Tarix : 2009 Apr 03
Kod 11424

Avropa məhkəməsi Azərbaycan hökümətini 25000 avro cərimə edib

Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycan vətəndaşı Mahirə Muradovanın Azərbaycan hökumətinə qarşı qaldırdığı iddianı təmin ...
Azərbaycan servisi/Aran Agentliyi
Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycan vətəndaşı Mahirə Muradovanın Azərbaycan hökumətinə qarşı qaldırdığı iddianı təmin edib və Muradovaya dəymiş mənəvi ziyana görə 25000 avro təzminat ödənilməsi haqqında qərar çıxarıb.

İddianın mahiyyəti ondan ibarətdir ki, 2003-cü il oktyabrın 16-da keçirilən aksiyada iştirakı zamanı polis dəyənəklə Mahirə Muradovanın göz nahiyəsinə zərbə endirib və zərərçəkmişin şikayətlərinə baxmayaraq, ötən müddət ərzində günahkar cəzalandırılmayıb.

Ərizəçi İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3 (işgəncələrin qadağan edilməsi), 6 (ədalətli məhkəmə araşdırması hüququ) və 13-cü (səmərəli hüquqi müdafiə vasitələri) maddələrində nəzərdə tutulan hüquqların pozuntusundan şikayətlənib. Bu barədə monitoring.az saytı məlumat yayıb.
 
  • Yazılıb
  • da (də) 2009 Apr 03