Azərbaycan servisi/Aran Agentliyi
Yazıçı: Məhəmmədrza Məhəmmədquluzadə
Yazıçı və tədqiqatçı
Xülasə
91 il bundan öncə (1918-ci ildə)Arazın şimalında, Aran və Şirvan adı siyasi məqsədlərə uyğun olaraq Azərbaycan adına çevrilməsi tarixi araşdırmalarda qarmaqarışıq vəziyyət yaradıb. Bu ad Osmanlı imperaturluğuna və onların canişinlərinə(çar, kommunizmlər və indi Azərbyacan respublikasında təbliğat mərkəzləri)tabe olan millətçi müsavatçılar tərəfindən verildi və tarixin təhrifinə başladılar, o cümlədən İran və Rusiya müharibələrində Azərbaycanın iki hissəyə parçalanması, şimali və cənubi Azərbaycan sözlərindən istifadə edilməsi və azərilərin iranlılardan ayrı olduğunu və ... iddia etdilər.
Keçmiş 90 ildə baş vermiş bu hadisə, istər-istəməz soyuq müharibəyə(bir zamanlar isti idi)səbəb olub.
Bu məsələ ilə mübarizənin təkcə yolu tarixi səndlərə əsasən həqiqətləri ortaya qoymaqdır.
Buna görə də tədqiqatçı ötən məqalələrində Azərbaycan və Aranın ayrılmasına dair bir sıra sənədlərə müraciət etmişdir.bu məqalədə də indiki Azərbaycanın Azərbaycan olmadığını sübut etmək üçün İran tarixinin müxtəlif dövrlərindəki sənədlərə müraciət edəcək.
İslamdan öncə Azərbaycan və Aran:
İsa peyğəmbərin dövründə yaşamış tarixçi və coğrafiyaçı Strabon, Albaniya(Sonralar Arran)haqqında yazır: “ onların şərqini Kaspiyən dənizini, qərbini İbriyayi(Gürcülər) ölkəsi, şimal tərəfini isə Qafqaz dağları əhatə edib... cənubi sərhədləri Armeniyaya aiddir.bu ərazilərin abadlaşmasına əsas amil Sirus çayının(Kurş-Kur)keçməsidir...”1
Strabon Atropatena haqqında yazır: “Midiya iki hissəyə bölündü.bir hissəsi böyük Midiya adlandı, paytaxtı Ekbata(Həmədan).ikinci bölüm Atropatenadır.Atropas adı(Atropat-Azərbad)sərkərdənin adıdır.Atropas Makedoniya İsgəndərə tabe olmadı.Atropas müstəqil ölkə bərpa etdi ...bu ölkə Armeniya və Matiyanənin şərqində və böyük Midiyanın qərbindində, hər iki ölkənin ortasında yerləşib. duzla dolu Kəpautada (Kəbudan-Urmiya gölü)limanı var...yaylaq sarayı “Kəzkə” (Kənzək-Cənzə) və qış sarayı “Vəra”dərəsindədir.Antoni Partlara hücum etdiyi zaman buranı işğal etdi.və bu qalanın məsafəsi (çay)Arakss (Araz)dan çoxdur...”2
Qeyd etməliyəm ki, Kur çayı albaniyaya tabe idi.və oradan aşğı ərazilərə(Araza) qədər Armeniyaya aid idi.385-ci ildə İran və Roma arasında bölünən Ermənistan, Albaniya İrana tabe oldu və Albaniyanın hakimi sasanilərin II Şapur ilə müttəfiq idi.Albaniya hakimi Uti və Artsax(İndiki Qarabağ) iki çay, Kur və Arazın arasında yerləşən əraziləri özünə tabe etdi.Albaniya Arazın vasitəsi ilə Azərbaycanla həmsərhəd oldu.Strabonun yazdığına əsasən e.ə 323-cü ildə İsgəndərin ölümündən sonra Atropatena dövləti müstəqil olduqdan sonra bu ölkə Albaniyadan (sonralar Arran)ayrıldı.
Miladdan sonra sasanilərin üçdilli abidəsində“I Şapur”(241-273)zərdüştdə sasanilərin ikinci şahına aid abidələrdə Albaniyanın Azərbaycandan ayrılmasına aid qeydlər var.
Şapura tabe olan ərazilər bunlardır: “Pars və Xuzistan və Mişan(Mesene), Asuristan(İraqda) və Hidit(Adiabene)(Rudan çayının şimali, indiki Ərbil), Ərəbistan, Azərbaycan, Ermənistan və Gürcüstan(İberiya), Maxeloniya və Albaniya, Bilaşkan(Bərscan, İran Azərbaycanın şimlaında)və Patişxargər(Mazəndəranın dağlıq hissəsi)və Midiya(Ərəb coğrafiyaçıların dağlıq hissəsi) və Gorgan, Hərat və Abarşəhr(Xurasan, Kirman və Sistan)və Təvaran(Bəluçistan), Mokran və Paratan, Hind, Kuşanşəhr(taşkəndin Pişavərinə kimi), Soğd(Kaşğara kimi) və Mazun idi.”3
Bu yazılardan aydın olur ki, Albaniya Azərbaycandan ayrı idi.
İslamdan sonra Azərbaycan və Aran:
250(hicri qəməri)-ci ildə İslamdan sonra ilk coğrafi məlumat, “Əlməsalik və Əlməmalik”adlı kitabın müəllifi İbn- Xurdada aiddir.İbn Xurdadbehin Azərbaycan haqqında olan məlumatı ona görə dəyərlidir ki, müəllif özü qədim midiya ərazisində yaşamışdır. İbn Xurdadbeh Azərbaycan şəhərlərini belə qeyd edib. “Marağa, Mianc(Miyana), Ərdəbil, Bərzə, Sisər(Sərəndəc), Sabirxast(Şapurxast), Təbriz, Mərənd, Xoy, Kulsərə, Bərzənd, Cənzə(Gəncək), Cabirvan, Nəriz, Urmiya(Zərduşt şəhəri), Salmas, Bacruvan, Sələq, Səndbaya, Bəz , sarab və Azərbaycanın ətraf kəndidir”.4
İbn Xurdadbehin məlumatları göstərir ki, Azərbaycanın sərhədi 3-cü(hicri)əsrdə Diyaknovun “Qədim Azərbaycan”adlı kitabında yazdığı məlumatlarla eyniyyət təşkil edir: “Azərbaycan vilayətləri(şərqi, qərbi və Ərdəbil)və İranın Kurdustanı”5.
“Əbuishəq İbrahim İstəxri”340(hicri)-cı ildə Dərbənd haqqında yazıb: “Babüləlbab”Təbəristan dənizinin kənarında inşa edilib.və kənarında “Zəb”dağı məşhurdur.və hər il çoxlu miqdarda odun oradan toplanılır.və Azərbaycan, Armeniya və Arana düşmənin gəlişini xəbər vermək üçün od yandırırlar....”6
Həmçinin 5-ci əsrin ikinci yarısında Qafqaz alimlərindən olan Fəqih “Tarixülbab” adlı kitabında Şirvan, Şəddadilər haqqında məlumat var.bu kitabda Arranın Azərbaycandan ayrı olduğuna dair üç qısa yazı var.yazıçı Şirvanın hakimiyyəti haqqında yazır: “ Xalid(ibn Yəzid Şibani)Mötəsəmin ölümünə kimi, oğlu Vasiqin canişinliyinə kimi, hakimiyyətdən mərhum idi.İshaq ibn İsmayılın vasitəsi ilə Ermənistanda hərc- mərclik yarandı.Tiflisin valiliyi oğlu Vasiqə verildi və o da Ermənistan, Azərbaycan və Arranın hakimiyyətini Xalidə bağışladı...”7
Həmu, Məhəmməd ibn Xalid haqqında yazır: “... Məhəmməd ibn Xalid düşmənlərlə mübarizə etdi.və nəhayət 856-cı ildə “Bəğaye Kəbir”in yardımı ilə Azərbaycan, Arran və Ermənistan ona(Məhəmməd) verildi.859-cu ildə (Məhəmməd) Cənzə şəhərini(Gəncə)ni Arranda inşa etdi.”8
Yazıçı həmçinin Şəddadilər və Rəvvadilər haqqında yazır: “ ...Fəzl düşmənlərlə mübarizə etdi və onun ardınca Şəddadilər hücuma başladılar.gəncəlilər ona etimad etdilər 969-cu ildə Fəzl Azərbaycana doğru hərəkət etdi.Gəncənin böyükləri hazır oldular ki, şəhəri ona versinlər...”9
Azərbaycanda Rəvvadilər və Aranda şəddadilərin hakimiyyəti dövründə Qətran Təbrizi gah Təbrizdə, gah da Gəncədə yaşamışdır. və hər iki hakimiyyətə mədhiyyələr yazıb.burada bir neçə beytini qeyd edirik.
Aranda şəddadilərin hakimi olan “ Əbülhəsən Əli Ləşkəri”(425-441 hicri)aid mədhiyyə
نیست کس در گوهر ساسانیان چون لشکری
تا پس آن چون نیاکان شاهی ایران کند
او بتخت ملک ایران بر نشیند در سطخر
کهترین فرزند خود را مهتر اران کند10
آفتاب لشکر ایران و اران لشکری
گشته زو ایران و اران خرمی را بوستان 11
Qətran Gəncədə olduğu zaman, Ləşkərinin vəzirinə, “Əbülməmər”, mədhiyyə yazıb:
سوی آذربایگان خواهم شدن کز هر کسی بنده را
بهتر نوازد شاه آذربایگان
Qətran “Əbülxəlil Cəfər”ini Azərbayqan şahı adlandırır.
گر بواجب کار بودی شاه گیتی خواندمش
عیب دانم خواندن او را شاه آذربایگان 12
گر نبودی آفت ترکان بگیتی در پدید
بستدی گیتی همه چون خسروان باستان 13
Səluciqilər dövründə Azərbaycan və Aran
Səlcuqilərin gəlişi ilə şədadilər və rəvvadilərin hakimiyyəti sona çatdı.İran tarixində yeni səhifə başlandı.Məhəmməd ibn Əli ibn Süleyman Ravəndi 599-cu ildə(hicri) səlcuqilərin tarixini “ راحه الصدور و ایه السرور در تاریخ آل سلجوق” adlı kitabında əks etdirdi.bu kitabda Azərbaycanın Arandan ayrılması haqqında yazılar var.
A. Fars hökmranlığına qarşı və sultan Məsud ibn Məhəmməd ibn məlikşahla onun müharibəsi
“Sultan Bağdaddan Həmədana çatdı və ordusu az idi.Arran ordusundan, Atabəy Eldənizdən və Əmir Şirgir(Arsalanın qardaşı)yardım istədi.Arran və Azərbaycan ordusu Həmədana çatdı...”14
B. Abxaziyanın hakimi ilə Toğrolun mübarizəsi:
“... Aran və Azərbaycanda Atabəyin yoxluğu, müharibə üçün Abxaziyanın hakiminə bir bəhanə yaratdı...”15
C.Qızıl Arsalan Atabəy:
“... İnanc Xatın(Məhəməd Pəhləvanın xanımı)və Xacə Əziz və bəzi əmirlər Sultanla(Toğrol ibn arsalan) əhd-peyman bağladılar....”16
D.Əmirlər tərəfindən Qızıl Arsalanın ölümü:
“... əmirlər birləşdilər.və Qızıl Arsalanı öldürdülər.və ərazisini öz aralarında bölüşdülər.Əbbəkr Atabəy Azərbaycana doğru hərəkət etdi.Arran və Azərbaycan ona tabe oldu...”17
Bütün bu yazılardan aydın olur ki, Aran Azərbaycandan ayrı idi.Səlcuqilər dövründə yazılmış kitab “ عجایب المخلوقات و غرایب الموجودات” Məhəmməd ibn Məhmud ibn Əhməd Tusiyə aiddir. Araz haqqında yazıb: “Araz, böyük çaydır və Azərbaycan sərhədlərindədir və Təbəriyə dənizinə tökülür.”18
Həmçinin Bərdə haqqında yazıb:”Bərdə Armeniyadan Qabaq dağlarına kimi və Əlkəz ərazisi.və Arran və Roma və Bərdəni Qobad Əkbər inşa etdi.Arran ərazisində Bərdədən böyük bir şəhər yoxdur...”19
Monqol və İlxanilər dövründə Azərbaycan və Aran:
Bu dövrlərdə Azərbaycan və Arranın ayrı olduğuna dair çoxlu mənbələr mövcuddur.burada bir neçəsini qeyd edirik.
Şəmsəddin Məhəmməd ibn Əbi Talib Ənasari Dəmeşqi, “ نخبه الدهر فی عجایب البر والبحر”adlı kitabı yazıb.kitabın 7-ci fəslində Azərbaycanın Ermənistan sərhədlərinə qədər olan şəhərlərini belə qeyd edib: “Azərbaycan şəhərləri dağlardan başlayır və üçünçü iqlimin sonunda və dördünçü iqlimin əvvəlində və əcəm İraqın şimal və qərbində, həmçinin ərəb İraqın şimal və şərqində yerləşib.buranın böyük şəhəri Təbrizdir.Tavriz də deyilir.... başqa şəhər Ərdəvildir, Ərdəbil də deyilir....Başqa şəhər Marağadır... Mərənd şəhəri də var buranı Əfşin bərpa edib.başqa şəhər Urmiyadır, bu şəhərdə divar var , bu divari Musa Ömranın oğlu inşa edib.başqa şəhər Muqandır, Muğan da deyilir.”20
Dəmeşqi ardında yazır: “ bu şəhərlərin arxasında Armeniya yerləşib...bu ölkə 4 Armeniyaya bölünür: birinci Armeniya Xəzərin kənarındadır Arran deyilir.Arranın şəhərləri: Beyləqan, Bərdə, Dərbənd, Xoy, Şəki, Şabran və Ləkəzdir.deyilənlərə görə Qubad və Ənuşirvan Arranda 30-dan artıq şəhər inşa edib.”21
Xatırlatmalıyam ki, Dəmeşqi Gəncə və Şəmkir şəhərlərini ikinci Armeniyaya aid edib.22
Dəmeşqi Monqolların gəlişini belə qeyd edib. “... Xarəzmşah onlarla mübarizə etdi.ancaq onlara qalib gələ bilmədi.onlara məğlub oldu.Monqollar onu təqib etdilər.o, Təbəristanın arxasında Xəzər dənizində olan bir limana pənah apardı.619-cu ildə həmin yerdə vəfat etdi.həmin il monqollar bütün şəhərləri, o cümlədən Xurasan, Fars, Azərbaycan, Arran, Ermənistan və həmsərhəd əraziləri, sonra İraq və şamı işğal etdilər.”23
7-ci əsrə aid yeni tapılmış şeir divanı Azərbaycanın görkəmli şairi, Həkim Zücaci Təbrizinindir.İran və İslam tarixinə məxsusdur və Pakistanda tapılıb.bu divanda da Arran və Azərbaycanın ayrı olduğuna aid şeirlər var.bir neçə şeir nümunəsini qeyd edirik.
Mərvanilər dövründə “Humayunnamə” də yazılıb:
به علم و به مردی به عقل و به رای
نبودست از آن سان سه کشور گشای
یکی زان سران بود مروان شیر
که چون اونبودست شاه دلیر
نخست از خلافت جهانگیر بود
در آران و اربادگان ( آذربایگان) میر بود24
Həmu, Təbrizdə səlcuqilər hakimiyyətinin Sultanı, Davud ibn Mahmud ibn Məhəmməd ibn məlikşah haqqında yazıb:
چو مسعود بینا و آزاده بود
وراشاه داوود عم زاده بود
دو شاه دلاور دو والا گهر
قراری بدادند با همدگر
که داوود باشد به اربادگان
به تبریز دارد قرار و مکان
به فرمان او باشد آران و روس
در آن بوم و برزن زند بوق و کوس
به ارمن فرستد امیران خویش
نگیرد ره رزم و آزار پیش25
Bu dövrə aid başqa kitab “تجزیه الامصار و تزجیه الاعصار ” və ya həmin “تاریخ و صاف” 656(qəməri)-cı ildən(Bağdadın fəthi)728(qəməri)-ci ilə kimi “ Sultan Əbusəid Bəhadırxan”sərkərdə idi.bu kitabı Şəhabəddin(Şərəfəddin)Əbdullah ibn Fəzlüllah Şirazi yazıb.
Bu kitabda yazıb: “... Toqtay hakimiyyətə çatdı.Arran və Azərbaycana sahib olmaq istədi.carçılarla İlxanilərə bu xəbəri göndərdi ki, Arran və Azərbaycan Çingizxanın bölügüsünə əsasən Batuya aiddir və Qazanxan illərdir ki, buraya aid olan gəliri zorla sahib olur...”26
“مطلع سعدین و مجمع بحرین”adlı kitabın müəllifi, Əbdülrəzaq Səmərqəndi, 745(qəməri)-ci ildəki hadisələr haqqında yazır: “Mələk Əşrəf öz qardaşına üstün gəldi.Arran, Muğan və Azərbaycan ərazisini işğal etdi.qışda Qarabağa getdi və Şirvan və Şamaxının... hakimi Keyqubadın oğlu Kavus, Mələk Əşrəfin nəzdinə gəlib ona təzim etdi...”27
O, 748(qəməri)-ci ildəki hadisələr haqqında yazıb: “ Məlik Əşrəf, Təbrizə gəldi və Azərbaycan, İraqi Əcəm, Arran, Muğan, Gürcüstan, Kürdüstan və Tərəkəməni əmirlər arasında bölüdü...”28
Ziləddin ibn Həmdüllah Mostofi “ذیل تاریخ گزیده”adlı kitabında yazıb: “həmin ilin qışında Rəşidi imarətinə köçüb və Arranın Qarabağına getdi və qışı orada keçirtdi.çünki Azərbaycnda taun xəstəliyi var idi.”29
“Həbibülseyr”adlı kitabın müəllifi, Hulakuxan haqqında yazıb: “Hulakuxan bir çox imarətlər inşa etdi.və onun ətrafında Aran və Azərbaycanda böyük bütxana düzəltdi.İraq, Mazəndəran, Xurasandan Ceyhuna kimi hakimiyyəti Hulakuxanın oğlu Abaqana verdi.Azərbaycan və Arranın hakimiyyətini oğlu Yəşmuta verdi.”30
Bu dövrə aid ən dəyərli əsərlərdən biri, Rəşidəddin Fəzlüllah Həmədanının “جامع التواریخ رشیدی”adlı kitabıdır.Aran və Azərbaycanın ayrı olduğuna dair məlumatlar var:
A. “Çingizxan, Sultan Məhəməd Xarəzmşahı hakimiyyətdən kənarlaşdırdı və oğlunu avara qoydu. Azərbaycan, Arran, İraq və Şirvanı fəth etmək üçün Cibə və Subedayı göndərdi....”31
B. “Ondan sonra Əmir Ərqun Ağa yolun uzaq olduğuna görə Quriltay və Tərğamişdən sonra çatdı.və İranın hakimyyətini, Xurasan, Mazəndəran, İraq, Fars, Kirman, Lor, Arran, Azərbaycan, Gürcüstan, ermən, Rom, Diyarbəkr, Mosul və Hələbi ona tapşırdı...”32
C. “...romdan İzəddin, Ruknəddin.Farsdan Atabəy Müzəffərəddinin oğlu Atabəy Səd.İraq, Xurasan, Azərbaycan, Arran, Şirvan və Gürcüstan valiləri müxtəlif hədiyələrlə Hulaku xanın nəzdinə gəldilər.”33
Teymurilər dövründə Azərbaycan və Aran:
Monqollar və İlxanilərdən sonra Teymurilərin dövrüdür.bu dövrə aid kitablarda da Arran və Azərbaycanın ayrı olduğuna dair məlumatlar mövcuddur.
Şəhabəddin Əbdullah Xafinin “زبده التواریخ”adlı kitabı “حافظ ابرو”adına məşhurdur.yazıçı özü Teymurilər dövründəki hadisələri və ondan sonrakı dövrləri müşahidə edib.bu kitabda 807-ci ildən 830-cu ilə kimi hadisələr əks olunub.
-Əmiranşah Bəhadır və oğlanları Əbabəkr və Ömər Bəhadırın əhvalatı.
(807-ci ilin hadisəsi, Teymurun ölümü)... Teymur Rom və Şamdan qayıtdıqdan sonra İraqi-Ərəb və Azərbaycanın hakimiyyətini Miranşaha və iki oğluna verdi...”34
Teymurilərə aid başqa bir kitab Şərfəddin Əli Yəzdinin “Zəfərnamə”kitabıdır.bu kitab Fars hökmdarı İbrahım Sultanın tapşırığı əsasında yazıb.bu kitabda Azərbaycana qarşı Toxtamışın hücumu qeyd olunub: “787(hicri)-ci ilin qışında Toxtamış xan Dərbənd yolundan Təbrizə hücum etdi.və onlar Şirvandan Azərbaycana hücum etdilər və Təbrizin ətrafını fəth etdilər...”35
Həmçinin 806-cı(hicri) ildəki hadisəni də qeyd edir: “ Teymurun ərazisi, Beyləqan, Bərdə, Gəncə və bütün Arran, Ermən, Gürcüstanı Xəlil sultana və Beyləqanı isə Bəhram şaha verdi.”36
Faruq Sumər, “Zəfərnamə”yə istinad edərək Ömər Mirzənin hakimiyyəti haqqında yazır: “Teymur 804(qəməri)-cü ildə orucluq ayının 4 çərşənbə günü “Meymun ilində”=1404-cü ilin Mart ayının 16-da Qarabağdan Səmərqəndə doğru hərəkət etdi.Ciğatay Arazdan keçdikdən sonra Nemətabad kəndində qonaqlıq verdi.Hulaku xanın ərazilərini nəvəsi, Miranşaha verdi.və bütün Azərbaycan, İraqi-Əcəm, Arran, Armeniya və bütün Rom, Şam Ömər Mirzə tərəfindən idarə olundu.”37
Azərbaycanın Arandan ayrı olduğuna dair mühüm sənədlərdən biri Teymurun oğlu Şahrox Mirzənin Qardaşı Miranşaha məktubudur.Miranşah Azərbaycandan Xurasana hərəkət etdi.bu məktubun məzmunu belədir: “Teymurun hər bir oğluna hakimiyyət verilib.hər bir şəxs öz ərazisində bir növ isyan etməlidir və heç bir yabancı ona müdaxilə etməsin....”38
Teymurilərdən sonra Səfəvilər dövründə Azərbaycan və Aran:
Teymurun ölümündən sonra Sultan Əbusəid Uzun Həsənlə müharibə etdiyi zaman öldü.Ağqoyunlu və Qaraqoyunluların hakimiyyətinə Şah İsmayıl son qoydu və səfəvilərin hakimiyyəti başlandı.bu dövrə aid tarixi əsərlərdə Azərbaycan və Aranın ayrı olduğuna dair sənədlər var.
Həsən bəy Rumlunun “Əhsənül Təvarix”adlı kitabında 822(hicri)-ci ilin hadisələr, Şahrux Mirzənin Qara Yusif Qaraqoyunlu ilə mübarizəsi qeyd olunub: “QaraYusif Azərbaycan, Aran və Bağdadın ətrafından ordu topladı.Təbrizdən piyada əsgər tələb etdi.”39
Həsənbəy həmin kitabda şah İsmayılın atası, Heydər Səfəvinin hücumunu da qeyd edib: “o zaman Şirvanşah Fərrux Yasar ibn Xəlilüllah idi.o, Heydər Səfəvinin müharibə elan etdiyini Yəqub şaha(Ağqoyunlu) xəbər verdi. əgər Heydər Səfəvi Şirvanı fəth etsə, o zaman Azərbaycanı da işğal edəcək.”40
“ Yəqub şahın oğlu Şirvana çatdı, Sultan Əli və qardaşı şah İsmayılla mübarizə etmək üçün Şirvanşah Fərrux Yasar ibn Xəlilüllah 12 min nəfərlik ordunu Yəqub şaha verdi və o Azərbaycana doğru hərəkət etdi.”41
Qiyasəddin Xandəmir, “Həbibül-Seyr” adlı kitabında yazır: “ şah İsmayıl Azərbaycandan Şirvana doğru hərəkət etdi, Kur çayından keçdi...bu zaman Qarabağa tədqiqat üçün gedən Şeyx Məhəmməd Xəlifədən xəbər çatdı ki, Aqğoyunlu ordusu Naxçıvana çatıb və Məhəmməd Qaraçını ordu ilə Azərbaycandan Gəncəyə göndərib ki, oradan Şirvana doğru hərəkət etsin.”42
“Aləm Araye Abbasi” kitabın müəllifi İsgəndər bəy Türkman, Şah Sultan Məhəmməd Xudabəndə(şah Təhmasibin oğlu və şah Abbasın atası)haqqında yazıb: “ ərazini Qızılbaş tayfaları arasında bölüşdürdü.Təbrizin darülsəltənəsi Əmirxan Mosulu Bayalt oldu. sultan İsmayıl və sultan Şahqulu Əmirxanın qardaşı və sultan Muradxan onun oğlu və sultan İbrahim piyada əsgərlərin başçısı təyin oldu....”44
bu məlumatlardan aydın olur ki, Azərbaycan, yəni Təbrizin darülsəltənəsi və onun ətarfı.
“ از شیخ صفی تا شاه صفی” yəni “سید حسن بن مرتضی حسینی استرآبادی ”, “ عالم آرای عباسی”adlı kitabdan belə stat gətirib: “ Təbriz darülsəltənəsi Əmirxan Mosulu oldu, Azərbaycanın hakimiyyəti İsmayıl xan və sultan Şahqulu Əmirxanın qardaşı və sultan Muradxan onun oğlu və İbrahim Türkmənlərin sultanı arasında bölüşdü....”45
Təbriz darülsəltənəsinin hakimi, xanlarxanı olduğuna dair “ عالم ارای عباسی”adlı kitabın müəllifi o dövrün məşhur həkimi, Həkim Əbülfəth Təbrizi haqda məlumat yazır: “Həkim Əbülfəth Təbrizi şah Sultan Məhəmməd dövründə Əmirxan Mosulu Türkmən Təbrizin hakimi idi.və Azərbaycanın xanlarxanı, Cənab Hikmət Məab, zamanxanın xidmətində olduvə onun himayəsini qazandı.”46
İsgənbəy 989(hicri)-cu ilin hadisələrini, Xudabəndə dövründə Osmanlıların İrana hücumunu qeyd edib: “Fərhad Paşa güclü ordu ilə Roma daxil oldu... Qarsdan ÇuxurSədə doğru hərəkət etdi. ÇuxurSədin bəylərbəy Məhəmmədi xan Toxmaq idi.bu hadisəni Əmir xana (Azərbaycanın bəylərbəy) və İmamqulu xana(Qarabağın bəylərbəy)xəbər verdi.Qızılbaşlar və əmirlər Azərbaycan və Qarabağdaydılar... bu hadisənin qarşısını ala bilmədilər.Məhəmmədi xan İrəvandan çıxdı.... Fərhad Paşa İravana gəldi...Məhəmmədi xan hakimiyyətdən uzaqlaşdırıldı və Naxçıvana getdi....ÇuxurSəd kiçik Armeniyaya aid idi.47düşmən tərəfindən işğal edildi və şirvan vilayəti də Rumiyyə tərəfindən işğal edildi.”48
Şah sultan məhəmməd Xudabəndədən sonra hakimiyyət Şah Abbasa çatdı. “ عالم ارای عباسی” kitabında Azərbaycan və Aranın ayrı olduğuna dair məlumatlar var. “ Azərbaycan, Şirvan və Arran ərazisi 25 il Rumilər tərəfindən işğal edildi. Nəhayət şah Abbas 21-ci ildə hakimiyyətə çatdı....”49
“orada üzümlərin müxtəlif növü var....xüsusi ilə nar meyvəsi.və bu meyvələr bütün Azərbaycana, Şirvana, Arana və Gürcüstana aparılır.”50
Şah Abbas dövründə İranın şimal-qərbində olan bəylər bəyi haqqında “ عالم ارای عباسی” yazıb: “ (Türkmən tayfasından) Şah Bəndəxanın oğlu Pirbudaq xan Azərbaycanın bəylər bəyidir.”51
“ (Qacar tayfasından) Əmir Günəxanın oğlu Təhmasib Qulu xan Atasının yerinə ÇuxurSədin bəylərbəyidir.”52
“İmam Qulu xanın qardaşı Davud xan, Məhəmməd qulu xan Qacarın əvəzinə Qarabağın bəylərbəyidir.”53
“Qazaq xan Çərkəs, zülfüqar xan və Ysif xanın əvəzinə Şirvanın bəylərbəyidir.” 54
Xatırlatmalıyam ki, Alman yazıçısı, Klaus Mişail Ruburn, “Səfəvi dövründə əyalətlər”adlı kitabında “I şah Abbas”, “Şah Səfəvi”, “II şah Abbas” dövründə İranda olan bəylərbəylərin siyahısını yazıb.biz burada Azərbaycan, Qarabağ(Aran), Şirvan və Çuxursədin bəylərbəyini qeyd edirik.
Azərbaycan:
-I şah Abbas(996-1038 h.q)-(996-cı ildə yalnız Ərdəbil, 1012-ci ildə Azərbaycan Osmanlıların işğalından azad oldu, Təbriz şəhəri)Mehdiqulu xan Bicarlu Şamlu, Zülfüqarxan Qaramanlu, Fərhad xan(Zülfüqarxanın qardaşı), ardıcıl şəkildə Zülfüqarxan, Pirbudaq xan Pərnak Türkmən, Şah Bəndəxan( Pirbudaqxanın qardaşı), Qırçqayxan Sepəsahar, şah Bəndəxan, İkinci dəfə Pirbudaq ibn şah Bəndəxan(3 yaşında).
-Şah Səfəvi(1038-1052 h.q)-kiçik yaşlı Pirbudaqın əvəzinə, arabir Rüstəmxan Sepəhsalar(İran)
-II şah Abbas(1052-1077 h.q)-topçu Ağası, ikinyenə də Pirbudaqxan Türkmən.55
Şirvan:
-I şah Abbas(996-1038 h.q)-(birinci il 1016-cı ildə osmanlıların işğalından azad olmuşdur.və hakimiyyət Zülfüqarxan Qaramanlı, 1019-cu ildən sonra Ysifxan Mir Şikarbaşı-Qazax xan Çərkəsə verilmişdir.
-Şah Səfəvi(1038-1052 h.q)-Fərrux xan- Ərəb xan Şamlu.
-II şah Abbas(1052-1077 h.q)-Xosrovxan-Bəxtan xan başqa adı Mehrəli xan, Zülfüqar xan- Hacı(Mənçöhr xan), Məhəmməd(i)xan ibn Səyavuş bəy, Nəcəfquluxan ibn Qazax xan Çərkəs.56
Qarabağ:
-I şah Abbas(996-1038 h.q)-1014-1015-ci illərdə osmanlılar tərəfindən azad olduqdan sonra Xəlil xan Ziyadoğlunun oğlu Məhəmməd xan-oğlu Murşud Qulu xan, qardaşı Məhəmmədqulu xan 1036,7-ci illərdə Allahverdi xanın oğlu Davud xan tərəfindən idarə olundu.
-Şah Səfəvi(1038-1052 h.q)- Allahverdi xanın oğlu Davud xan-Məhəmmədqulu xan.
-II şah Abbas(1052-1077 h.q)- Məhəmmədqulu xan təkrar hakimiyyətə gəldi, Murtəza Quluxan Ziyad oğlu Qacar, 1073, 74-cü illərdə Əmisi oğlu Uğurluxan hakimiyyətə gəldi.57
ÇuxurSəd:
-I şah Abbas(996-1038 h.q)-(birinci il 1013-cü ildə Osmanlıların işğalından azad olmuşdur.hakimiyyət Əmirgünə xan Qacar, Əmirgünə xanın oğlu Təhmasibqulu xan.
-Şah Səfəvi(1038-1052 h.q)- Təhmasibqulu xan, 1044, 45-ci illərdə Kəlbəlixan, Məhəmmədqulu xan Cığatay.
-II şah Abbas(1052-1077 h.q)- Məhəmmədqulu xan, Kiyaxsrov xan Çərkəs, Məhəmmədqulu xan, Nəcəfqulu xan ibn Qazax xan Çərkəs, 1072, 73-cü illərdə Abbasqulu xan ibn Əmirgünə xan Qacar.58
Qeyd olunduğu kimi İranda Sepəhsalar da(ordu başçıları)arabir Azərbaycanda bəylərbəyi vəzifəsinə təyin olunurdular.
“ عالم آرای عباسی”kitabın müəllifi, 1045(h.q)ildə Şah Səfəvi dövründə Rüstəm xanın əhavalatını yazıb: “Pirbudaq xan azyaşlı olduğuna görə Təbrizin darülsəltənəsinə və Azərbaycanın bəylərbəyi vəzifəsinə Rüstəm bəy Sepəhsalar seçildi...”59
Qeyd olunmalıdır ki, hər zaman Rüstəm xan məcburiyyət qarşısında Azərbaycanı tərk etsəydi, Şah Səfəvi tərəfindən Rüstəm xanın qardaşı onu əvəz edirdi:
“ Şah Səfəvinin əmri ilə Rüstəm xanın qardaşı İsa bəy Azərbaycana doğru hərəkət etdi....”60
Həmu 1045-ci ildə Osmalıların, Sultan Murad xandqarın, İrəvana və Azərbaycana hücumunu qeyd edib:
“ 10 min nəfərlik ordu ilə paşa İrəvanı işğal etdi, sonra Azərbaycanı işğal etmək üçün Təbrizə doğru hərəkət etdi...”61
Məhəmməd Tahir Qəzvini “تاریخ جهان آرای عباسی” kitabında 1112-ci ildə Azərbaycan və Qarabağdan Gürcüstana kölələrin aparılması haqda məlumat yazıb: “ II şah Abbas Gürcüstanda saraylar tikdirdi və əmr etdi ki, Azərbaycan və Qarabağdan 15 min nəfər kölə Gürcüsta gətirsin.”62
Azərbaycan və Aran haqqında Bartoldun fikirləri:
Qeyd olunmuş məlumatlardan aydın olur ki indiki Azərbaycan respublikası Azərbaycan deyil.bu mövzuya aid Bartoldun fikirlərini nəql edirik. 1924-cü ilin noyabr və dekabr aylarında, yəni Arran və Şirvan adı Azərbaycan adına çevrildikdən 6 il sonra Akademik Bartold“ Bakı Dövlət Universitetinin Şərqşünaslıq Fakültəsi”ndə “ İslam tarixində Xəzərətrafı ölkələrin mövqeyi” adlı mühazirə oxudu.bu mühazirəni “Azərbaycanın Tarix və Tədqiqat Mərkəzi”nəşr etdirdi.5-ci mühazirənin sonunda bir tələbə Bartolddan soruşdu: “Azərbaycandan danışanda Arazın cənub sahillərində olan İran Azərbaycanı yada düşür.oranın mərkəzi Təbriz şəhəridir.bizim haqqımız var ki, ölkəmizi Azərbaycan adlandıraq?bizim ölkəmizin adı Azərbaycandır?ya bu ölkəni Şirvan adlandıraq?”
Bartold:-“ heç bir zaman Şirvan indiki Azərbaycanın bütün ərazisini əhatə etməmişdir.Şirvan bu ərazinin kiçik hissəsi idi.və mərkəzi Şamaxı idi.Gəncə və sa. ərazilər Şirvana aid deyil.
Lazım gəlincə bütün bu ərazilərə yaxşı olar ki, Aran deyilsin.Azərbaycan adı ona görə bu əraziyə seçildi ki, güya bir gün İran Azərbaycanı və Azərbaycan respublikası vahid bir ölkə olcaq...”63
Bu sual-cavabın mahiyyətində inkar edilməz 4 həqiqət var:
1. Arran və Şirvanın adı Azərbaycana dəyişilməsindən 6 il keçməsinə baxmayaraq, Arazın şimalındakı ümumxalqın düşüncəsində Azərbaycan yəni, mərkəzi Təbriz və Arazın cənubunda yerləşib.
2. Bakılı tələbənin sualı “ bizim haqqımız var ki ölkəmizi Azərbaycan adlandıraq? Ölkəmizin adı Azərbaycandır?”aydın bir sübutdur ki, Arazın şimalı Azərbaycan deyil.necə ki əgər keçmişdə Arazın şimalı Azərbaycan olsaydı, bu sual soruşulmazdı.
3. Bartold təsdiqlədi ki, Arazın şimalı Aran idi.
4. Aydın oldu ki çirkin məqsədlərə uyğun olaraq Aranın adı Azərbaycan adına dəyişdirildi. Və bundan məqsəd İranda Azərbaycanı parçalamaq və yeni bərpa olunmuş respublika ilə birləşdirmək idi.
Nəticə:
Bu haqda deməliyik ki, İrandan Azərbaycanın ayrılması və Qafqazın cənub-şərqində yeni bərpa olunmuş respublika ilə birləşməsi, I dünya savaşında millətçilərin və osmanlıların əsas məqsədini təşkil edirdi.onlar Qafqaz və Orta Asiyanın türkdilli ölkələrinə(Turan əfsanəsi)sahib olmaq istəyirdilər.çünki onlar Qafqazın girişində və sonra Orta Asiyada ermənilərlə üzləşirdilər ki, İngiltərə tərəfindən himayə edilirdilər.buna görə çıxılmaz vəziyyətdən nəcat tapmaq üçün Osmanlı millətçilər qeyd olunmuş ölkələrə çatmaq üçün Azərbaycandan başqa yolları yox idi.osmanlılar İrandan Azərbaycanı ayırmaq üçün dolayı yoldan istifadə etdilər. onlar Qafqazın cənubunu işğal etdiyi zaman Azərbaycanı da işğal etdilər.birinci, özlərinə tabe Qafqazda dövlət təşkil etdilər(Müsavat Partiyası, Məhəmmədəmin Rəsulzadənin başçılığı ilə).qondarma Azərbaycan adı ilə 1918-ci ildə bərpa etdilər ki, uyğun bir zamanda hər iki Azərbaycanı birləşdirsinlər.və beləliklə özlərinə yolları açdılar. Ancaq Almanların və osmanlıların müharibədə məğlub olması səbəb oldu ki, osmanlılar öz məqsədlərinə çatmasınlar.nəhayət İkinci Dünya Müharibəsində sovet hakimiyyəti bu layihəni icra etmək üçün Pişəvərinin başçılığı ilə Firqə Demokratik hərəkatını yaratdı.ancaq onlar da məğlub oldular.
1991-ci ildə Azərbaycan müstəqil olduqdan sonra bu ölkənin siyasətçiləri tərəfindən İrandan Azərbaycanı ayırmaq üçün gizli və aydın, ciddi və nöqsanlı şəkildə təbliğatlar aparıldı.
Aydındır ki, yalan iddialar və tarixi təhriflər əsasında formalaşan bu siyasi düşüncələr köklü və əsaslı deyil.şübhəsiz bu düşüncələr yalnız ixtilaflara səbəb olur və dünənə kimi qonşu olan ölkə İranın bir hissəsi idi.və son söz bu ki, hər bir millət köklü və əsaslı həqiqətlərin üzərində yaşayayır.
Çıxarışlar: