Bakının Yasamal və Əzizbəyov rayon polis idarələrinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Kamil Cavadovdan 0,229 qram heroin götürülüb
Azərbaycan servisi/Aran Agentliyi
Bakının Yasamal və Əzizbəyov rayon polis idarələrinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Kamil Cavadovdan 0,229 qram heroin götürülüb.
Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Aparılan əməliyyat tədbirləri nəticəsində K.Cavadovun S.Dadaşov küçəsində yaşayan Vahab Rəhimov və əvvəllər məhkum olunan, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 14 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Elgül Şirinzadə ilə birgə oğurluq etdikləri müəyyən edilib. V.Rəhimov tutulub, onun evinə baxış zamanı 1 ədəd "Makarov" tipli və 3 ədəd pnevmatik tapança, 2 ədəd güllə darağı, 14 ədəd güllə, 30 qram heroin, 13 ədəd mobil telefon, 4 ədəd maqnitofon, 12 ədəd telefon nömrəsi, 5 ədəd qol saatı, 1 ədəd tranzit nömrə, 1 ədəd maska və 3 ədəd səsgücləndirici aşkar edilərək götürülüb.