İran Müdafiə Naziri Mustafa Məhəmməd Nəccar, istehsal etdikləri yeni raketlərin "Şahap" raketlərindən daha çox təsirli olduğunu bildirib
İİR servisi/Aran Agentliyi
İslam-Azerinin İran mətbuatına istinadlı xəbərinə görə, İran Müdafiə Naziri Mustafa Məhəmməd Nəccar, istehsal etdikləri yeni raketlərin "Şahap" raketlərindən daha çox təsirli olduğunu bildirib.
Nəccar, Nazirlər kabinetində verdiyi açıqlamada, "Müdafiə məqsədli yeni məhsulları ən qısa müddətdə açıqlayacaqlarını" ifadə edib.
Raket istehsalı proqramları ilə bağlı məlumat verən Neccar, "İranlı mühəndislərin xüsusi işləri ilə 'Siccil' kimi raketlər 'Şahap' raketlərindən daha çox təsirlidir. Bu, müdafiə gücümüzü daha da artırır" deyib.
İran, hal-hazırda 170 ilə 400 kilometr məsafəli qısa və orta mənzilli Zilzal, Fəcr, Fateh, Qədr raketlərinin yanında uzun məsafəli balistik Şahap-3 və Siccil raketlərinə sahibdir.
Təxminən 2000 kilometr məsafəli balistik Şahap-3 raketlərinin bir tona qədər döyüş başlığı daşıma tutumuna sahibdir.
Nəzərinizə çatdıraq ki, İran, Şahap-3-dən daha çox üstün xüsusiyyətlərə sahib qatı yanacaqla işləyən, cüt motorlu və hərəkət qabiliyyəti yüksək qurudan quruya uzun mənzilli Siccil raketini 12 Noyabr 2008-ci ildə müvəffəqiyyətlə sınandığını açıqlamışdı.