Gürcüstan Daxili İşlər Nazirliyi sərhəd polisinin keçmiş rəisi, parlamentin eks-spikeri Nino Barcanadzenin həyat yoldaşı Badri Bitsadzeni təxribat hazırlamaqda ittiham edib
Gürcüstan servisi/Aran Agentliyi
Gürcüstan Daxili İşlər Nazirliyi sərhəd polisinin keçmiş rəisi, parlamentin eks-spikeri Nino Barcanadzenin həyat yoldaşı Badri Bitsadzeni təxribat hazırlamaqda ittiham edib. Lent.az-ın məlumatına görə, DİN Bitsadzenin müxalifət nümayəndələrinə dəyənək payladığını əks etdirən videogörüntü yayıb.
Gürcüstan İctimai Televiziyasının qarşısında çəkilən videoda görünür ki, müxalifət nümayəndələrinə uzun taxta parçaları paylanılır. Bəziləri dəyənəkləri alandan sonra əllərinin yaralanmaması üçün sarıyırlar. Rəsmi məlumatda bildirilir ki, dəyənək paylayanlar arasında eks-spikerinə həyat yoldaşından başqa, onun oğlu da olub. Bundan əlavə, videogörüntüdə müxalifət nümayəndələrinin kərpic parçaları yığdığı da görünür.
Badri Bitsadze DİN-in açıqlamasını şərh etməkdən imtina edib.