Tarix : 2009 Apr 04
Kod 11463

RƏCƏB TAYYİB ƏRDOĞAN: “DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ HƏLL EDİLMƏDƏN ERMƏNİSTANLA MÜNASİBƏTLƏRDƏ RASİO...

Bu sözləri Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan İngiltərənin paytaxtı Londonda keçirdiyi mətbuat konfransında deyib
Türkiyə servisi/Aran Agentliyi
“Türkiyə-Ermənistan münasibətləri ilə əlaqəli olan başqa mövzular da var. Minsk Qrupunun Amerika, Rusiya və Fransadan ibarət olan üçlüyü 17 ildən çoxdur ki, Azərbaycanla Ermənistan arasındakı problemi həll etməyə çalışır.
Dağlıq Qarabağ münaqişəsi həll edilmədən biz Ermənistanla münasibətlərdə rasional qərar verə bilmərik”. Bu sözləri Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan İngiltərənin paytaxtı Londonda keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, indiki mərhələdə Ermənistanla münasibətlərin fundamenti hazırlanır, bu istiqamətdə addımlar atılıb: “Özümüzü də, bölgəni də bu münasibətlərə hazırlamaq istiqamətində çalışırıq”.
  • Yazılıb
  • da (də) 2009 Apr 04