Tarix : 2009 Apr 24
Kod 11499

Özlərini insan haqlarının müdafiəçisi adlandıranlar şüar verirlər

Tehranın bu həftəki cümə namazının xitabətçisi Ayətullah Əkbər Haşimi Rəfsəncani ABŞ-ın İranla bağlı ikili siyasətini tənqid edib
İİR servisi/Aran Agentliyi

Tehranın bu həftəki cümə namazının xitabətçisi Ayətullah Əkbər Haşimi Rəfsəncani ABŞ-ın İranla bağlı ikili siyasətini tənqid edib. Ayət. Rəfsəncani ABŞ-ın İranla bağlı ikili siyasətlərinin bu ölkənin sabiq prezidenti C. Buşun yeritdiyi siyasətlərinin davamı sayıb.
Tehranın bu həftəki cümə namazının xitabətçisi ABŞ-ın dövlət katibi Hilari Klintonun Vaşinqtonun müzakirə məcrasında İrana qarşı güclü sanksiyalara hazırlıq görməklə məşğul olmasına işarə edərək deyib: Hal-hazırda bu fikirlər Buşun sözləri ilə fərqlənmir. ABŞ prezidenti Barak Obamanın bu ölkə siyasəti ilə bağlı dəyişikliklərin edilməsi və İranla müzakirəyə girişməyə hazır olduğundan danışmasına rəğmən, heç bir dəyişiklik hiss olunmur.
Ayət. Rəfsəncani vurğulayıb: İİR dəfələrlə elan edib ki, ABŞ-ın bu haqda öz xoşməramlığını isbat etdiyi təqdirdə ədalətli və bərabər şəraitdə müzakirəyə hazırdır.
Tehranın bu həftəki cümə namazının xitabətçisi çıxışının digər hissəsində, Cenevrədə Durban-2 adlı anti-irqçilik forumun keçirilməsinə münasibət bildirib. O deyib: 35 ildən çox insan haqları və irqi ayri-seçkiliyi gündəmdə yer verən və özlərini insan haqlarının müdafiəçisi adlandıran Qərb dövlətləri sınaqdan keçiblər və irqçiliklə mübarizəyə inanmadıqlarını isbat eləyiblər. Onlar təkcə şüar verirlər.
Ayət. Rəfsəncani dünən İraqda 50 nəfər İranlı zəvvarın şəhid olması ilə nəticələnən terror aktını pisləyərək ABŞ-ı İraq və bu ölkə əhalisinin təhlükəsizliyinin qorunmasının məsulu bilib.
Tehranın bu həftəki cümə namazının xitabətçisi Əfqanıstan və Pakistandan da region təhlükəsizliyin bərqərar olunması üçün İranla öz əməkdaşlıqlarını möhkəmləndirmələrini istəyib.

  • Yazılıb
  • da (də) 2009 Apr 24