Tarix : 2009 Apr 23
Kod 11496

İran xüsusi təyinatlıları 6 PKK-lını öldürüb

İran İnqilabının Korpusuna (Sepah) bağlı xüsusi təyinatlı əsgərlərin təşkil etdiyi əməliyyatda 6 PKK döyüşçüsü öldürülüb
İİR servisi/Aran Agentliyi
İslam-Azerinin YDH-yə istinadlı xəbərinə görə, İran İnqilabının Korpusuna (Sepah) bağlı xüsusi təyinatlı əsgərlərin təşkil etdiyi əməliyyatda 6 PKK döyüşçüsü öldürülüb.

Sepaha bağlı xüsusi təyinatlıların PKK döyüşçülərinə qarşı bu səhər təşkil etdiyi müvəffəqiyyətli bir əməliyyatla 6 PKK döyüşçüsünü ölü olaraq ələ keçərib.

Merivan şəhəri yaxınlığındakı dağlıq bölgədə təşkil edilən əməliyyatda 3 PKK döyüşçüsünün də yaralandığı, lakin yaralı terroristlərin qaçmağı bacardığı bildirilib.
 
  • Yazılıb
  • da (də) 2009 Apr 23