Tarix : 2009 Apr 03
Kod 11430

Təbiət günü

İran xalqı bu gün öz evlərini tərk edir və təbiətin qoynuna çıxar
İİR servisi/Aran Agentliyi
Dünən fərvərdin ayının 13-ü aprel ayının 2-si İranda "Təbiət günü"-idi.
İran xalqı bu gün öz evlərini tərk edir və təbiətin qoynuna çıxar. İran xalqı bunu məhəbbət, mehribanlıq, ruhun təmizlənməsi, dostluq və barış simvolu hesab edir.
Bir çox ailə bu gündə birlikdə baharın gəlişi ilə yaşıl dona bürünmüş təbiət guşələrinə səfər edir və bu günü birlikdə qeyd edir.
Bu gün üçün xas olan adət-ənənələrdən biri budur ki, ailələr təbiəti tərk etməzdən öncə evdə cücərdilmiş səməniləri bolluq olsun deyə axar suya atar sonra öz evlərinə geri dönərlər.
  • Yazılıb
  • da (də) 2009 Apr 03