Tarix : 2009 Apr 24
Kod 11506

Azərbaycan əhalisi 8,820 mln. nəfərə çatıb

ilin aprelin 13-22-də Azərbaycanda aparılan əhalinin siyahıya alınmasının ilkin nəticələri açıqlanıb
Azərbaycan servisi/Aran Agentliyi
   «Yeni Şərq»in verdiyi məlumata əsasən, ilin aprelin 13-22-də Azərbaycanda aparılan əhalinin siyahıya alınmasının ilkin nəticələri açıqlanıb. Cari ilin I rübün makroiqtisadi göstəricilərinin yekunlarına dair mətbuat konfransında çıxış edən Dövlət Statistika Komitəsinin (DSK) sədri Arif Vəliyev qeyd edib ki, aprelin 22-si axşam saatlarına olan məlumatlara əsasən, Azərbaycanda 8,820 mln. nəfər siyahıya alınmadan keçib: «Hazırda bir sıra xarici ölkədə olan azərbaycanlıların sayı dəqiqləşdirilir. Məsələn, bu yaxınlarda Malayziyada yaşayan 19 nəfər azərbaycanlı siyahıya alınıb».
    Qeyd edək ki, cari ilin may ayının ikinci yarısından başlayaraq bir ay ərzində siyahıyaalma vərəqələri DSK-ya təhvil veriləcək. Daha sonra məlumatlar kompüterə keçiriləcək. Nəticədə, ölkənin ayrı-ayrı bölgələri üzrə 10 ədəd, ümumi ölkə üzrə isə 1 ədəd kitabça çap olunacaq. Siyahıya alınma prosesi tamamilə 2010-cu ilin ortalarında başa çatacaq.
    Xatırladaq ki, Azərbaycanda siyahıyaalma hər 10 ildən bir keçirilir. Bu ilin aprelin 1-nə isə ölkə əhalisinin sayı 8,753 mln. nəfər təşkil edib.
 
  • Yazılıb
  • da (də) 2009 Apr 24