilə keçirilən referendumda İslam Respublikası quruluşunun lehinə səs verdi və o gün yeni bir hökumət formalaşdı. Bu hökumətin əsas şüarı müstəqillik, azadlıq və İslam Respublikası idi.

  • Yazılıb
  • da (də) 2009 Apr 01