Tehranın bu həftəki cümə namazı xitabətçisi deyib: ABŞ-ın yeni prezidenti Barak Obamanın İran ilə rəftarı diplomatik manevrdən başqa bir şey deyil və yalnız barışıq jestini nümayiş etdirib
İİR Servisi/Aran Agentliyi
Tehranın bu həftəki cümə namazı xitabətçisi deyib: ABŞ-ın yeni prezidenti Barak Obamanın İran ilə rəftarı diplomatik manevrdən başqa bir şey deyil və yalnız barışıq jestini nümayiş etdirib. Tehranın bu həftəki cümə namazı xitabətçisi Ayət. Seyyid Əhməd Xatəmi ABŞ prezidenti Barak Obamanın dəyişiklik şüarına və onun Novruz müraciətinə işarə edərək deyib: İndiyə kimi nəinki heç bir dəyişiklik görməmişik, hətta Obamanın Novruz müraciətində İran xalqı terrorizmi dəstəkləmək və nüvə silahı əldə etməyə cəhd göstərməkdə ittihamlandırılıb.
Xatəmi ABŞ-ın ötən 50 ildə bir anda olsun belə, İrana qarşı təxribatçılıq hərəkətlərindən əl çəkmədiyinə işarə edərək, deyib: Əgər real dəyişikliklərin şahidi olasaq, dini təlimlər bizə deyir ki, əgər doğrudan barışıq istəyirlərsə, bunu müsbət qarşılayın. Yox əgər bütün bunların yalan və siyasi jest olduğunu görsək, bizim rəftarımız ötən 30 ildə ABŞ-ın zorakılıq siyasətləri qarşısındakı rəftarımız olacaq.
Tehranın bu həftəki cümə namazı xitabətçisi Dohada keçirilən ərəb ölkələri sammitinə işarə edərək, Birləşmiş Ərəb Əmirliklərinin İranın 3 adasında qarşı mülkiyyət iddiasının təkrarlanmasını köhnələnmiş, yanlış və utandırıcı bir hərəkət adlandırıb və Fələstin məsələsinin İslam dünyasının ən mühüm məsələsi olduğunu xatırladaraq, deyib: Bu üç ada həmişə İranın olub və sonsuza qədər İranın olaraq qalacaq.
Xatəmi ərəb ölkələri başçılarından birinin Doha iclasındakı sözlərini tənqid edərək, vurğulayıb: Fars Körfəzi 100 ildir ki, bu adla tanınır və bundan sonra da bu adla tanınacaq.